18.01.2012

Mağazalarda satılan ölüm zəhəri

altƏlaqədar qurumlar hara baxır?

Təəssüf ki, son vaxtlar qida məhsullarından zəhərləmələrin sayı artıb. Zəhərlənmə hallarının əksəriyyəti ölümlə nəticələnir. Baxmayaraq ki, zəhərlənmədən ölənlərin sayı haqqında Səhiyyə Nazirliyi heç bir dəqiq məlumat vermir. Bu da onu göstərir ki, mağazalarda satılan məhsulların hamısı heç də keyfiyyətli deyil. Ümumiyyətlə, keyfiyyətsiz mal satan mağazaların fəaliyyət göstərmələri qanunaziddir. Amma buna baxmayaraq, hələ də belə mağazaların sayı artmaqdadır.

Bu gün market sahibləri mənşəyi bəlli olmayan yerlərdən, xarici ölkələrdən mal gətirərək öz dükanlarında rahat satıb, vətəndaşların həyatını təhlükə qarşısında qoyurlar. Əslində, bu işlə şəxsən məşğul olan bəzi qurumlar da var. Qanunsuz olaraq, heç bir dövlət qeydiyyatından keçməyən yeyinti məhsullarının Azərbaycana gəlib çıxması ele-belə adamların işi deyil. Çox güman ki, bu işdən xəbər tutan bəzi dövlət qurumları yol verilən saxtakarlığın hesabını istəmirlər. Əks halda vətəndaşlar marketlərdə vaxtı keçmiş, təhlükəli qida məhsulları ilə qarşılaşmazlar. Keyfiyyətsizliyindən əlavə, ölkəyə idxal olunan mallar bazarlarda öz qiymətindən həddən artıq baha satılır. Əslində, bu məsələdə İqtisadi İnkişaf Nazirliyi məsuliyyət daşımalıdır. Çünki nazirlik ölkədə inhisarçılığa qarşı mübarizəni lazımi səviyyədə aparmadığından, belə hallar baş alıb gedir. Demək olar ki, ölkədə inhisarçılıq sürətlə yayılır. Dükan sahiblərinin vətəndaşları aldadaraq, onlara vaxtı keçmiş məhsulları satmasına imkan yaradan da məhz bəzi hökümət qurumlarıdır. Adətən qonşu ölkələrdən gətirilən malların üzərində tarix göstərilmir. Bu da bəzi işbazların öz çirkin planlarını həyata keçirmələrinə şərait yaradır. Vaxtı keçmiş qida məhsullarının üzərində buraxılma tarixinin və son yararlıq müddətinin olmamasından istifadə edərək, onlar məhsulun üzərinə istədikləri istifadə müddətini qoyurlar. Bəzilərində isə heç bir istifadə müddəti yazılmır. Dükan sahibləri də bu cür məhsulların öz mağazalarında satılmasına şərait yaradırlar. Bu gün monitorinqlər aparılsa, nə qədər keyfiyyətsiz, istifadə müddəti bəlli olmayan, insanların həyatı üçün təhlükəli olan qida məhsullarının satıldığının şahidi olarıq. Əslində deyilinə görə, hər ay bu monitorinqlər aparılır. Amma aparılan bu yoxlamalar vətəndaşların təhlükəsizliyini qorumaq məqsədi ilə deyil, digər bir məqsədlə aparılır. Nə qədər ki, Azərbaycanda vətəndaşların həyatı bahasına öz mənafelərini güdən, bu və ya digər çirkin əməllərlə məşğul olan bəzi dövlət məmurları var, bizim həyatımız təhlükədə olacaq.

Leyla Ağayeva          gundelik-baku.com

Комментариев нет:

Отправить комментарий