20.03.2012

Qar yağıb getdiyin yola

Зима - живая фотография
Vasif Əlihüseyn

BABAMIN ƏL QUYUSU

Babamın əl quyusu var,
hələ də qonşu qadınları
su daşıyır ordan.

Hər yay qarpız tullayardı ora babam,
sonra başına yığardı nəvələrini
süfrə açardı nənəm.
Hər dəfə, paltar yuyan da
su çəkərdi nənəm.
su zəncirini dəmirə dolayardı

Ömrünü isə, oğluna, qızına,
nəvələrinə bir sözlə bizlərə doladı.

Sonra, qəfildən köçdü aramızdan
mətəl qoydu hamımızı.
Elə, özü də belə istəmişdi
xəstə yatmağı xoşlamırdı.

İndi, hərdən babama deyirəm:
-Baba, ömrünü az dola bizlər üçün,
bir az da özünçün yaşa...

QAR ŞEİRİ

Nişanlı qız oldun, təbriklər sənə,
Qapınız döyülür bir dur ayağa.
Mənimçün verilən sözə, xəyanət,
Mənimçün olunan zəngə qadağa.

Keçib bu söhbətin üzü-üzümdən,
Bütün otağımı sənsiz,yox alıb.
Nə yaxşı, biz bu gün danışmamışıq,
Nə yaxşı bir az da, vaxtım çoxalıb.

Qatıbdır başımı dəftər, kitablar,
Bürünüb rənginə indi, bu gecə.
Bir də ki, qar yağıb getdiyin yola,
Daha üzümə də ağ olub küçə.

Sənin unutduğun oğlanam, həmin,
Elə bu şəhərdi dərdimi bilir.
Elə sən yuxuma girdiyin kimi,
Hardasa, qoluna bir oğlan girir.

ПарижAXI, SƏN OLA BİLMİRƏM

Bu zamanın hər sözünə,
Axı, tən ola bilmirəm.
Düşüb siyah tellərinə,
Bəyaz dən ola bilmirəm.

Ömrümüzün nəyi çiçək,
Baş götürüb hara gedək.
Neynim indi əvvəl ki, tək,
Axı, mən ola bilmirəm.

Göz yaşımı qurudardım,
Qollarımı sənə sardım.
Səni çoxdan unudardım,
Axı, sən ola bilmirəm.

BİZ ÖZGƏYİK

Sən bir ürək aldatmısan,
Sən yalansan, mən doğruyam.
Dözəcəyəm ayrılığa,
Neynirsən, kimin oğluyam.

Bu sevgiyə nə oldu ki,
Qəlbi boşdum, qəlb doldu ki.
Axı, mənə nə oldu ki?
Durub özümü doğrayam.

Duymalıydım səni azı,
Bu da tale, bu da yazı.
Nə sən mənim dayım qızı,
Nə də mən bibin oğluyam.
 
Vasif Əlihüseyn Əlifağa oğlu 1985-ci il sentyabrın 25-də anadan olub. Moskva Sosial Dövlət Universitetinin “Filalogiya” kaulitəsini bitirib. Bakı Slavyan Universitetinin “Yaradıcılıq fakulitəsi”nin tələbəsidir. “Ayrılığın rəngi” adlı şeirlər kitabının müəllifidir. “Pərvanə” və “Yeni era” ədəbi məclislərinin üzvüdür. Elektron ünvanı: vasif_c85@mail.ru

Комментариев нет:

Отправить комментарий