18.02.2012

İranda qadın hüquqları: mif və reallıq

Arzu Abdulla

İran İslam İnqilabının ən əsas nailiyyətlərindən biri də İran qadınlarının qanunverici və məhkəmə hakimiyyəti sistemində fəaliyyətinin genişlənməsidir. Bu gün 500-ə yaxın qadın müxtəlif səviyyədə məhkəmə hakimiyyəti sistemində fəaliyyət göstərirlər.
Son 30 ildə  qadın məsələsi  İran cəmiyyətində diqqəti cəlb edən ən əsas məsələlərdəndir. Qadınların hüququ, onların ölkə həyatında rolu məsələsi İran KİV-də, beynəlxalq konfranslarda, parlamentdə geniş müzakirə edilir. Heş şübhəsiz ki, son 30 ildə İran cəmiyyətində baş verən ictimai-siyasi dəyişikiliklər bu ölkədə qadınların da ictimai və siyasi statusuna ciddi təsir göstərib. Belə təsirlər ildən ilə genişlənir.
İran qadınları sosial güc kimi özünü hələ İran inqilabında ciddi şəkildə göstərmişdi. Şah əleyhinə olan mitinqlərdə qadınılar aktiv iştirak edirdilər. Qadınlara qarşı olan qeyri-bərabərliyə, qanunsuzluqlara və onların ölkənin ictimai-siyasi həyatından təcrid edilməsinə qarşı ciddi etirazlar baş qaldırmışdı. Şah rejiminə qarşı mitinqlərdə qadınların hicab geyinərək küçələrə çıxması onların nəinki dini dəyərlərə hörmətini ifadə edirdi, həmçinin belə geyim forması şah rejiminə qarşı  və qərb həyat tərzinin və mədəniyyətinin əleyhinə etiraz simvolu idi.
İnqilab ərəfəsində və inqilab zamanı qadınların istibdada qarşı belə təçkilatlanmış mübarizəsi dini xadimlər tərəfindən də yüksək qiymətləndirilirdi. İnqilabdan sonra İran dövlətinin yeni Konstitusiyasının qəbulu üçün keçirilən referendumda da İran qadınıarı ölkənin gələcək siyasi quruluşunun müəyyən edilməsində və İslam dəyərlərunə əsalanan yeni idarəetmə modelinin yaradılmasında ciddi fəaliyyət göstərdilər.
1979-cu ildə keçirilən referendumla qəbul edilən Konstitusiyada  İslam  qaydalarına əməl etmək şərti ilə bütün vətəndaşlara, onların cinsindən asılı olmayaraq eyni siyasi, iqtisadi, humanitar, sosial və mədəni hüquqlar verildı. Hökumət isə bütün sferalarda qadınların hüququnun qorunmaqsına, qadın şəxsiyyətinin inkişafı üçün tələb edilən şəraitin yaradılmasına, onların maddi və mənəvi hüquqlarının təmin edilməsinə tam məsuliyyət daşıyır. Ölkənin dini liderləri dəfələrlə təkrar ediblər ki, “İslam nöqteyi-nəzərindən kişilər və qadınlar  insan cəmiyyətindəki bütün fəaliyyətdə eyni hüquqlara malikdirlər.”
“Əgər qadın tələb edilən fiziki keyfiyyətlərə, istəyə və vaxta  malikdirsə, o, istənilən ictimai fəaliyyətlə məşğul ola bilər”. İnqilabın rəhbəri Xomeyninin “ölkənin yenidən qurulması qadınlara münasibətdə, onun cəmiyyətdə yerinin müəyyən edilməsində düzgün yanaşmanı tələb edir” fikri indiyə qədər qadınlara münasibətdə əsas prinsip olaraq qalır.
İran İslam İnqilabından keçən bu müddətdə İran hakimiyyəti dərk edir ki, qadınların cəmiyyətdə yüksək statusunun təmin edilməsi və onların sosial-iqtisadi həyata aktiv cəlb edilməsi cəmiyyətin dayanıqlı inkişafı üçün mühüm faktordur. İran prezidentinin yanında qadın məsələləri ilə məşğul olan xüsusi müşavir vəzifəsi var. Belə vəzifələr bir çox nazirliklərdə də mövcuddur.
