Mayis Güləliyev: "ABŞ və onun "beyin mərkəzləri" yüz ildən çoxdur ki, dünyanı nehrə kimi çalxalayır"
Norveçdə baş verən qanlı olay bütün dünyanın diqqətini çəkdi. Ortaya çıxan çoxlu sayda sual isə hələ də cavabsız qalmaqdadır. Bu arada 93 nəfərin həyatına son qoyan qatil Andres Behrinqin manifesti yayıldı. Müsahibim tanınmış politoloq, Azərbaycan Yaşıllar Partiyasının həmsədri Mayis Güləliyevlə yaranmış suallara cavab axtardıq.
- Son bir neçə gündə bütün dünya mətbuatı Norveçdə baş verən hadisəni müzakirə edir. Sizin bu hadisəyə münasibətiniz?
- Hər şeydən əvvəl bu dəhşətli hadisədən təəssüfləndiyimi bildirirəm və həlak olmuş insanların yaxınlarına başsağlığı verirəm. Bir neçə gün öncə Facebook-da Norveçin Azərbaycandakı keçmiş səfiri Steynar Gilin Azərbaycan vətəndaşları ilə yazışmasına rast gəldim. Əlbəttə, yazışmalarda hamı Steynar Gilə başsağlığı verərək bu hadisəni kəskin tənqid edib. Mən inanmıram ki, qəlbində insani hisslər olan kimsə bu hadisədən təəssüflənməsin. Axı çoxlu sayda günahsız insan qətlə yetirilib. Lakin nəzərə almaq lazımdır ki, belə hadisələrin ciddi araşdırılmaması və yalnız başsağlığı verməklə "işi bitirmək" gələcəkdə belə hadisələrin yenidən vüsət tapmasına şərait yaradır. Oxşar hadisələr daha çox ABŞ-da baş verir. Belə hadisələrin səbəbləri nə dərəcədə cəmiyyətə açıqlanır? İntihar hallarının artması, insanların bir-birinə qarşı aqressivliyinin güclənməsi, günahsız insanlara qarşı qırğınların törədilməsi, pessimistlik, gələcəyə inamsızlıq və sair halların gənclər arasında yayılması hər bir cəmiyyəti düşündürməlidir. Nəzərə almaq lazımdır ki, XXI əsr təkcə texnologiyaların sürətlə inkişaf etdiyi əsr deyil, həm də "şok" əsridir. Bu "şok" həm fərdlərin, həm də cəmiyyətin psixi müvazinətin itirilməsi ilə bağlıdır. Cəmiyyətin əxlaqi və mənəvi dayanıqlılığı üçün vacib olan dini dəyərlərin zəiflədiyi cəmiyyətlərdə hadisələrin sürətli inkişafı fərdlərin psixi müvazinətini pozur. Xüsusilə, individualizm fəlsəfəsinin geniş yayıldığı ABŞ və Avropa cəmiyyətləri getdikcə belə təhlükələrlə üz-üzə dayanmalı olur. Qeyd edim ki, Qərb cəmiyyətlərini gözləyən ciddi sınaqlar haqqında E.Toflerin "Gələcəyin şoku" əsəri və ya Patrik Byukekenin "Qərbin ölümü" əsərləri həyəcan siqnalı verirdi.
- Bu terrorla 93 nəfərin həyatına son qoyan Anders Behrinqin 1518 səhifəlik manifestində çox maraqlı məqamlar var. Manifestində onun islama, türklərə və Türkiyəyə nifrəti anlaşılan deyil...
