05.01.2012

YERİN ALTINDAKI ANALOQSUZLUĞUMUZ


FotoğrafımTacəddin Lətifli

Yer üzündə analoqumuzun olmadığı cümlə- aləmə məlumdur.Bunu hər zaman bariz dəlillərlə sübut etmişik. Gəvəzəliyin lüzumu yox. Bəs görəsən, yerin altında necə?Bizim analoqsuzluğumuz yerin altında da mı yerin üstündə olduğu kimi mübahisə edilməzdir,yoxsa yox?Bəli, tam qətiyyətlə deyərdim ki, yerin altındakı havasızlıq və çətinliyə baxmayaraq hökümətimiz orada da bizim üçün durmadan- dayanmadan işləyir, ən azı bir şey düşünür.Mən şəxsən bunu çoxdan düşünmüşdum.

Düşüncələrimin məntiqi yekunu kimi dünən dekabrın 1-dən başlayaraq metroda gediş haqlarının 15- qəpikdən 20- qəpiyə artırılacağı xəbərini eşitməyim oldu və ürəyimdən bir dəli “halal olsun, kişilər işləyirlər də!” keçdi.Cəmi beş qəpik artırıblar, çoxmu?Hələ mən düz üç il bundan qabaq qəzetlərin birində oxumuşdum ki, metroda gediş haqları 55 qəpiyə qaldırılacaq. İnsafınız- mürvətiniz olsun da!İndi durub beş qəpiyin söhbətin edəcəyik?Ayıbdır, özünüzdən utanın.
Metro nəqliyyatı olduqca səviyyəli və kütləvi nəqliyyat növüdür.Nəzərə alın ki, bu nəqliyyat növündən gün ərzində nə qədər adam istifadə edir və burdan dövlət  nə dərəcədə böyük məbləğ götürə bilər.Hansı ki, biz bu vəsaitlərin hesabına nəinki Dubayda 75 milyon dollarlıq villa ala bilərik, hətta adama bir dənə “Fuqas”, “ Uraqan” tipli raketlər də alıb işğal olunmuş torpaqlarımızı da işğaldan azad edə bilərik.Adam arada bir dövləti də fikirləşər də.
Hə, bilirəm, bir çoxlarınız elə düşünür ki, biz “ Məşədi Əzizbəyov” stansiyasını bağlayıb pul yeyirik, hə?Ayıb olsun!Bizim fəhlələrin yerin altında nə çəkdiklərini bir Allah bilir.Onlar iş zamanı elektirik enerjisinə qənaət edərək şamdan istifadə edirlər, müasir texniki avadanlıqlardan istifadə etmirlər ki, nə var, nə var dövlətin cibindən buna ayrıca pul xərclənəcək, əvəzində isə lomdan- lapatkadan istifadə edirlər,günlərlə ac- susuz qalırlar.

Комментариев нет:

Отправить комментарий