05.01.2012

Partizan müharibəsi metod kimi: Ernesto Çe Gevara


Əli Azərtürk

Dünya tarixində  Partizan müharibəsi  (Gerilla müharibəsi) dəfələrlə, müxtəlif  şərtlər  altında və müxtəlif hədəflər üçün aparılmışdır. Son zamanlarda  xalqın avanqardları hərbi üstünlüyə sahib  düşmənlə qeyri – müntəzəm  silahlı mübarizə yolu seçərkən xalq – azadlıq müharibələrində buna üstünlük verir. Asiya, Afrika və Latın Amerikasında iqtidarı ələ keçirmək üçün və  feodal, neomüstəmləkə, müstəmləkə istismara qarşı  mübarizənin gedişində belə olmuşdur. Avropada partizan müharibəsini  köməkçi vasitə kimi  nizamlı ordunun özünün və ya müttəfiqlərinin hərbi fəaliyyət yolu  olaraq seçilmişdi.
Latın Amerikasında  partizan müharibəsinə müxtəlif  səbəblərdən gedilib. Bununla bağlı yaxın nümunə olaraq yanki ekspedisiya korpusu ilə Nikaraqua Seqoviasında döyüşmüş  Cesar Augusto Sandinonun təcrübəsini xatırlamaq olar.

Və daha sonra – Kubada  bu yaxınlardakı  inqilabi müharibəni. Bu dövrdən  partizan müharibəsinin aparılması  məsələsi  qitənin  mütərəqqi partiyalarının nəzəri diskussiyalarının mövzusuna çevrilmişdir, üstəlik polemika mövzusu  imkanlar, məqsədəuyğun partizan mübarizəsinin aparılması oldu.
Verilmiş qeyd  gerilla müharibəsi və onun düzgün  aparılma yolları  ilə əlaqəli   ideyalarımızı açıqlamaq cəhdidir.
Başlanğıc  üçün bildirək ki, bu mübarizə  forması ümumilikdə  yalnız vasitədir – qoyulmuş məqsədə yetişmək üçün  metod.  Hər bir inqilabçı üçün vacib, mütləq hədəf  siyasi hakimiyyəti ələ keçirməkdir. Bu o deməkdir ki, hər bir Latın Amerikası ölkəsində ayrıca götürülsə, vəziyyətin təhlili üçün biz ondan çıxış etməliyik ki, partizan müharibəsi – yalnızca siyasi hakimiyyəti ələ keçirməyin  sıradan bir üsuludur.
Ardınca həmin anda sual ortaya çıxır: Ola bilər ki, partizan müharibəsi bütün  Latın Amerikası ölkələrində siyasi hakimiyyətə yiyələnməyin yeganə metodudur? Və ya ən azı, əsas metoddur? Ya da mübarizə  yollarından sadəcə hər hansı biridir ? Və bu əsas da: qitənin digər ölkələrində mövcud indiki hal  Kuba inqilabı təcrübəsini  tətbiq etmək olarmı ?
Açılmış polemikanın gedişində, gerilla mübarizəsində şəxsən iştirak etmək marağında olanları adətən kütlənin mübarizəsini “heçə saymağa” görə tənqid edirlər – beləcə biri digərini inkar edir. Biz  oxşar  təsəvvürü  rədd edirik: partizan müharibəsi – bu xalq savaşıdır, bu kütlənin  mübarizəsidir.Yerli sakinlərin dəstəyi olmadan bu tip müharibə aparmağa cəhd öncədən özünü qaçılmaz məğlubiyyətə məhkum etmək deməkdir. Partizanlar – xalqın əsgəri avanqardıdır, müəyyən ərazidə əməliyyat aparan silahlı avanqard və bir sıra ardıcıl hərbi əməliyyatlar yolu ilə  öz strateji məqsədini reallaşdırmaq – hakim  qüvvə  olmaqdır. Partizanlar əməliyyat gedən  həmin bölgənin  və ümumilikdə bütün ərazinin kəndli və işçi kütləsinin  köməyindən  yararlanır. Bu ilkin şərtlər olmadan  gerilla müharibəsinə  başlamaq olmaz.

Комментариев нет:

Отправить комментарий