20.03.2012

Pərviz Sadıqov. Səfil

Как легко создать потрясающие анимации без компьютера 
Gecədən səhərə gedən yolda idim.
Yolda idim. Evə tələsmirdim. Gözləmədiyim səhər yaxınlaşırdı. Ağır addımlarla metronun qabağından keçirdim ki:
- Qaqaş, yandıranın yoxdu? – boyu qurşağımdan olan bir uşaq qaçaraq yaxınlaşdı.
Siqaretini yandırdı. Geyimindən elə sandım ki, dilənçidir, uzun söhbətdən sonra da bir manat istəyəcək. Yaşının 12-13 olduğunu təxmin etmişdim. Amma...

-Neynirsən burda?
-Adam gözlüyürəm – nədənsə yalan dedim və dayandım.
-Hərü? Mən də bu zəhrimar metronu gözdüyürəm ki, gəlsin bi çıxım gedim.
-Hara?
- Özüm ...yam. (Bakı kəndlərindən biri), amma hara gedəcəyimi bilmirəm...
Yanları yırtılmış “kurtka”sının cibindən bir siqaret də çıxardı:
-Ala, sən də çək!
-Yox, varımdı, sağol!- birini də mən yandırdım – gecənin bu vaxtı burda neynirsən ki ?
-Metrodaydım, gec minmşdim, yer vardı ora gedirdim. Dedilər düşün, qatar “odboy”a gedir. Mən də düşüb qaldım burda.
-Evdə narahat olmazlar?
-Yox, evdə kim var ki?
-...
-Atam “alkaş”dır, anam da ki ... .Elə ona görə qaçmışam evdən
İnanmırdım ki, 10 dəqiqə tanıdığın bir adama bunları danışılsın.
Davam edirdi:
-Mən də evə gedəndə dayılarım döyürlər, işlədirlər məni. Bilirsən nə boydadılar? - əliylə yaxınlıqdakı üstüörtülü dayanacağı göstərdi – Onun yarısı boyda. Atam da o boydadır. Polislər onu tutanda maşına basa bilmirdilər e... Amma gücü var, “dux”u yoxdur. Onun yerinə olsaydım... Anamı da öldürərdim. Onu yenə başqa kişiylə görmüşdü, dava salmışdı. Ayrı yaşıyırlar. Atam məni qovur, anamın da yanına özüm getmirəm.
Danışdıqca üzündə bir qətrə kədər yox idi. Bəlkə də qaranlıq idi, ya da uşaqlığı hələ itməmişdi.
-Qardaşın – bacın var?
-Baleca qərdeşım var, anamladır, nə vejimə, o da böyüyüb dayılarına oxşayar da... Sən deyəsən yaxşı oğlansan. Neçə yaşun var?
-21
-Mənim də 17, balaca görünürəm. Hə?- güldü – Bunu da polislər cırıb - əliylə “kurtka”sının yırtığını göstərir.- Səhər işıqlar söndü, metroda qaldım.- Yadıma “Söndürün şəhərin işıqları” düşdü. “Zəhrimara qalsın bunu, vaxt tapdım da yazmağa”
O da öz aləmində idi:
-Camaat boğulurdu e, bir qızın ürəyi getdi. Bilmirsən ölüb ya yox?
-Yox, ölən olmuyub. Bəs sora neynədin ki?
-Metronun “fortuşkası” var ha, ordan birtəhər çıxdım. Tunelnen qaçıb gəldim. Kömək elədilər qalxdım. Hə, onu deyirdim axı, bunu isə polislər o gün cırıblar. Döydülər, təpiklədilər məni – möhkəm səslə güldü.
-Niyə döydülər?
-Əsəbləşdirirəm oları, sonra da qaçıram- Uzaqdan bir polis görünür – Ala, hey, əmi! – polis baxır, amma məhəl vermir.- Ayağım da şişib, barmağımla basıram ağrıdır.
-Evə get ki, baxsınlar. Sonra pis olar.
