18.02.2012

Gənclərin peşəkarlıq problemi


Gülnar Musayeva

İçimdə özüm olmaqla bu ölkədə gəncsənsə demək sən bu ölkənin problemisən.Problemin kökündə sənin peşəkarlığın dayanır.Əgər sən peşəkarsansa demək sən bir addım öndəsən.Ama əsas tərəfdən yanaşşaq biz bir addım geridəyik.Və bu belədə qalacaq.Əziyyətlə universitetə qəbul ol,4il təhsil al.Və əsas məqama çatanda ilk sual sən peşekarsanmı,iş təcrübən varmı?Yoxdursa geri qayıda bilərsən ilə yola salınırıq.Bizim ölkədə peşəkar doğulmaq lazımdır.Günahı analarımızda tapaq ki,bizi niyə peşekar doğmayıblar? 

Bəlkə hamilə vaxtı nəsə peşekarlıq vitamini varkı onu qəbul etmək lazımdır.Bunu peşekarlardan soruşaq onlar daha yaxşı bilər məncə.Görəsən biz tələbələrin günahı nədir ki,universitetə qəbul olub daha doğrusu desək universitetdə movcud olmuyan şəraitin reklamına inanıb gedirik və sonra heçnə görmüyəndə artıq geri dönmək şansımızda qalmır.Bu gün ölkəmizdə işə qəbul olmaq istəyirsənsə sən təcrübəli olmalısan.Ay balam sən doğuşdan peşekar olmamısanki…Hər halda hardansa başlamısanda.Bu gənclərə hardansa yol açılmalıdır ki,təcrübə görsünlər peşekarlığa addım atsınlarda.Elə hey bizə peşekar lazımdır deməklə deyilki.Maraqlısı burasındadlr ki,bu peşekarlığı ən çox televiziya və radio sahəsində tələb edirlər.Görəsən orda işliyənlər öz keçmişlərini undublar yoxsa doğurdanda peşəkar doğulublar?!Və daha maraqlısı burasındadır ki,peşəkarlığı qeyri ixtisas dan olan ama jurnalist işliyən şəxslər tələb edirlər.Daha açığı kiminsə əli ilə gələnlər.Jurnalistikanı bilməyib ama peşəkarlıq tələb edənlər adamı yandırır.Bax bizim gənclik budur.Sən bu ölkənin gəncisənsə və sən peşəkar deilsənsə axırın yoxdur deməkdir.Guya ki,gələcək biz gənclərin əlindədir.Ama öyrədən yoxdur.Hamı hazıra nazirlik tələb edir.Bilmirəmsə demək mənim problemimdir.Belə.Necə deyərlər gedirikdə yavaş-yavaş.Harda qırıldı-qırıldı.Mən peşəkar doğulmamışamsa heç kimi qınaya bilmərəm bu ölkədə.Ya taleyimlə barışmalıyam ya da peşəkarsızlığımı qəbul etməliyəm.Peşəkarların dili ilə növbəti postlarda görüşənədək…

Комментариев нет:

Отправить комментарий