05.01.2012

Ümid yaxşı şeydi, baxır harda və necə?


Təzəxan Mirələmli

İnsanda inamın, etiqadın olması çox vacib amillərdən biridir. Elə hallar olur ki, adam etimalı sıfıra bərabər olan anda belə çətin stiuasiyadan qurtula bilir. Buna da ümidin, inamın yüksək, iradənin möhkəmliyi sayəsində nail olmaq mümkün olur. Bununla bağlı yadıma iki hadisə düşdü.
Birincisi hər kəsin eşitdiyi bir lətifədir. "Deyir bir dəfə mollanın eşşəyi  itmişmiş. Xeyli axtarıb tapmayıb yenə oxuya-oxuya axtarışını davam etdirirmiş. Onunla rastlaşan tanışı mollanın nə aradığını soruşur. Molla əhvalatı danışdıqdan sonra tanışı bildirir ki, bəs onda bu şadlıq, oxumaq nə üçündür, sənin ki olan varın-dövlətin o bir eşşəyindir. Onu da itirmisən, sən isə sevincəksən.


Molla bildirir ki, bunu mən də bilirəm, amma ümidim qarşıdakı dərəyədir, orda tapmasam o zaman mənim vay-şüvənimi görərsən".
İkinci hadisə isə olmuş bir əhvalatdır. "Bizim qonşu kəndlərin birində Siyasət adlı birisi eşşək arabası ilə meşəyə odun gətirməyə gedir. Meşədə eşşəyi o qədər döyürki ölür.  Kor-peşiman  boş arabanı özü çəkə-çəkə evə qayıdır. Yolda öz-özlüyündə xəyallanaraq belə ümid edir: "Ya nənəmin cəddi, gedib görəydim eşşəyimiz həyətimizdəki tayada ot yeyir".
Bizim bu günümüzdə bu əhvalatları azca siyasi olaylarla əlaqələndirmək istəyirəm. Biz də hamı kimi bu reyimdən narazıyıq. Bu mürtəce, analoqu olmayan rejimin dəyişilməsini istəyirik. Buna ümidimiz də var. Həm də ümidimiz mollanın ümid etdiyi "DƏRƏ"lərədir. Özü də bu "DƏRƏ"lər çoxdur. Ərəb "DƏRƏ"lərindən gələn səslərdən ilhamlanaraq qərb "DƏRƏ"lərindən gələn dəstəyə ümid etməklə. Növbəti "DƏRƏ" isə lap yaxındadır. 2012-ci il,  lap uzağı 2013-cü ildəki "DƏRƏ"lərdən birindən "EŞŞƏY"imizi tapacağıq.
Eləcə də bizim ümidimiz Siyasət kişinin ümidindən deyil. Bu hakimiyyətin "EŞŞƏY"i coxdan ölüb. Amma bəzi dostlarımız isə "EŞŞƏK"lərni özləri öldürüblər,  indi də "ARABA"nı bütün xalq çəkir. 1998-ci ildə, 2003-cü ildə neçə-neçə zırpı "EŞŞƏK"lər öldü. Eybi yox, keçənə güzəşt deyərlər.
Ay millət, diqqətlə baxın! Artıq 2012-ci il "DƏRƏ"sindəki "EŞŞƏK"görünür. Amma xahiş edirəm o "EŞŞƏY"i aparıb meşədə "ÖLDÜRÜB" yenə "ARABA"nın altına girməyək!

Комментариев нет:

Отправить комментарий