-Yox.
-Onda həkimə get
Dilli uşaq olduğunu nəzərə alıb xəstəxanaya gedib nə deyəcəyini başa saldım. Dedim “pulsuzdur, get!” Təki ora kimi getsin, sonrasını biləcək.
-Sağ ol e, düz deyirsən.- Bir az sonra – Bura bax! O Baksovetdə divar yaşıllaşıb, deyirlər arxası kanalizasiyadır. Düzdür? (Heç dəxli var?)
-Ola billər, Sahil metrosunda da içəri suyun axmaq təhlükəsi var.
-Bütün metrolardan su axsa şəhəri su basar?
-Nə bilim.
-...
-...
-...
-Sən səhər get evə, atanı buraxıblarsa onun yanına get.
- Yox e.. Atam qovur məni, bütün günü də içir, anamı da, getsəm gərəköldürüm.
- Balaca qardaşın da var axı... Ona görə get heç olmasa... Bəs harda qalacağsan?
Gülür...
-Bax, ayağım çürüyəjək, mən də dilənib dolanacam da sonra da şikəstləri yamsılayırmış kimi əlini qabağa açıb – Mənə 20 qəpik çörək pulu..
-Yaxşı görək. – hirslənmişdim- danışanda “dux”dan, kişilikdən danışırsan...
-Yox əşi, zarafat eliyirəm, eləmərəm.
-Bəs siqareti hardan alırsan? Dilənirsən.
-Yox
-Yalan demə...
-Allah haqqı, qaqaş, dostdan – zaddan alıram.
- Niyə işləmirsən?
-Sabahdan, bir çayxana var, ora gedəcəm. Günə 4-5 manat verirlər.
-hə, bu yaxşıdır. Evə getməsən də heç olmasa orda yatarsan.
- Az qalıb, gələn il əsgər gedirəm onsuz.. O gün biri yaxınlaşıb deyir ki, çöldə niyə yatırsan, gəl gedək. Sok, qutab zad aldı mənə. Sonra getmədim.
-Niyə?
-Nə bilim kimdir? Eşitmişəm uşaqları oğurluyub böyrəyin çıxardırlar. Yataram birdən... Qorxdum... Dedim bu da ha- yenə də gülür. Və siqaret yandırır.
Mən də güldüm. Səmimiyyəti və sərbəst danışığına görə çox maraqlı adam idi. Mənə suallar verirdi və həvəslə qulaq asırdı. Məktəbi 7 il oxumuşdu. Amma elə mənə şəhərin quruluşu, kanalizasiyası, telefon, işıq xətti haqda sullar verirdi. Bildiyimi deyəndə həvəslə qulaq asıb axırda da öz əlavələrin eliyirdi: “Mən olsaydım, bunu belə edərdim...”
-Ahaa, metro açılır. – sevinirdi
-İki saatdır burda ayaq üstə qalmışıq. Sənin telefonun yoxdur. Hə?
-Hərü.
-Səhər həkimə gedirsən, sonra da işə. Nömrəmi desəm yadında qalar? Bir yerdən zəng vurub mənə xəbər edərsən.(üstümdə pul yox idi, ən azından sonra nə edəcəyini bilmək istəyirdim, narahat qalacaqdım yoxsa)
-Yaddaşım əladır. De nömrəni..
Nömrəmi 5-10 dəfə təkrarladı.
-Bəs yadından çıxsa?
-Bu anamın nömrəsidir – telefonumu alıb yazdı – Amma zəng vurma!
-Bəs niyə verirsən?
-Nə bilim eh.. Oldi... Mən gedirəm – Görüşüb uzaqlaşır, gedə gedə uca səslə rəqəmləri təkrarlayır. Uzaqdan bir də soruşur:
- Elə idi?
Başımla təsdiqləyib yoluma davam edirəm..
Gecədən səhərə gedən yol bitdi.
Yol bitdi. Evə çatdım..
 ,,,
 Amma bir də o uşaqdan xəbər tuta bilmədim...

Комментариев нет:

Отправить комментарий