20.02.2012

Məhəbbət çox qəribə qəlp pul kəsəndir

Görkəmli fransız yazıçı-dramaturqu Onore de Balzakın aforizmlərini təqdim edirik

Qızıldan olan zəncirlər ən ağır zəncirlərdir.
Ayaqqabılarım olmadığına görə təəssüflənirdim. Küçədə ayaqları olmayan adam görənə qədər...
Xatirələr həyatı gözəlləşdirə bilərlər, amma həyatda ayaq üstə dura bilməyimizin səbəbi unutqanlığımızdır.
Vicdan bahalı bir xüsusiyyətdir. Ucuz insanlarda olmur.
Ciddilik xarakterin əsasıdır.
Məhəbbət çox qəribə qəlp pul kəsəndir. O, təkcə misi qızıla çevirmir, bəzən də qızılı misə çevirir.
Yaxşı ər heç vaxt axşam birinci yatmır və səhər sonuncu oyanmır.
Kim ki, milyonları axtarır, onları nadir hallarda tapır, kim ki, axtarmır, heç zaman tapmır.

Qadınsız ev məzar kimidir. 
Qadın instinkti böyük insanların uzaqgörənliyinə bərabərdir.
Qadının sizdən məsləhəti istəməsi o demək deyil ki sizin məsləhətinizə ehtiyacı var, o, sadəcə, özünə həmsöhbət axtarır.
İncəsənət dindir, onun öz kahinləri var, amma şəhidləri də olmalıdır.
Öz zəifliyini qəbul edərək insan güclənir.
Hökumətlər və ərlər yanıldıqlarını heç bir zaman qəbul etməzlər.
Heç bir sevgi, şəfqət, ananınkının yerini tuta bilməz.
Biliyin hökmdarı olmaq üçün əməyin nökəri olmalısan.
Yalançılıq peşə olaraq elan edilməlidir artıq, çünki çox ustası var.
Sevən bir qadın üçün sevdiyi kişinin üzü, ona dənizin dənizçiyə göründüyü kimi görünür.
Qadın həyatı sevgi, duyğu, dözüm və fədakarlıqdan yoğrulub.
Qadını idarə etməyi bacaran dövləti də idarə edər.
Həyat beşiklə məzar arasında sınaq müddətidir.
Sənətin vəzifəsi, təbiətin surətini çıxarmaq deyil, təbiəti ifadə etməkdir...
Hər iztirab insana başqa bir şey öyrədir.
Nə edirsən et, necə yaşayırsan yaşa: amma gülə bilmək üçün kimisə ağlatma və öz mənafeyin üçün kimisə satma.
Cəmiyyətin gələcəyi – anaların əlindədir.
Yuxunun məğlub etmədiyi heç bir ağrı yoxdur.
Sevilən qadın dünyanın ən xoşbəxt qadınıdır.

Hazırladı: Günel ƏSGƏRZADƏ          kulis.az

Комментариев нет:

Отправить комментарий