Növbədə dayanmaq mədəniyyəti
Gülnar Musayeva
Bu dəfə bəhs edəcəyim mövzu bir çoxlarının hər dəfə psixoloji vəziyyətinə,əsəblərinə çox pis təsir edir. Söhbət növbədə dayanmaq mədəniyyətindən gedir. Bu əsasən özünü bankomatlarda, marketlərdə, avtobuslarda, metrolarda və bir sıra başqa yerlərdə özünü göstərir. Bizdə hər kəs mənəm,mənim işim daha vacib deyib önə keçir. Gözləmə mədəniyyəti yoxdur.Bəzən elə olur ki,mən xanımam və mənə hər şey olar anlamından istifadə olunur.Mən başa düşə bilmirəm bankomatdan pul çıxarmaq üçün nə bəy nə xanım. Marketlərdə eyni vəziyyət basabas növbə yox. Kim kimədirə. Sən nəsə alanda biri girir ki mənə bir siqaret ver. Heç dəxli var. Mədəniyyətin olsun ki,səndən öncə insan var.Bir sözlə qıcıqlandırıcı hallar. Nə deyəsən,deyirsən başa sala bilmirsən.Olursan qanmaz.Bizi bu günə qoyan mentalitetdir əslində.Bir gün bu mövzu haqqında da yazacam.Avtobuslara gəlincə isə növbə dəhşətdir.İndi yaydır deyə tər qoxusundan vapşey danışmıram.Basabasdakı öz yerində. Hətda normal avtobusda adam olanda ağlında qəribə bir fikir formalaşır ki,bu avtobusda nəsə çatmire. Sonra görürüsən ki,basabas çatmır))) Bizim xalqa hətda xaricdən gətirilən avtobuslar belə yenə bəs etmədi.Yenə avtobuslar dolu,birtərəfli əyilir avtobus və təhlükəli hallar çoxalır desəm yanılmaram.Mövzudan biraz kənara çıxaraq deyim ki,ictimai nəqliyyatlarda bilmirəm nə fikirdir ama böyük gəldikdə durmalısan.Yoxsa ad qoyulacaq ki, səndə ailə tərbiyəsi yoxdur,böyük kiçik bilmirsən.Bəs niyə düşünmürlər ki bu gənclər də insandır da.Bəlkə bu gənclərin vücudu daşdandı?Onlar yorulmurlar? Onlara oturmaq qadanğandır.Hətda gənc oğlanlar belə.Görəsən biz hacana kimi bu vəziyyətdə gedəciyik.Biz görəsən umummilli mədəniyyətə nə vaxt riaət edəcəyik. Bəzən düşünrəmki heçvaxt.Ona görə heçvaxt ki biz qılınc müsəlmanıyıq.Metroya gəlincə də eyni hal. Qapılar açıldı və mədəniyyət pozuldu yenə. Çıxanlar qaldı bir kənarda çöldə duranlar özünü basdı içəri. Özdə elə vəziyyətdəki əsas odur girim. Nə cür olsa duracam onsuz.Bu cür basabaslardır ki,min cür təhlükəli hallar törədir.Bu ən çox avtobus və metrolarda adət halını alıb.Adam dolu olur və düşənlərin vəziyyəti çətinləşir və düşən zaman avtobus və metro yola düşür insanlar qaldı qapı arasında.Bu haqda danışsam məncə qurtarmaz.Çıxış yolu budur ki,hər kəs öz mədəniyyətini nümayiş etdirsə xoşagəlməz hallar da yaranmaz.Hələ adicə Ukraynanı misal çəkim o qədər mədəniyyətlidirlər ki insanları adam heyran qalır. Bəlkə doğrusuna baxsaq bizdə olan mədəniyyət onlarkından qat-qat üstün,ama göstərə bilmirik.Problemdən burdan başlanır.Sadəcə bir avtobus minmək mədəniyyətləri.O qədər gözəldir ki,sakitcə arxa arxaya hamı sıra ilə qalxır.Yox gərək bizdəki kimi hamı bir-birinin üstünə çıxsın.Yoxsa onun nə dadı olar.Bəlkə çox kinayəli yazdım.Ama mən nəticəsi olsun deye belə yazdım.Çox istərdimki mədəniyyətimiz qaydasına düşsün.Ən azından yaxın gələcəkdə ölkəmizə dünyanın hər yerindən insanlar gələcək.Deməsinlər ki bunlar nə “Uneducated man” (mədəniyyətsiz adam)lardır.
Комментариев нет:
Отправить комментарий