22.03.2012

Hormon yiyəsi

гиф анимация,гифки - ПРИКОЛЬНЫЕ анимированные gif (гиф анимация, анимашки),песочница

Ülvi Məmmədli
Professional Oxucu Liqası

Sevgi qadının qanında bir sıra hormonları artırır

 Nizamini məktəb vaxtı keçəndə düşünürdüm ki, balam, bu Leyli və Məcnun var ha, niyə onlar hərəsi özünəməxsus sevirlər. Biri dəli olub dağlara düşür, o biri dədəsinin sözünə baxıb oturur evində, sonra da yenə dədəsinin məsləhəti ilə gedir İbn Səlama. Lap sonra Nofəl onu İbn Səlamdan alıb Qeysə verəndə oğlanın yenə məcnunluğu tutur, deyir yox ey, bu Leyli döyül.

Atan yaxşı, anan yaxşı, elə eləmə belə eləmə, xeyri olmur. Amma ölmək məsələsi gələndə Leyli qabağa düşür, Məcnun da "za kampaniya" ölməyə məcbur olur.
 Deyirdim görəsən niyə Leyli belə ağıllı, Məcnun belə ağılsızdı? Sonra "Romeo və Cülyetta"nı oxudum. Burada Romeo balkondan gəlib həddi-buluğa çatmamış qızla hoqqadan çıxır, qızın dədəsinin varlı olduğunu bilib qızını almaq istəyir. Durub əsəri sizə danışmayım, yəqin aranızda oxuyanlar olmuş olar, soruşun sizə də desinlər. Bu həddi-buluğa çatmamış Cülyetta başından və yaşından böyük işlər görür, qadağan olunmuş dərman tapır, özünü ölülüyə vurur və Romeonu zibilə salır. Noolacaq, qara gedə ölür də! Burada da qız oğlandan ağıllı çıxır.
 İndiyə qədər fikirləşirdim ki, görəsən niyə belə olur? Belə baxanda kişi xeylaqlarını daha güclü, daha ağıllı sayırlar, ən azından göstərirlər. Amma deyilənlə olan tərs mütənasib gəlir. Bu günlərdə səbəbini bildim. Sən demə, məhəbbət qadınları daha ağıllı, kişiləri isə, ta özünüz bildiniz də, durub həmcinslərimə axmaq deməyəcəm ki. Deyir, sevmək zərif cinsin nümayəndələrində intellekti stimullaşdırır. Rusiya mətbuatı xəbər verir ki, qadınlarda bu hiss, yəni sevgi beynin məhz zehni bacarıqlara cavab verən hissəsinə müəyyən təsir göstərir. Eyni şeyi kişilər haqda söyləmək olmaz.
 Eksperimentdə "dəlicəsinə sevən" 30 kişi və qadın iştirak edib. Onlardan çətin riyazi məsələlərin həlli istənilib. Məlum olub ki, zərif cinsin nümayəndələri məsələləri kişilərlə müqayisədə nəinki 3 dəfə tez, həm də 89% halda düz həll edib.
 Alimlər müəyyənləşdirib ki, sevgi qadının qanında bir sıra hormonları artırır və bu, onu daha diqqətli və daha ağıllı edir. Kişilərdə isə əksinə, bu hormonlar çox az sayda ifraz olunur. Nəticədə onların intellektində ya heç bir fəallıq olmur, ya da əksinə, kişi beyninin bəzi hissələrinin fəaliyyəti "donur".
 Görürsünüz, qızların ikisinin də ayrı-ayrı kontinentlərdə yaşamalarına baxmayaraq elədikləri bir-biri ilə düz mütənasibdir. Elə oğlanların da. Amma hər iki situasiyada kişilərlə qadınların ağılları tərs mütənasibdir. Paatonnan hormon yiyəsi, adamı biabır eləyər ey. Yaxşısı budur nə sevəsən, nə də adına axmaq deyələr, mən ölüm, düz demirəm?


 (400x265, 951Kb) 

Комментариев нет:

Отправить комментарий