12.03.2012

ABŞ-ın BETON-DAĞIDAN SİLAHINA QARŞI İRAN TƏDBİR TÖKDÜ

"İran formulu" əsasında hazırlanan "super betonun" dünyada tayı-bərabəri yoxdur


Faktxeber.com-un verdiyi məlumata görə, ABŞ müdafiə naziri Leon Panettanın «super silah» vasitəsi ilə İranın nüvə obyektlərinə mümkün hücumu barədə bəyanatından sonra İran İslam Respublikasının alimləri «superbeton» yaratdıqlarını bildiriblər.

Onun tərkibinə yüksək təzyiqə dözə bilən və materialın möhkəmliyini təmin edən kvars tozu və xüsusi liflər daxildir. Bu cür beton yeraltı nüvə obyektlərini ehtimal olunan bomba və raket zərbələrindən qorumaq qabiliyyətinə malikdir.
Yerli KİV-dən verilən məlumata görə, çox möhkəm beton  «İran formulu» əsasında hazırlanıb və dünyada onun tayı-bərabəri yoxdur.
Hökumət nümayəndələri materialın dinc məqsədlər üçün yaradıldığını, buna baxmayaraq, yearltı obyektlərin hava zərbələrindən müdafiəsi üçün də istifadə ediləcəyi bildirilib.

Комментариев нет:

Отправить комментарий