1990-cı ildən indiyə qədər qadınların ictimai-siyasi və sosial-iqtisadi fəaliyyətinin genişləndirilməsinə, onların vətəndaş və siyasi hüquqlarının müdafiəsinin təmin edilməsinə yönələn xeyli sayda qanunlar qəbul edilmişdir. Məsələn, qadınların sosial sığortası haqqında qanun, işləyən qadınlar üçün mərkəzlərin yaradılması, təqaüddə olan qadınlar üçün xüsusi güzəştlərin qəbul edilməsi və sair.
2005-ci ildə Mədəni inqilabın Ali Şurası “ İslam rejimi şəraitində qadınların hüquq və vəzifələri Xartiyası” adlı sənəd qəbul etdi. Bu xartiyanın əsas müddəaları 2006-cı ildə qəbul edilən “Qadınların hüquq və vəzifələri haqqında Qanuna” daxil edildi. Bu qanun qadınların ailədə, sosial-iqtisadi və maliyyə sferalarında əsas məsələlərini tənzimləyir.
İranın 20 illik perspektiv planında bütöv bir bölmə qadınların  sosial həyatda rolunun möhkəmlənməsinə və onların qanuni hüquqlarının tam təmin edilməsinə həsr edilib. 
1979-cu ildə təhsil sisteminin islam dəyərləri əsasında yenidən qurulması dini dəyərlərlə yaşayan ailələrdən olan qızların məktəb və universitetlərə qəbuluna daha geniş şərait yaratdı.
Nəticə kifayət qədər pozitivdir. Belə ki, son 30 ildə qadınlar arasında savadlılıq dərəcəsi 35. 5 %-dən 80% qədər artdı. Hətta şəhər əhalisi içərisində bu rəqəm 88% çatır.  Bu gün demək olar ki, qızların 100% ibtidai siniflərdə təhsilə cəlb edilib.Bütün abiturientlərin 60%, tələbələrin isə 50%-i qızlardır. Dini Mərkəz hesab edilən Qumda rektoru qadın olan və  xüsusi olaraq qadınlar üçün nəzərdə tutulan dini universitet təsis edilib.
Digər universitetlərdə qızlar oğlanlarla birgə təhsil ala bilərlər. Əgər inqilabın ilk vaxtlarında qadınlar üçün bir neçə ixtisasa yiyələnmək qadağan idisə, 1989-cu ildə mədəni inqilabın Ali şurasının qərarı ilə bu qadağalar xeyli aradan götürülüb. Belə qadağalar yalnız o ixtisaslar üçün saxlanılır ki, onlar mürəkkəb  və təhlükəli şəraitdə işləməyi tələb edir. Məsələn, geologiya və ya gəmiqayırma sahələri və sair. Artıq İran qadınları xaricdə də oxumaq hüququna malikdirlər.
İran qadınlarının təhsil və elm potensialının artması nəticəsində onların ictimai-siyasi aktivliyi də xeyli yüksəlmışdir. Artıq İranda mindən çox qadın qeyri-hökumət təşkilatları qeydiyyata alınmışdır. Onların yarısı sosial-mədəni və dini təşkilatlardırsa digər yarısı xeyriyyə, elmi və idman sahələrini əhatə edən təşkilatlardır.
İranda qadın hüquqlarını müdafiə edən siyasi təşkilatlar və çoxlu sayda qadın jurnalları fəaliyyət göstərir. Yaxın Şərqdə ilk dəfə qadın informasiya agentliyi məhz İranda fəaliyyət göstərməyə başlayıb. İran qadınları idmanla çox geniş spektrdə məşğul olurlar. 1997-ci ildə İranda müsəlman qadınlarının iştirakı ilə 2-ci qadın olimpiya oyunları keçirildi. 2005-ci ildə dünyada ilk dəfə 14 nəfərdən ibarət İran qadın komandası Everest zirvəsini fəht edə bildi. İran qadınları kinoda, təsviri incəsənətdə, ədəbiyyatda və sair mədəniyyət sahələrində yaxından iştirak edir.
İran Konstitusiyasına, Mülki Məcəlləsinə və Əmək Qanununa görə qadınlar iş seçimində kişilərlə eyni hüquqludurlar. Lakin bəzi istisnalar var ki, onlar da qadınların sağlamlmlığını qorumaq məqsədilə onların ağır fiziki əməklə məşğul olmasına qadağa qoyur.
