04.08.2011

A qardaş, kitabı nə var yazmağa

İlham İdrisoğlu

                     A qardaş, kitabı nə var yazmağa,
                     Oxuyub qəlbinə sıxanı göstər!
                     Bənzədib işığı sönməz çırağa,
                     Səhər açılınca baxanı göstər!

                     Kim deyir şairəm açsın Xəmsəni 
                     Bir də  vərəqləsin Qabusnaməni.
                     Mən səni oxudum, dostum, sən məni.
                     Gözündən bir gilə axanı göstər!

                     Hey duz çiləyirik özgə aşına,
                     Ağıl yetiririk  özgə başına.
                     İlhamın çarığı gəlmir xoşuna,
                     Astarı sökülən  çuxanı göstər!

Комментариев нет:

Отправить комментарий