- Qeyd edim ki, insan tələfatı ilə müşayiət edilən hər hadisəyə "terror" deyilmir. Terror dini, siyasi, ideoloji motivlərlə dinc insanların məhv edilməsi və ya onlara qarşı silahlı zor tətbiq edilməsidir. Bu dəhşətli və qeyri-insani qətliam terror yox, ciddi psixi müvazinətini itirmiş insanın dinc insanlara qarşı cinayətidir. Heç şübhə yoxdur ki, onun psixi müvazinətinin itirilməsindən sui-istifadə edilib. Elə XXI əsrin "şok effekti" də mahiyyətcə bundan ibarətdir. Yəni cəmiyyətləri elə hala gətirirlər ki, onun ayrı-ayrı fərdlərini idarə edərək istənilən fəaliyyətə, o cümlədən "terrora", narkomanlığa, fahişəliyə və sair sövq etmək mümkün olsun. Heç şübhə yoxdur ki, elə bu insanlar və ya qruplar bu hadisədən yararlanmaq istəyənlərdir. Belə ki, bu şəxsin İslama və Türkiyəyə nifrəti olması gündəmə gəlib. Psixi müvazinətini itirmiş cəmiyyətlər üçün "cəlbedici", normal düşüncə üçün qəbuledilməz məntiq! Birincisi, müəyyən qədər intellektual çəkiyə malik olan 1518 səhifəlik yazını yazan şəxs yalnız psixi müvazinətini itirdiyi halda kimisə öldürməyə qərar verə bilər. İkincisi, bu yazının mahiyyəti ilə öldürülənlərin heç bir əlaqəsi yoxdur. Onlar nə islamçılar deyil, nə də türk. Yenə də qətliamın motivi bəlli deyil. Yəni nə dini, nə milli, nə də siyasi motiv hiss edilmir. Bu hadisə qərb cəmiyyətinin XXI əsrdə üzləşdiyi "şokun" psixi gərginliyinə dözə bilməyən xəstə və silahlı şəxsin "özünü ifadəsidir". Əlbəttə qərb cəmiyyətində minlərlə insanın psixi müvazinətini pozmağa nail olan "şokçular" bu hadisədən də yararlanmağa cəhd göstərəcəklər. Hətta bu şəxsin radikal islamçılarla əlaqəsinin olduğunu da uydura bilərlər. Lakin bütün bunlar qərb cəmiyyətlərinin problemini həll edə bilməz.
- Anders Behrinq Türkiyənin Avropa Birliyinə daxil olacağı təqdirdə, Avropanın islamlaşacağını və bunun qarşısını almaq üçün yeni bir xaçlı savaşın başlanılmasına ehtiyac olacağına inanırdı...
- Xeyr! Belə deyil. Onun belə inamının törətdiyi vəhşiliklə məntiqi əlaqəsi yoxdur. Belə ki, Avropanı qorumaq istəyən şəxs dinc insanlara qarşı silahlı hücum etməzdi. Əgər o, doğrudan da Avropanın xilasını istəyirdisə və bu xilasın dini dəyərlərlə bağlı olduğunu dərk edirdisə, özü dini prinsipləri əsas götürməli idi, yəni kimisə öldürməməli idi. Bu da "şokçuların" uydurmasıdır. XXI əsrin ciddi "şokuna" düçar olan Avropa yenidən digər "şoka"- "səlib yürüşlərinə sürüklənir". Bu necə də S. Hantinqtonun "Sivilizasiyaların toqquşması" uydurmasına bənzəyir. Kimdir bu sivilizasiyaları toqquşduran? ABŞ və onun "beyin mərkəzləri" yüz ildən çoxdur ki, dünyanı nehrə kimi çalxalayır. Gah "elmi proqnozlar" kimi, gah da "terrora qarşı müharibə" kimi xristian və İslam mədəniyyətlərini üz-üzə qoymağa cəhd göstərir. Görünür, bu məqsədlə Anders Behrinq variantından da istifadə ediləcək.
- Türkiyənin islamlaşdığını söyləyən terrorist onun NATO-dan çıxarılmasının tərəfdarı olduğunu da qeyd edib. Buna münasibətiniz?
- Onun belə təkliflə nəyə nail olmaq istədiyini deyə bilmərəm. Lakin bu iddianın da qətliama heç bir dəxli yoxdur. Məgər belə qətliamla o NATO-ya təzyiq etmək istəyib? Yoxsa avropalıların diqqətini bu problemə yönəltmək istəyirdi? Min səhifəlik cəfəngiyat yazmaq əvəzinə, NATO-nun nizamnaməsini oxusaydı dərk edərdi ki, Türkiyəyə NATO lazım deyil. Əksinə, NATO-ya Türkiyə daha çox lazımdır. NATO çoxdandır ki, müdafiə alyansı deyil, hücum alyansıdır. NATO praktiki olaraq ABŞ-ın maraqlarına xidmət edən "beynəlxalq jandarm" vəzifəsini yerinə yetirir. Doğrudan da Türkiyə cəmiyyəti getdikcə İslam dəyərlərinə daha çox önəm verir. Xüsusilə, son on ildə Türkiyənin həm iqtisadi, həm də siyasi sabitliyi dini dəyərlərə söykənən dayanıqlı cəmiyyətin nə dərəcədə mühüm olduğunu sübut etdi. Heç şübhəsiz ki, Türkiyənin islamlaşması və getdikcə sabit inkişaf yoluna dönməsi, İranın İslam dəyərlərinə söykənən yeni idarəetmə və inkişaf modeli yaradaraq sürətlə inkişaf etməsi XXI əsrin "şokunu" yaşayan Avropaya ciddi siqnaldır. Lakin bu siqnal qarşıdurmalar və inkar üzərində qurulmamalıdır. Əksinə əməkdaşlıq və tolerantlıq əsasında formalaşmalıdır.
