14.03.2012

İran İsrailə 11 min raket tuşladı


İsrailin bütün strateji obyektləri İran raketlərinin hədəfindədir.


ABŞ və İsrail İranın nüvə obyektlərinə zərbə endirsələr, İran bu ölkələrin regiondakı bazalarına 11 minə yaxın raket buraxacaq. Bunu Tehranın Livandakı səfiri Qəzənfər Ruknabadi bildirib. Bu barədə Trend şənbə günü "Mehr" agentliyinə istinadən məlumat verir.
"Biz hazırlaşmışıq və hazırda 11 min raket ABŞ və İsrailin obyektlərinə buraxılmağa hazırdır", - səfir deyib.
Onun sözlərinə görə, İran müdafiə mövqeyi tutub və əgər ölkəyə hücum olsa, Tehran sərt cavab verəcək.
Bir neçə gün əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu bəyan edib ki, "İrana hücum nüvə silahının əldə olunmasının qarşısını almaq metodudur. Bu, qaçılmazdır, hətta qabaqcadan müəyyən edilib".

Комментариев нет:

Отправить комментарий