15.01.2012

Dəlinin quyuya atdığı daş



Lalə Ramizqızı

Doğrudan da bir quyuya atılan daş nə qədər asan isə, onu oradan çıxarmaq ondan dəfələrlə çətindir. Quyuya daşın atılması yalnız anormal adamlara aid hesab olunsa da, bu hərəkət dəlilik kimi götürülür. Əvəzində bir dəlinin qəbahətini ağıllı düzəltməkdə aciz qalır.
Bu gün qardaş Türkiyə və eləcə də türk dünyası belə bir dəlinin hərəkəti ilə üz-üzə qalıb. Belə ki, hazırda Fransanın prezidenti hesab olunan, anormal hərəkətləri ilə Fransa tarixinə qara ləkə olduğundan, gələcəkdə lənətlənəsi Sarkozinin şəxsi təşəbbüsü ilə Fransa parlamentinin qondarma erməni soyqırımı ilə çıxarılan qərarı dəlinin quyuya daş atmasından başqa heç nə ilə müqayisə etmək olmaz. Birincisi, ona görə ki, dəliliyi hər kəs tərəfindən qəbul olunan şəxsin hərəkətləri ilə Sarkozinin hərəkətləri arasında bir fərq görmək olmur.

Nəinki bir siyasi lider kimi, eləcə də bir fərd kimi şəxsi həyatında son dərəcə qeyri-ciddi bir adam olan Sarkozinin hərəkətlərini dəlidən başqa daha kimlə müqayisə etmək olar?
İkincisi, Sarkozinin hərəkətini ona görə dəli hərəkəti ilə müqayisə etməkdən başqa çarə qalmır ki, qondarma erməni soyqırımı ilə bağlı Fransa parlamentinin məlum qərarını heç vəchlə ağıllı məntiqə bağalamaq olmur. Təkcə ona görə yox ki, tarixi hadisəyə siyasilər yox, tarixçilər qiymət verməlidir, həm də ona görə ki, bu məlum qərar ümumiyyətlə insanın ifadə azadlığına qarşı dayandığından, ağıllı hər kəsdə heyrət doğurmaqdan başqa bir şeyə yaramır.
Həm də belə bir qərar Qərbdə yox, Şərqdə qəbul olunsaydı bəlkə də o qədər heyrət doğurmazdı. Bu mənada dünya demokratiya tarixində 200 ildən artıq şərəfli yol keçmiş Fransa bu qərarla bu gün inqilab baharı yaşayan Ərəb diktatorlarının idarə etdiyi ölkələrlə bir səviyyəyə düşür.
Sarkozinin bu hərəkətində dəlilik əlamətlərini göstərən daha bir səbəb isə onun bu məsələdə sabit bir mövqe tutmamasıdır. Axı bir qədər əvvəl Fransa parlamentində qəbul olunan belə bir qərarın Senata yolunu Sarkozi özü kəsdiyi halda, indi niyə özü birbaşa təşəbbüskar rolunda çıxış edir? Bütün dünya erməni “soyqırımı” iddiasının yalan olduğunu, onun türklərə təzyiq aləti kimi istifadə olunduğunu bildiyi halda, Sarkozinin bundan xəbəri yoxmu? Axı, bu həmin Sarkozidir ki, onun atası Fransanın Əlcəzairdə həyata keçirdiyi dəhşətli soyqırımda taqım komandiri kimi şərəfsiz bir vəzifəni icra etmişdir. Həm də qondarma erməni soyqırımından fərqli olaraq Əlcəzairdəki soyqırım bu günkü yaşlı nəslin yaddaşında hələ də yaşayan dəhşətli bir faciə kimi inkarolunmazdır.
Sarkozinin bu dəliliyi təkcə Türkiyə üçün problemlər yaratmayacaq, həm də Fransanı rüsvayçı duruma sala biləcəkdir. Türkiyənin atdığı adekvat cavablar bunu deməyə əsas verir ki, bu qərar daha çox Fransa üçün problem doğuracaqdır. Buna görə də Fransız xalqı özü həyəcan təbili çalıb bu qərarın hüquqi qüvvə almasını durdurmalıdır. Çünki hazırda Fransa parlamentinin qərarı, daşı quyuya atmaq üçün onu əlinə almış dəlinin hərəkəti ilə eynidir. Yəni bu qərar hüquqi qüvvəyə minəndə artıq daşın quyunun dibinə düşməsi kimi bir şey olacaqdır. O zaman isə hər şey gec olacaq.
Cəmi 45 deputatın iştirak edərək, 38 səsin qəbul etdiyi bu qərarı Fransa dövlətinin qərarı kimi qəbul etmək tezdir. Ona görə də Fransız xalqı öz şərəfini bir dəlinin əlindən qurtarmaq üçün hərəkətə keçməlidir. Onlar unutmamalıdır ki, Sarkozi bu hərəkəti ilə sionist bir yəhudi kimi hərəkət edərək, Fransanın maraqlarını İsrailin ayaqları altına atmışdır. Bu isə Türkiyə-İsrail münasibətləri fonunda ortaya çıxmışdır.
Fransanın maraqlarını ayaqlar altına atan bir dəlinin hərəkətləri durdurulmasa, daha kobud desək ipi çəkilməsə, ortaya böyük fəsadlar çıxa bilər. Axı atalar yaxşı deyib: “Hürüsünü bilməyən it kəndə qurd gətirər”.

Комментариев нет:

Отправить комментарий