- Terroristin manifestində daha çox diqqətçəkən məqamlardan biri də türklərin 1.5 milyon ermənini qətlə yetirərək soyqırımı törətdiyi iddialarının irəli sürülməsidir.
- Heç şübhəsiz ki, "erməni soyqırımı" məsələsi "domokl qılıncı" kimi Türkiyənin başı üstündən hələ uzun illər asılı vəziyyətdə qalacaq. Mən inanıram ki, Türkiyə siyasiləri bu problemin əslində "bəhanə" olduğunu dərk edirlər. Yəni Türkiyə üçün əsas problem "müstəqillik problemidir". Belə ki, ilk baxışda "müstəqil" olan Türkiyə Cümhuriyyəti yaranandan indiyədək həm iqtisadi, həm hərbi, həm də siyasi cəhətdən qərb ölkələrindən asılı vəziyyətdədir. Son 10 ildə Türkiyə daha çox müstəqil olmağa cəhd göstərir. Lakin onun hər bir addımı qərbin ciddi müqaviməti ilə rastlaşır. "Erməni soyqırımı" məsələsi də belə müqavimətlərdən biridir. Mən tamamilə əminəm ki, Anders Behrinqin "erməni soyqırımı" ilə bağlı iddiaları da heç bir elmi və ya tarixi araşdırma ilə bağlı deyil.
- Bu günlərdə dünya mətbuatı digər bir məqamı da diqqətdə saxladı. Türkiyədə erməni əsilli jurnalist Hrant Dinkin qatilinə 23 il həbs cəzası verildi. Buna münasibətiniz?
- Kimliyindən, hansı millətə aid olmağından asılı olmayaraq, hər kəsin yaşamaq hüququ var. Allahdan başqa heç kəs heç kəsin həyatına son qoya bilməz. İstənilən cinayət cəzasını almalıdır. Əks halda, cəmiyyətin müvazinəti pozular. Bu hadisə ilə bağlı Türkiyə cəmiyyəti düzgün mövqe tutdu. Cəmiyyət terroru pislədi. Kimə tətbiq edilməyindən asılı olmadan terror qeyri-insani fəaliyyətdir və pislənməlidir.
- Əli türk əsgərinin qanına bulaşmış PKK terrorçularını mağarlarından Türkiyəyə səsləyən, onlara rahat qucaq açan Ərdoğan hakimiyyətinin yürütdüyü daxili siyasət bu qardaş ölkəni hara aparır?
- Qeyd etdiyim kimi, Türkiyənin tam müstəqil siyasət yeritməsi qərbi həmişə qıcıqlandırır. İstənilən bir cəmiyyətin, o cümlədən Türkiyənin güclü olması onun öz milli və dini dəyərlərinə qayıtmasından keçir. Türkiyə cəmiyyətinin fəxr edə biləcəyi böyük tarixi və özünəməxsusluğu var. Odur ki, Qərbin "şokçuları" hər hansı bir cəmiyyəti idarə etmək üçün onu "özündən" uzaqlaşdırırlar. Türkiyə son 10 ildə öz dəyərlərinə qayıtmaq üçün ən ciddi cəhdlər edir. Türkiyə cəmiyyəti dərk edir ki, qlobal problemlərə, xüsusilə milli təhlükəsizliyə nail olmaq üçün qloballaşmanın mənfi təsirlərindən qorunmaq vacibdir. Bu isə daxili sabitliyin və milli birliyin olmasını vacib edir. Türkiyə region ölkələri ilə, xüsusilə İslam ölkələri ilə yaxın münasibətlər qurmağa cəhd göstərir. Bunlar çox mühüm addımlardır. Bu addımların hər biri qərb tərəfindən ciddi müqavimətlə üzləşir. Türkiyə hakimiyyəti hamıdan daha yaxşı dərk edir ki, PKK Türkiyəyə təzyiq vasitəsidir. Lakin həm də dərk edir ki, PKK-nın mövcud olması cəmiyyətdə hansısa konkret problemlərin olduğundan xəbər verir. Yəni PKK uydurulan problem deyil, lakin sui-istifadə edilən problemdir. Odur ki, PKK ilə bağlı problemi elə həll etmək lazımdır ki, bir daha sui-istifadə hallarına yer qalmasın.

hafta-ichi.com Ceyhun Nağı
Комментариев нет:
Отправить комментарий