20.02.2012

RAYONDA HƏBSLƏR BAŞLAYIB


Sabaribad rayonunda qeyri-rəsmi fövqəladə vəziyyət hökm sürür. Bu barədə Teleqraf.az-a rayondakı mənbələr məlumat verib. Məlumata görə, Kür daşqınlarından ziyan çəkmiş insanların bu ayın 24-nə planlaşdırdığı aksiya rayonun icra strukturlarını ciddi narahat edib. Dünəndən etibarən rayonda həbslər başlayıb, kəndlərin girişinə polis postları qoyulub. Həbslər ətraf rayonların sakinlərini də əhatə edib. Belə ki, dünən Saatlı rayon sakinləri Lazım Umudov və Mirabad Rzayev həbs olunaraq polis bölməsinə aparılıb. Bu gün isə Sabirabad rayon Qasımbəyli kənd sakinləri Adil Həsənov və Xalid Nəzərov, Yuxarı Axtaçı kəndindən Mübariz Əliyev, Əsgərbəyli kəndindən Tofiq Ağammədov həbs olunub. 

Məlumata görə, Sabirabad rayon Polis İdarəsinin Cinayət Axtarış şöbəsinin Vüsal adlı rəisi adıçəkilən şəxsləri təhqir edib, onlara hədə-qorxu gəlib. Rəis həmçinin deyib ki, ayın 24-də rayona xüsusi təyinatlı qüvvələr gətiriləcək.
Axşam saatlarında Polis İdarəsinin qarşısında xeyli insan toplaşıb. Onlar həbs olunanların sərbəst buraxılmasını tələb ediblər. Polis İdarəsinin qarşısında gərginlik yarandığından rayon İcra Hakimiyyəti başçısının müavini Həsən Həsənov və Mülki Müdafiə Qərargahının rəisi Vahid Abdullayev də əraziyə gəlib sakinlərin bir qrupunu İdarənin iclas zalına dəvət ediblər. Başçının müavini sakinlərlə söhbət apararaq onları fevralın 24-nə təyin olunmuş mitinqə çıxmamağa çağırıb.
Qeyd edək ki, etiraz aksiyasına səbəb daşqınlardan ziyan çəkmiş insanlara verilən kompensasiyaların azalması, yeni evlərin tikintisinin hələ də başa çatdırılmaması və rayondakı sosial problemlərin artmasıdır.

Комментариев нет:

Отправить комментарий