Arzu Abdulla
Ötən gün Arif Hacılının Facebook səhifəsində bütöv Azərbaycanla bağlı bir məlumatı nəzərimi cəlb etdi. Arif bəy iddia edirdi ki, bu ideyanın ilk carçılarından biri o olub. Bu fikrə şərh yazanlardan biri isə daha uzağa gedərək kimin ideyası və bunun hansı yollarla baş verməsindən asılı olmayaraq, dəstəklədiyini gizlətmir. Hətta bunun ABŞ-ın dəstəyi ilə və insan qırğını hesabına reallaşmasına da müsbət yanaşdığını bildirir. Qəribə istək və qəribə məntiq!
Əvvəlcədən qeyd edim ki, Arif bəyə bir şəxsiyyət kimi hörmətim var. Mənə həmişə elə gəlib ki, o hər fikrin arxasınca getməz.
Əvvəlcə götür-qoy edər, sonra bu addımı atar. Odur ki, onun bu səhifəsində belə iddianın səsləndirilməsi mənə çox təəccüblü gəldi. Axı, nədən Arif bəy birdən-birə Azərbaycan daxilindəki problemləri və siyasi çarpışmaları ikinci plana keçirərək, bütöv Azərbaycan ideyasından yapışdı.
Doğrusu, ilk ağıla gələn cavab ondan ibarətdir ki, yəqin bu sahə daha asan və təhlükəsizdir. Belə ki, Azərbaycan siyasətində və jurnalistikasında ən asan iş bütöv Azərbaycan məsələsini qabartmaqdır.
Keçək bu ideyanın mahiyyətinə, siyasi cəhətdən nə dərəcədə real və perspektivli olmasına. Adını vətənpərvər qoyan və bütöv Azərbaycan ideyasını inkişaf etdirməyə çalışanların bu ideya ilə bağlı arqumentləri və istəkləri ondan ibarətdir ki, Azərbaycan respublikası ilə İranın şimal torpaqları, xüsusilə Qərbi və Şərqi Azərbaycan ostanları və hətta bu ostanlardan kənarda olan, lakin etnik türklər yaşayan ərazilər birləşsin. Məlumat üçün deyək ki, ABŞ-da cızılan və Yaxın Şərqdə ara qarışdırmağa yönələn bir neçə xəritələrdə də belə birləşmiş ərazilər verilir. Nə isə! Hazırda iki bir-birindən iqtisadi və siyasi cəhətdən ayrı olan, həm əhalisinin sayına, həm də iqtisadi inkişafına görə fərqli ərazilərin bir-birinə birləşdirilməsi Arif bəyə necə görsənir? Yəni birinci sual ondan ibarətdir ki, hansı hissə aparıcı olaraq digər hissəni özünə birləşdirməlidir. Əhalisi çox olan azı özünə birləşdirməlidir, yoxsa əksinə? İkinci sual ondan ibarətdir ki, birləşmiş hissələr bu sistemdə onlara aid olan hansı xüsusiyyətdən imtina etməlidir. Bunu bir az xırdalayım. Yəni bu cəmiyyətlərə xas olan dil, din, adət-ənənə, iqtisadi və sosial xüsusiyyətlər necə dəyişməlidir ki, hissələr bundan əziyyət çəkməsin. Bu nə dərəcədə mümkündür? Konkret desək, 35 milyonluq əhalinin ədəbi, elmi dili, yoxsa 9 milyonun elmi və ədəbi dili dəyişdirilməlidir? Xahiş edirəm, deməyin ki, onların hər ikisi eyni dildə danışır. Bu hamıya bəllidir. Mən danışıq dilindən bəhs etmirəm. Mən ədəbi və elmi dildən bəhs edirəm. Bu dillər isə ciddi şəkildə fərqlidir. Hər hansı bir parçanın bu özünəməxsusluğunun dəyişdirilməsi ciddi fəsadlara və kütləvi savadsızlığa gətirə bilər. Burada insanların say tərkibini də unutmaq olmaz. Yəni 9 milyonun danışıq və elmi dili 35 milyonun danışıq və elmi dili içərisində qısa müddətdə əriyə bilər. Digər tərəfdən, 9 milyonun elm və təhsil sisteminin qısa müddətdə 35 milyonun elm və təhsil sistemində ərimə ehtimalı çox böyükdür.
Digər mühüm amil iqtisadi məsələdir ki, bu da bütöv Azərbaycandan bəhs edənlərin diqqətindən yayınır. Şübhəsiz ki, bu birlik arzusunda olanlar əsasən 35 milyonun ayrılaraq 9 milyona birləşməsini düşünür. Əgər belə mümkünsə, onda bu birlik arzusunda olanlar cavab verə bilərmi ki, 9 milyon 35 milyonun enerji təminatını hansı yolla ödəyəcək. Yəni bu gün 35 milyonun yaşadığı ərazilərdə hər nəfərə görə istehlak edilən enerji 9 milyonun yaşadığı ərazidə olduğundan iki dəfə çoxdur. Onlar bu enerjini yaşadıqları dövlətin digər hissələrindən idxal edirlər. 9 milyonun istifadə etdiyi enerjinin miqdarı 15 milyon neft ekvivalentidirsə, 35 milyonun istifadə etdiyi enerji bundan 8 dəfə artıq olmalıdır. Beləliklə, belə arzuda olanlar nəzərə almalıdır ki, birləşmə hipotezi ən azı 120 milyon neft ekivalentinin olmasını tələb edir. Hələ mən ərzaqdan istifadəni demirəm. Bu cəmiyyətlərdəki təhsil və səhiyyə xidmətləri arasındakı fərqlər o qədər böyükdür ki, onları müqayisə etməyə, bir vətənpərvər kimi, mənim cəsarətim çatmır.
Bəli cənablar! Adətən arzu ilə reallıq üst-üstə düşmür. Cənab Zaman isə həmişə reallığı seçir.
teleqraf.com arzuabdulla@inbox.ru

Комментариев нет:
Отправить комментарий