13.03.2012

BDU-da müəllim üsyanı


Bakı Dövlət Universitetinin müəllimlərin etirazi ilə bağlı yeni xəbərlər əldə etmişik. Qeyd edək ki, GunXeber.com saytı olaraq dünən bu barədə yazmışdıq ki,  müəllimlər Fevral ayının maaşını almayıblar. Müəllimlər deyir ki, bunun iki səbəbi ola bilər: “Abel Məhərrəmov bəzən ezamiyyətə, gəzməyə gedərkən maaş cədvəllərinə qol çəkməmiş gedir. Minlərlə müəllim də padşahın nə vaxt qayıdıb qol çəkəcəyin gözləyir. Halbuki Abel Məhərrəmov martın əvvəli Bakıda olub və sənədlərə imza atıb. Həmçinin dediyinə görə büdcə boşdur”.
Son məlumatlarda isə müəllimlər belə deyir: “İndi Universitetdə hamı narazılıq edir. Axır çərşənbə olmasına baxmayaraq bizim maaşlar hələ də verilmir. İndi də deyirlər ki, 4-5 gün gözləyin. Mühasibat işçiləri də problemin nazirliklə bağlı olduğun deyirlər. Deyirlər ki, Misir Mərdanov hansısa sənədlərə imza atmalıdır. Ancaq inandırıcı görünmür”.

Комментариев нет:

Отправить комментарий