08.03.2012

Qırx gün çəkməliydi bu hər nəydisə


Emin Piri    
красивые Анимашки Огонь бесплатно, картинки про любовь, на рабочий стол

Allah da qorxur təklikdən

Qar havanı soyudur,
İnsanlar – Sevgini.
Üşüyür duamda Allah kəlməsi.

Bir az fərqli dualarla
isidək Allahı bəlkə?!
O da bezib
min illər boyu
eyni duaları
təkrar-təkrar eşitməkdən.

Qızdırım
Insanlardan soyumuş Allahı
Öz ehtiraslı dualarımla.

Hə, düzdü,
Allah olub
mələklər arasında yaşamağa
rahatdı göy üzü.

Oğulsansa
Di gəl insan ol
bu şəhərdə
adamlar arasında.

Allah olanda nə olar,
O da qorxur təklikdən.
qorxduğuyçün qorxudur
bəlkə də sevdiklərini!..
və...
Gizlədir öz yerini.

MƏMMƏD İSMAYILA


Daha qapı döymür ağacdələnlər,
Yorulub dimdiyi, dişi bir ildir.
Ömrü cox çəkməz e... bu qandalın da,-
...Çırpır Prometey daşı bir ildir.

Altda ilan yatan bu otu-layı
Qaldırdın,
üstünə yeridi ayı.

Adam öldürənə medal havayı,
Görüb dinməyənin işi bir ildir.

Haqq batır dünyanın nahaq üzündə,
Çör-çöplər gur çayın axar üzündə.
Bağlı qapıların arxa üzündə
Özün kefə tutub naşı bir ildir.

Bir şah fərman verir, biri qol çəkir
Qollu kağızların yükün el çəkir.
Varlının yayı da ildə il çəkir.
Lüt-üryan yetimin qışı bir ildir.

Savalanda yatan belin əydisə,
Baba Dərvişə də xəta dəydisə...
Qırx gün çəkməliydi bu hər nəydisə...
Qırxı çoxdan keçib yaşı bir ildir
красивые Анимашки Пейзаж бесплатно, картинки про любовь, на рабочий стол

Комментариев нет:

Отправить комментарий