60 yaşında oxumağa qərar verdi, 90 yaşında rektor oldu, 120 il yaşadı
Əl-Əhzər universitetinin qapısına Zəkəriyya Ensdri adında bir qoca gəlmiş və qapıçıdan “buranı kim idarə edir?” deyə soruşmuşdur.
Qapıçı “Rektor” deyə cavab verir.
Qoca: “Mən rektor olmaq istəyirəm. Mənə bunun yolunu başa salarsan”
Gözətçi gülümsəyərək: "Qoca, hara məzunusan?"
Qoca: "ibtidai təhsil bitirmişəm"
Qapıçı gülür və deyir “Əmi, sən gərək əvvəl orta məktəbi bitirməlisən, sonra universitetdə oxumalisan. Daha sonra dosent və professor olmaq lazımdır. Sənin isə yaşın 60 dır, sənin bunları etməyin qeyri-mümkündür.
Amma qoca yenədə ümidini itirmir, israrla idarə müdiri ilə görüşür və orada xidmətçi olaraq işə başlayır. İşlədiyi müddətdə orta təhsilini bitirən qoca daha sonra imtahan verərək öz işlədiyi universitetə qəbul olur. Bu müddət ərzində ictimai işlərdə fəal işləyən yaşlı tələbə universitet işlərinə liderlik edir.
Universitetdən məzun olduqdan sonra magistr pilləsini də bitirir və doktorluq işlərinə başlayır.
Nəhayət 90 yaşında professor adı qazanan Zəkəriyya Ensdri, universitet heyətinin böyük razılığı ilə rektor seçilir. Bir neçə il vəzifəsini dəqiqliklə yerinə yetirən rektor, neçə-neçə tələbələr yetişdirdikdən sonra vəzifəsindən ayrılmışdır. Zəkəriyya Ensdri 120 il yaşamışdır.
Комментариев нет:
Отправить комментарий