20.02.2012

Qəddafinin sevimli teleaparıcısı edam edildi

Qalya əl-Misrati Tripoli həbsxanalarından birində öldürülüb


İraqda "demokratik" quruculuq davam edir


Keçmiş Liviya lideri Müəmmar Qəddafinin sevimli teleaparıcılarından olan Qalya əl-Misrati edam edilib. ANS press-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, “Əl-Ərəbiyə” telekanalı teleaparıcının Tripoli həbsxanalarından birindəki kamerada öldürülüb. Ötən ilin avqust ayında üsyançılar Tripolini tutarkən qadın aparıcı Libiyah TV-nin canlı efirində əlində silah tutaraq teleşirkətə soxulacaq istənilən şəxsi öldürməklə hədələmişdi. Bir qədər sonra isə Qalya əl-Misratinin üsyançılar tərəfindən ələ keçirildiyi onun zorlandığı və işgəncələrə məruz qaldığı informasiyası yayılmışdı. 

Qadın aparıcı son dəfə telekameralar qarşısında ötən ilin 30 dekabrında görünmüşdü. O, səssiz dayanaraq əlinə həmin günün tarixi yazılmış kağız parçası tutmuşdu. Qadının üzündə işgəncə əlamətləri aydın sezilirdi. Bu kadrları görən liviyalılar əl-Misratinin üsyançılar tərəfindən dilinin kəsildiyini bildirirdilər. Bundan sonra Qalya əl-Misratidən öldürülməsi ilə bağlı məlumat yayılanadək heç bir xəbər yox idi. Qadın teleaparıcının fevralın 17-də Liviyada Qəddafi əleyhinə üsyanın başlanmasının ildönümü günü edam edildiyi bildirilir. Son vaxtlar Liviya həbsxanalarında Qəddafi ilə uzaqdan-yaxından münasibəti olmuş şəxslərin döyülərək ələ salınması haqda məlumatlar yayılır.

Комментариев нет:

Отправить комментарий