04.03.2012

“İnama Doğru”nun Köçəri sayı çıxıb


İnam Atanın Mütləqə İnam Ocağının aylıq dərgisi “İnama Doğru”nun 33-cü ildə son – Köçəri sayı çıxıb. 
Dərginin baş yazısı “Mütləqə İnam Ocağı – 34” adlanır.
Bundan başqa birinci səhifədə Ocağın Ruhani Başçısı Safruh Atalının Yeni – 34-cü ilin gəlişi münasibətilə “İlaydın!” kutlaması yer alıb. 
Dərginin 2-3-cü səhifələrində İnam Atanın “Siyasətdən üstün” 37-ci Kutsal Kitabından bir hissə dərc olunub. 
Ocaq Ailələrinin 33-cü ildə sonuncu toplantısından hazırlanan yazı “Ocaq əsllik, hünər, həqiqət, ləyaqət ünvanıdır” adlanır. 
“Mütləqə İnam Ocağının Ruhani Başçısı Safruh 33-cü ili dəyərləndirib” yazısında ötən il Ocaqda görülmüş işlərdən danışılır, təhlil edilir.
Professor İsmayıl Məmmədovun Asif Ata haqqında xatirəsi və Nurayaz İnamsoyun “Həqiqətim – Mütləqimsən” şeiri də diqqət çəkir. 

Köçəri ayında ən yaddaqalan tədbirlərdən biri Ruhani Başçımız Safruhun 37 il öncə Mütləqə İnam Peyğəmbəri İnam Atayla tanışlığına həsr olunub. Həmin məqam Ocaq Ruhaniyyatı tarixində önəmli günlərdən biridir. Bu münasibətlə Köçəri ayının 25-də Ocağın Ruhani Mərkəzində “Safruh – 37 il İnam Ata Yolunda” tədbiri keçirilib. Dərgidə toplantıdan hazırlanan yazı da yer alıb. 
Köçəri ayının 6-da Mütləqə İnam Ocağının Ruhani Mərkəzində ənənəvi 22-ci “Ailə Günü” Mərasimi düzənlənib. Bununla bağlı dərgidə geniş yazı verilib.
“Şəmkirdə Doğmalaşma günü keçirilib” yazısında Köçəri ayının 18-də İşıqlı və Yolruh Atalıların Yolu Nurlu Şəmkirə səfəri zamanı baş tutan Doğmalaşma günündən danışılır. 
“İnama Doğru”da Ruhani Başçımız Safruhun “Döyülən Uluruh” içsəsi və “Ocağın Ruhani Mərkəzində Ruhani dərs” yazısı yer alıb. 
Eləcə də dərginin bu sayında Yolruh Atalının “Mənim kutsallığım”, şair, publisist Əli Rza Xələflinin “Azad düşüncə üstə köklənməyimizdə Asif Atanın çox böyük xidməti olub”, yazıçı Nahid Hacızadənin “Onun ruhu qarşısında hörmətlə baş əyirəm”, Ocaq Yükümlüsü İşıqlı Atalının “Faciədən çıxmaq” və Yeni il kutlaması, Uluruh Atalının “Mənim tanıdığım Safruh” yazıları dərc olunub. 
“İnama Doğru” dərgisini Mütləqə İnam Ocağının Ruhani Mərkəzindən əldə etmək olar.

Mütləqə İnam Ocağı

Комментариев нет:

Отправить комментарий