Rəsmi olaraq qadınlara hamiləlik və doğuşla  bağlı 90 gün məzuniyyət nəzərdə tutulur. Uşaq qidalandıran analara xüsusi iş şəraiti və kişilərə nisbətən daha tez pensiyaya çıxmaq imkanları da verilir. İran İslam İnqilabından sonra qadınların iqtisadi sferada işləmək imkanları da genişləndi. İşləyən qadınların 40% xidmət sahəsində, 32% sənayedə, 26,5% isə kənd təsərrüfatında çalışır. Qadınlar sahibkarlıqla getdikcə daha geniş məşğul olmağa başlayıblar.
Ənənəvi olaraq, İran qadınları iqtisadiyyatın dövlət sektorunda daha çox işləməyə cəhd göstərirlər. Belə sahələr əsasən təhsil və səhiyyə sahələridir. Təhsil sahəsində çalışanların 45%-i, səhiyyə sahəsində çalışanların isə 43%-i qadınlardır. Mədəniyyət sahəsində də qadınların xüsusi çəkisi getdikcə artmaqdadır. Bu sahədə çalışanların 20%-i qadınlardır. Diddəti cəlb edən əsas faktor ondan ibarətdir ki, işləyən qadınların 36%-i ali təhsillidirlər. Ali təhsilli qadınların  sayı durmadan artır.
İran İslam İnqilabının ən əsas nailiyyətlərindən biri də İran qadınlarının qanunverici və məhkəmə hakimiyyəti sistemində fəaliyyətinin genişlənməsidir. Bu gün 500-ə yaxın qadın müxtəlif səviyyədə məhkəmə hakimiyyəti sistemində fəaliyyət göstərirlər. Qadınların siyasi fəaliyyəti, xüsusilə seçki prosesində qadınların aktivliyi, onların qanunverici hakimiyyətdə təmsilçiliyini durmadan artırır.
Seşkilərdə qadınlar kişilərdən daha aktiv iştirak edirlər. Onlar öz seşki hüquqlarına daha məsuliyyətlə yanaşırlar. Daxili İşlər Nazirliyinin verdiyi məlumatlara əsasən son parlament seçkilərində səs hüququ olan qadın seçicilərin 65%, kişi seçicilərin isə 62% iştirak etmişlər. İran qadınlarının parlament seçkilərində öz namizədliklərini irəli sürməsi və siyasi fəaliyyətdə aktiv iştirakı da danılmazdır. Belə ki, əgər ilk parlament seçkilərində 30-35 qadın öz namizədliyini irəli sürürdüsə, son parlament seçkilərində bu rəqəm 800-ü aşıb.
Artıq İran parlamentində 8 qadın millət vəkili fəaliyyət göstərir. Onlar ölkədə qadın hüquqlarının qorunması, qadınların maraqlarının müdafiəsi sahəsində deputat fraksiyası formalaşdırıblar.
Qadınların əmək və sosial vəziyyətinin yaxşılaşdırılması, qadınlar üçün iş vaxtlarının azaldılması, gənc analara dövlət yardımının göstərilməsi və sair sahələrdə qanunvericilik aktlarının hazırlanmasında qadın millət vəkilləri yaxından iştirak edirlər.
Artıq İran qadınları ölkə prezidenti vəzifəsinə də öz namizədliklərini vermək hüququna malikdirlər. Əlbəttə, qadın hərəkatlarının əksəriyyəti iddia edir ki, hələ İran cəmiyyəti dövlət başçısı kimi və ya hakimiyyətin digər qollarının rəhbəri kimi mühüm vəzifələrdə  qadın rəhbərin olmasına hazır deyil. Lakin İran qanunvericiliyinə görə belə vəzifələrdə qadın namizədlərin təmsil olunmasına icazə verməsi İran cəmiyyətində qadınların siyasi rolunun getdikcə ciddi şəkildə artmasından xəbər verir.
Bütün bunlar İranda qadın hüquqlarının diskriminasiya edilməsi ilə bağlı Qərb mediasında durmadan yayılan iddiaların nə qədər əsassız olduğunu bir daha sübut edir.

Комментариев нет:

Отправить комментарий