18.02.2012

Məktub yetişmədi


Arzu Abdulla

Belə alçaqlar heç olmaya erməni tapdağında olan ata ruhuna da hörmət etmirlər

Araşdırmaçı yazar Aygün Həsənoğlu ölkə başçısına açıq məktub yazıb.  Eyni boyunduruq altında əzilənlərə məktubun məzmunu bəllidir. Aygün xanımı çoxdan tanıyıram. “Erməni sindromu” kitabını oxumuşam. Hər dəfə onunla söhbətdən sonra ağlıma ilk gələn fikir bu olub ki, “Aygün xanım hazırda 10 alimin, 10 araşdırmaçının, 10 tarixçinin görəcəyi işi görür. Amma ona kömək edən, əl tutan olsa bəlkə bizim adını alim qoyub, dövlət büdcəsindən müftə pullar yeyən 100 “alimin” işini görər.

Prezidentin Aygün Kazımova, Brilliant Dadaşova, Aybəniz Haşımova kimi 3-4 mənzili olan müğənnilərə ev verdiyi məmləkətdə araşdırmaçı xanım kirayədə yaşayır.
Aygün Kazımova mənzil bolluğuna düşdüyündən ölkə başçısının ona verdiyi mənzildə ancaq paltarlarını saxlayır. Yəqin o, itinin də paltarını prezidentin ona verdiyi mənzildə saxlayır. Axı, Aygün itini çox istəyir. Onu özündən ayırmadığı kimi paltarını da öz paltarından ayırmaz.
Aygün Həsənoğlu ermənilərin tarxi boyu bizə qarşı işləklərinin üstünü açmaqla, araşdırmaqla məşğuldur.
Çalışdığım qəzetlərdən birinin baş redaktoru (baş redaktor Qarabağ qaçqını idi. Atasının və digər doğmalarının qəbri erməni tapdağındadır) Aygün Həsənoğlu ilə müsahibəmi vermədi. Ağız-burnunu əyişdirib, “əşi o, qız da gedib özünə iş tapsın da” dedi. Belə alçaqlar heç olmaya erməni tapdağında olan ata ruhuna da hörmət etmirlər. Səbəb çox sadədir. Çünki 3 evi olan bu alçaq orta məktəbdə oxuyan azyaşlı oğluna, qızına da artıq ev almışdı. Belələrinə dolu süfrə, dolu qarın, dolu ev gərəkdir. Əqidə isə çox zəhlətökən işdir.
 Gəlin, bu gün on tələbədən bu iki Aygünü soruşaq. Əlbəttə, hamı müğənni Aygünü tanıyacaq. Axı bizdə üzü yuxarıdan ta aşağıya qədər hamı manısa hörmət edir. Ermənidir də, gəlib 20 faiz torpağımızı alıb əlimizdən, oturub üstündə. Nolsun ki, o torpaqlardan qovulanların və o torpağın uğurunda ölənlərin, eləcə də o torpaqlardan dabanına tüpürüb qaçanların, o torpaqlar uğurunda heç bir qurban verməyənlərin bu gününü düşünək. Hə, indi deyin görüm bizə torpaq və ya erməninin bizim haqqımızda nə etdiyini, nə edəcəyini düşünmək gərəkdir? Əlbəttə yox. Bizə Aygün Kazımova gərəkdir.
Aygün Həsənoğlu deyirdi ki, Bakı ermənisi Ohanes Apresyanın ABŞ-ın “Bobbis Meril kompani” nəşriyyatında 1928-ci ildə çapdan çıxmış “İnsanlar belədirlər. 1918-22-ci illər Azərbaycan hadisələri bir erməninin xatirələrində” kitabını tapıb. İndi bu kitabı ana dilimzə tərcümə etmək və yaymaq istəyir.
Hə nolsun, kimə lazımdır bu kitab? Bəlkə bu kitabı çap edib ali məktəb tələbələrinə, yuxarı sinif şagirdlərinə pulsuz paylayaq? Bəlkə telekanal rəhbərlərinə müraciət edək? Meyxana, şouxana yarışmalarına avtomobil verən telekanallar belə kitablara para ayırsınlar, təbliğ etsinlər.
Aygün deyirdi ki, kitabın müəllifi 1918-ci il qırğınında Bakıda 35 minə qədər həmyerlimizin öldürüldüyünü yazıb. Ömrü boyu işi-peşəsi yuxardakılara yalmanmaq olan üzdəniraq bəzi qocaman tarixçilər isə düz 20 ildir deyirlər ki, 1918-ci il qırğınında 20 minə yaxın soydaşımız öldürülüb. Deməli, 20 ildə bu alimciklər heç bir iş görməyiblər. İş görülsəydi təzə söz də deyilərdi.
Ölkənin vurhavurla Erovision-u qarşılamağa hazırlaşdığı dönəmdə Aygünün məktubu məncə ünvana yetişməyəcək. Xub, bu da belə getdi.

Комментариев нет:

Отправить комментарий