14.03.2012

Dayaq.org – tam sərbəst!

Dayaq.org – Məmləkətin 1 Nömrəli Ədəbiyyat Saytı 


 Dayaq.org- öz fikirlərini paylaşmaq, uğur qazanmaq, mükəməlləşmək, həyatda yaxşılığa doğru dəyişikliklər etmək istəyən yazarlar üçün saytdır. İnsan maariflənmək, tədricən yetkinləşmək, müdrikliyə can atmaq üçün yaranıb. Əgər o buna nail ola bilmirsə, deməli günah onun özündədir.

 Yazar təfəkkürünü artırmaq üçün çalışmalı, öz gələcəyini istədiyi kimi qurmaq üçün səy göstərməli, dayanmadan və davamlı olaraq inkişaf etməlidir. Özü ilə bərabər başqalarının da inkişafına nail olmalı, onların arzularının həyata keçməsinə yardım etməlidir.

 Dayaq.org saytında mütəmadi olaraq həyatını mənalı, maraqlı yaşamaq istəyənlər üçün seçilmiş mövzularda materiallar verilir. Onlar əsasən maarifləndirici, istiqamətləndirici funksiya daşıyır. Materiallar həm sayt administrasiyası tərəfindən yaradılır, həm də müxtəlif mənbələrdən seçilir; xüsusən bloggerlərlə əməkdaşlıq etməyə üstünlük verilir. Saytda obyektivliyi tam qorumağa çalışırıq, odur ki bizim məkanda tam sərbəst ab-hava hökm sürür.


 İctimai şüurin vəziyyətinin monitorinqi üzrə məlum metod əlaqədar orqanların ən sevimli metodu olaraq qalmaqda davam etsə də, bütün dünyada mətbuatın təhlil olunmasına hər il milyonlarla pul xərclənir. Cəmiyyətdə dəyişikliklərin monitorinqi üzrə bu sistemin belə yaxşı işləməsinin səbəbi bundan ibarətdir ki, media orqanlarındakı informasiya bloku- bu, bağlı, dəyişməz sistemdir. İqtisadi mülahizələrə görə adətən təqdim edilən informasiya bloku daimi dəyişməz ölçülərə malik olur. Buna görə də xəbərlər blokunda nə isə yeni bir şey meydana çıxırsa, onun ölçülərinə müvafiq olaraq köhnə nə isə oradan yox olmalı və ya dəyişməlidir. Burada qapalı sistem daxilində məcburi seçim prinsipi işə düşür. Belə vəziyyətdə ictimai şüur həmişə ortaya atılan yeni “problemlərə” keçir və köhnələri tez unudur. Biz həm yeni “problemləri”, həm də cəmiyyətin artıq maraq dairəsində olmayan problemləri izləyirik.

 Aşkar olan budur ki, bütövlükdə cəmiyyətlər insan fərdləri kimidir. Dəqiq sayı bilinmir, lakin insan eyni vaxtda şüurunda yalnız müəyyən sayda problem və qayğı saxlaya bilər. Əgər yeni problem və qayğılar əlavə olunursa, onda bu vaxt köhnələr sadəcə olaraq sıxışdırılıb şüurdan çıxarılır. Biz soydaşlarımız üçün indiki anda nəyin aktual olduğunu və onların nədən imtina etdiklərini hiss edirik.

 Bizim təfəkkürdə dəyər orientasiyası böyük rol oynayır. Məhz onlar bir növ kitab rəfləri rolunu oynayır, alınan bilikləri çeşidləyirlər. Əgər şkaf, rəf yoxdursa, onda bir qulaqdan qəbul olunanlar o biri qulaqdan havaya uçur. Ona görə də ağıllı adam yalnız yaxşı intellektə malik olan adam deyildir, onda ilk növbədə qəbul edilən dəyərlər ierarxiyası arasındakı qarşılıqlı əlaqəni düzgün qurmaq bacarığı olmalıdır. Təsadüfi deyil ki biz düzgün qərar haqqında danışanda sağlam fikir nəzərdə tuturuq. Qəlb, ruh idrakın yolgöstərici telidir. Sadələşmiş qəlb sadələşmiş intellekt, sadələşmiş adam deməkdir.

 Dayaq.org həm də sosial sayt olduğu üçün cəmiyyətin kiçik bir modelini xatırladır. Həyatda yaxşını pisdən ayırmağa çalışan insanlar bu saytda öz fikirlərini yaya bilirlər. Ədalət prinsipini qorumaq üçün əlimizdən gələni edirik. Bu baxımdan, bizim saytı demokratik quruluşa malik onlayn cəmiyyət kimi də xarakterizə etmək olar.

 Elmlə maraqlananlar, intellekti yüksək olanlar, təhsil alanlar, əqli qabiliyyətləri ilə hamını heyran etmək istəyən oxucular burda müxtəlif yönlü intellektual informasiya əldə edə, ən maraqlı yeniliklərlə tanış ola bilərlər. O cümlədən, xarici vətəndaşlar üçün rus, türk və ingilis bölmələrimiz də fəaliyyət göstərir.

 Biz Professional Oxucu dedikdə həm də öz şəxsi mənəvi keyfiyyətləri ilə seçilməyə, zəngin daxili aləmi ilə fərqlənməyə çalışan insanları nəzərdə tuturuq. Sayta bir-birindən oxunaqlı, intellektual tutumlu, oxucunun daxili aləminə dəyərli naxışlar vura biləcək yazılar gündəlik əlavə edilməkdədir. Gələcəkdə saytımızda Azərbaycan mediası üçün yeni olan, ajiotaj doğuracaq materiallar da görəcəksiniz. Layihələrimizi izləyin!

Gözlərinizi ağrıdaraq oxuduğunuz üçün təşəkkürlər!

Hörmətlə:
         Sayman Aruz                                                      İbrahim Sel

Комментариев нет:

Отправить комментарий