14.03.2012

Qol

Смотрю телевизор

Emin Piri


Mehmanxana


Sənin ehtirasının
mehmanxanasına çevrilmişəm.
Daha nə qədər
gecələyəcəksən bu bədəndə?!
Bir gecə,
Bir ay,
Bir il...
Kim bilir?!

Söndürülmüş telefon


Çempionlar liqası...
Həsrətlə gözlədiyim
cavab oyunları.
Hakim fitiylə bərabər başlayan
Sənin bezdirici smslərin.
Və 90 dəqiqə
zənginə söndürülmüş telefonum.
Hələlik...
Sağ ol!
Səndən daha çox yaddaqalanmış
bir zənci balasının
uzaq küncə vurduğu
həlledici qol.


emin1@box.az
Живой мужчина на фото 

Комментариев нет:

Отправить комментарий