08.03.2012

XOCALIYA SƏFƏR


Toğrul Allahverdili Moskvadan yazır

Sarkozi, salam. Gəl bir Xocalıda gəzək, ancaq unutma, fevral ayında gəl, Dağlıq Qarabağın təpələrinə cıxaq bərabər. Qarabağın qılınc kimi kəsən soyuğu iliymizə işləsin. Qalın geyin bərk-bərk bürün, hətta bronjilet də geyin…

Çünki, Xocalıda gəzərkən hər an bir istilik hiss edə bilərsən düz ürəyindən bədəninə doğru isti qan axmağa başlayar, dizlərin quruyar, gözlərin qaralar və yıxılarsan. Təəccüblənmə bir erməni nişancının bu günkü qənimətisən sən 92 - nin fevralındakı kimi egər xilas olmaği bacarsan hansısa bir xaraba qalmış evə girəriy səninlə çöl çox təhlükəlidir, çöl çünki olüm gəzir xocalı küçələrində…

Amma sən burdada qorxarsan gic kimi olarsan damarında qanın quruyar ,doğurdan qan demişkən bir su verim iç sakitləş .
Hanı bu erməni əsgərinin 70 yaşındakı Məmməd əminin boğazını kəsib qanını içdiyi stəkan ? Ne oldu mədən bulandı? istəyirsən Melikonyandan xahiş et bir mədəni deşib baxsın içinə bağırsaqlarını versin əlinə bir incələ bəlkə bir xəstəliyin var. Qorxma Melikonyan bu işin ustasıdı daha əvvəl dəfələrlə bu əməliyyatı Azərbaycan türklərinin üzərində sınayıb.
 

Xahiş edirəm bu evdə gözlə məni. Xocalıda çoxdandır ki azan oxunmur artıq, bir azdan günəş çıxacaq, mən bu dağıdılmış məsciddə səhər namazımı qılım əgər qorxursansa səndə gəl mənimlə yüzlərlə türkün namaz qılarkən güllələnib yandırıldığı məsciddə qılacağam namazı ordan sonra seni bu meydandakı məktəbə aparacam .Ermənilerin tanklar altına salıb öldürdüyü uşaqların məktəbinə sənə bir neçə saat tarix dərsi keçəcəm görünür tarixdən çox zəifsən.

Əgər mənim danışdiqlarıma inanmasan səni bu yanıb kül olmuş kitabxanaya aparım orda Xocalı soyqırımının şahidi olan indi Beyrutda yaşayan erməni jurnalist Daud kheyriyanın xaçın xətri üçün adlı kitabını oxuyarsan

oldu başını niyə əydin ? utandın? yoxsa iyirmi il bundan əvvəl öldürülmüş hələdə sümükləri ayaq altında qalmış Azərbaycanlılara baxırsan?

Qorxdun nedi? qaçmaq istəyirsən? bağişla ancaq Xocalının dünya ilə əlaqəsi kəsilib ancaq burdan qaçmağın bir yolu var 1992-ci ildə tanklar ilə Xocalıları qətl edən rus qardaşlarıvın 366 -cı alayı burdadır əgər xahiş eləsən sənə bir vertaliot verərlər tək şansın budur amma inanmıram bunu edələr çünkü fransa məhkəməsi türklerin əleyhinə olan qanunu ləğv edəndən sonra ermənilerin ümüdü boşa çıxıb, ancaq bu ruslar rusveti cox sevirlər onlara illərdir qanını içdiyin əlcəzairlilerin haqqından verərsən məsələ həll olunar

Bax belədi Xocalıda gəzmək Parisdən g
öründüyü kimi deyil. Avropa kimi rahat gəzmək olmur burda sən ən yaxşısı bütün əlaqəni kəs bizimlə ATƏT in Minsk qrupundan da çıx kirli əllərini də çək bizdən.

Ermənistanı məktəblərində asılan xəritədə Azərbaycanın əraziləri ve Türkiyenin 12 şəhəri göstərilərkən ermənistan bayrağında Türkiyənin Ağrı dağının şəkili var, ermənistan himnində gəncleri qan tğkməyə səsləyən türke nifrət aşılayan sözlər varkən sən sülh nağılını oxuma bizə məni başa düşdün yəqin əgər başa düşmədinsə sənə qədim bir Azərbaycan məsəlini çəkim -get hələ uşaqsan böyüyəndə gələrsən.


Toğrul Allahverdili, Ümumrusiya Azərbaycanlıları Konqresinin üzvü

Комментариев нет:

Отправить комментарий