16.02.2012

Xədicə İsmayılova mükafat alıb



AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayılova Müstəqil media və söz azadlığı üçün fəallığına görə Gerd Buserius adına «Şərqi Avropada azad mətbuat» mükafatına layiq görülüb.

2000-ci ildən «Zeit-Stiftung» fondu Gerd Buserius adına həvəsləndirici mükafatları şərqi Avropanın keçid dövrü yaşayan ölkələrinin mətbuat, söz azadlığı və liberal vətəndaş cəmiyyəti uğrunda mübarizə aparan jurnalistlərinə təqdim edir.

2004-cü ildən fond bu mükafatı Norveçin «Azad söz» fondu ilə birgə təqdim edir. Əvvəllər Azərbaycandan bu mükafatı «Turan» agentliyi, «Zerkalo» qəzetinin icmalçısı Rauf Mirqədirov, «Azadlıq» qəzeti, «Bizim yol» qəzetinin müxbiri Natiq Cavadlı, jurnalist yazar Şahvələd Çobanoğlu və Zamin Hacı alıb.

Mükafat mərasimi 24 may 2012-ci ildə Hamburgda keçiriləcək.

Комментариев нет:

Отправить комментарий