16.01.2012

“Pyeslər. Tərcümələr” kitabı təqdim olunacaq


Yanvarın 18-də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə tanınmış dramaturq və rejissor Rəhman Əlizadənin “Pyeslər. Tərcümələr” üçcildlik kitabının təqdimatı olacaq.
Tədbirə tanınmış aktyorlar, rejissorlar, digər mədəniyyət, incəsənət və elm xadimləri dəvət ediliblər.
Mərasimin ikinci hissəsində Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru Rəhman Əlizadənin dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubileyi ərəfəsində böyük söz ustasının poemalarının motivləri əsasında səhnələşdirdiyi “Xeyir və Şər” tamaşası təqdim olunacaq.

Комментариев нет:

Отправить комментарий