16.02.2012

Polşa Sabir Rüstəmxanlıya medal verdi

Polşa Mədəniyyət Nazirliyi Vətəndaş Həmrəyliyi (VHP) partiyasının sədri, deputat Sabir Rüstəmxanlını «Sənətkara şöhrət» medalı və xüsusi diplomla təltif edib.

Bu barədə partiyanın mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd olunur ki, S.Rüstəmxanlı bu medala mədəniyyət və ədəbiyyat sahəsindəki xüsusi xidmətlərinə və Polşa-Azərbaycan ədəbi əlaqələrinin inkişafında oynadığı rola görə layiq görülüb.

Xalq şairi Sabir Rüstəmxanlı polyak ədəbiyyatının klassiki Adam Mitskeviçin ədəbi irsinin tərcümə edib.  

S.Rüstəmxanlının tərcüməsində A.Mitskeviçin «Krım sonetləri» (1985), «Krım sonetləri - pantodeuş» (1998) kitabları, həmçinin «Dünya ədəbiyyatı kitabxanası» seriyasından kütləvi tirajla çap olunan «Seçilmiş əsərləri» Azərbaycan oxucusuna təqdim olunub.

Sabir Rüstəmxanlı həm də Adam Mitskeviçin yaradıcılığı ilə bağlı bir sıra məqalələrin müəllifidir.

Комментариев нет:

Отправить комментарий