Uşaqlıqdan hamımızın bir arzusu var idi. Əsgər olmaq.Məndən soruşanda ki,böyüyəndə kim olacaqsan cavabında “əsgər olacağam” deyirdim.Bu fikir təbii ki,uşaq beyninin fikirləşdikləri idi.Zaman keçdi.Fikirlər dəyişdi.Özümüz böyüdükcə xəyallarımız,arzularımız da böyüdü.Özümüzü tanımağa başlayanda ya özümüz,ya da valideynlərin təkidi beynimizdəki planları tamam dəyişdi.Amma bəziləri elə hərbiçi olmaq arzusunu beynindən çıxarmadı və sonda arzusuna çatdı.Məsələn Milli Qəhrəmanımız Mübariz İbrahimov.Uşaqlıqdan arzusu idi hərbiçi olmaq.Vaxt vədə çatdı və o öz arzusuna çatdı.Hərbiçi oldu.Səngər,Vətən torpağı onu öz yanına çağırdı.Arzusu idi şəhid olmaq.Arzusuna çatdı o.Mən də böyüdüm.Uşaqlıq arzum,yəni,”əsgər olmaq” arzusu məndə yerini başqa arzularla əvəz etməyə başladı.Tam fərqli bir sahənin insanı oldum.İqtisadçı oldum.Amma bu o demək deyil ki,əsgər olmaqdan çəkindim.Xeyr!Hərbiçi olmasam da Vətənə hərbi xidmətimi yerinə yetirmək mənim şərəf borcumdur.Nəinki mənim,hər bir Azərbaycan oğulunun borcudur.Mən artıq bunu dərk edirəm ki,səngər məni çağırır.Səngər bizi çağırır.Vətənə borcumuz var bizim.Onun ürəyinin bir parçası qoparılıb.Onu qaytarmaq bizim borcumuzdur.Bilirəm çoxları oxuyub “Sözdü də deyir” deyəcək.Amma bunu da bilirəm ki,bu sözləri o insanlar deyəcəklər ki,sabah müharibə elan olunanda qaçıb gəzlənəcəklər.Gəlin qaçmayaq.Gizlənməyək.Səngər bizi çağırırsa gedək.Vətənin dar günündə ona yardım edək.Vətəndaşlıq borcumuzu yerinə yetirək.İnanıram ki,yazdıqlarımdan kimlərsə nəticə çıxaracaq və Səngərin səsinə səs verəcək.
Комментариев нет:
Отправить комментарий