17.03.2012

Mirmehdi Ağaoğlu kitabını təqdim etdi - FOTOLAR

Müəllif oxucular üçün “Küləyi dişləyən”i imzalayıb

Bu gün “Əli və Nino” kitab mağazasında Mirmehdi Ağaoğlunun “Küləyi dişləyən” romanının təqdimatı keçirilib.
Təqdimatda iştirak edənlər kitab və onun müəllifi haqda öz fikirlərini bildiriblər.
Müəllif oxucular üçün kitabı imzalayıb.
Qeyd edək ki, kitab “Qanun” nəşriyyatında “Ən yeni ədəbiyyat” seriyasında çap olunub. Bundan qabaq eyni nəşriyyatda Mirmehdi Ağaoğlunun “Görüş” romanı çap olunub.
“Küləyi dişləyən” Milli Kitab Mükafatının finalçılarından biri olub. Kitabı şəhərin kitab mağazalarından əldə edə bilərsiniz. Qiyməti 3 manatdır. 

 
 
 
 
 
 
kulis.az

Комментариев нет:

Отправить комментарий