Azər Qaramanlı
"Stalin uzun illər boyu Rusiyanın diktatoru olub. Mən onun karyerasını nə qədər çox təhlil etdimsə, bir o qədər də onun buraxdığı dəhşətli səhvlərdən və idarə etdiyi xalqa qarşı həddindən artıq zalımlığından dəhşətə gəldim". Çörçil.
"Bu adam hərəkət etməyi bacarır. Məqsədi həmişə onun gözünün qabаğındadır". Ruzvelt.
1918-ci ildə Rusiyaının şimalını və cənubunu birləşdirən Çariçın şəhəri uğrunda ağqvadiyaçılarla Qırmızı Ordu arasında ağır döyüşlər gedir. Volqa üzərində nəzarəti ələ alan Denikin demək olar ki, Çariçını mühasirəyə alıb. Bu şəraitdə Çariçının müdafiəsinə rəhbərlik edən İosif Stalin qəti qərarlar verir. İlk olaraq Xalq Komissarı polkovnik Nosoviçi xəyanətdə ittiham edib, güllələtdirir. Geniş həbslər həyata keçirilir və yüzlərlə Qızıl Ordu əsgəri Volqadakı barjda gülləbaran olunur. Bundan sonra Stalin əsgərlərə əmr verir: ancaq və ancaq Denikin ordusunu geri püskürdərək öz canlarını xilas edə bilərlər. 1919-cu ildə bolşeviklər partiyasının qurultayında Lenin Stalinin "özününkülərə" qarşı həddindən artıq sərt davranmaqda tənqid etdi. Lenin "özünükülərin" terrora uğradılmasını yaxşı hal kimi qəbul etmirdi. Amma Stalin bütün hakimiyyəti dönəmində "özünüküləri" qıracaq və bunu hakimiyyətinin əsas məqsədinə çevirəcəkdi. Çariçında həyata keçirilən gülləbaran Stalinin kütləvi terror haqqında verdiyi ilk əmrdi. Rusiya balaca boylu gürcünün iradəsi ilə ilk dəfə o zaman tanış oldu. Sonralar o yüzlərin deyil, milyonların yox edilməsi üçün əmr verəcəkdi və bu əmr sözsüz yerinə yetirləcəkdi.
Dağıdıcı qara ruhun doğuluşu
1874-cü ildə Qoridə çəkməçi Vissarion Cuqaşivili ilə təhkimli kəndli qızı Yekatrina Geladze evləndilər. Vissarion Cuqaşivili Qoriyə təzə gəlmişdi və balaca bir çəkməçi dükanı vardı. İlk uşaqlarını Yekatrina ya ölü doğur, ya da qısı müddətdə ölürdülər. Nəhayət Yekatrina bir daha hamilə qalır və durmadan Allaha yalvarır ki, uşağı sağ qalsın. Tanrı onun dualarını eşidir və 1879-ci ildə o dünyaya bir oğlan uşağı gətirir. Kasıb bir çəkməçinin evində dünyaya göz açan bu körpə sonralar bütün dünyanı yönəldəcəkdi.
Söyləntilərə görə, əslən Qoridən olmayan sərgərdan bir cadugər həmin günlərdə Qoridə dünyanı dağıdacaq və bir çox bəlalara yol açacaq qara ruhun doğulması haqqında danışırmış. Milyonlarla insanının ölümünə səbə olacaq bu insanın hakimiyyəti dövründə ona Berlindən Saxalinə qədər bütün xalqlar və millətlər "xilaskar" deyəcəkdi. Ağlasığmaz bir hakimiyyətə sahib olan Soso Cuqaşivili isə özünü məhz belə görəcəkdi. -Xilaskar. Onun hakimiyyəti o qədər böyük və o qədər mütləqdi ki, bütöv xalqları yer üzündən silmək üçün bir kəlmə sözü kifayət edirdi...
Baş tutmayan keşiş karyerası
Anası Soso Cuqaşivilini keşiş görmək istəyirdi. İçkiyə qurşanıb evi tərk edən ərindən sonra tək yaşayan Yekatrina oğlunun təhsil alması üçün hər şeyi edir. Buna görə o dərzilik öyrənir və varlı qadınlara paldarlar tikir. Soso Cuqaşivili marksizmlə ilk dəfə 15 yaşında tanış olur. 16 yaşında artıq Soso Qori Ruhani məktəbini əla qiymətlərlə bitirib Tiflisə gəlir və burda gizli marksist təşkilata üzv olur. Tiflis ruhani məktəbində təhsilini davam etdirən Cuqaşivili anasının ona verdiyi əməyi puça çıxarmamaq üçün dərslərindən həmişə əla qiymət alsa da, keşiş olmağı heç düşünmür.
Ruhani məktəbdə təhsil almasına baxmayaraq, o, ateist təlimə tapınır və ömrü boyu Allaha qarşı savaşır. Buna baxmayaraq o, Allaha olan etiqadını son günlərinə qədər qoruyub saxlayır. Allasızlığı təlim edən və Allaha inanları ölümə məhkum edən Stalin Böyük Vətən Müharibəsinin ağır günlərində Kremldəki kabinetinə ikona gətizdirərək diz üstə çökür, Allaha yalvarır. Bu zaman Allahsız Stalinin nə qədər səmimi olduğunu təyin etmək mümkün deyildi. Lakin çox ağır günlər yaşayan despotun həmin dualarında səmimi olduğunu düşünməyə əsas var. Çünki dünyanın yarısında hər şeyə hökm etməyi bacaran diktator nə qədər aciz və məzlum olduğunu hiss edirdi...
Şair, publisist və inqilabçı Stalin
Soso Cuqaşivilinin ilk dəfə 16 yaşında məşhur gürcü millətçisi Çavçavadzenin redaktə etdiyi "İberiya" qəzetində beş şeri nəşr olunur. 1907-cı ildə həmin beş şerdən biri - "Knyaz R.Eristavaya" adlı şer gürcü ədəbiyyatının şedevləri arasına salınır. Cuqaşvili həmin dövrlərdə onlarla imzadan istifadə edir. Həmin imzalardan ancaq ikisi- Koba və Stalin ömrünün sonuna qədər onunla yaşayır. Dostları (belə demək mümkünsə) və yaxın ərtafı onu Koba çağırırdılar. Bu ləqəb İran şahı Keyqubadın adının gürcü formasından (Kobades) alınmışdı.
Stalin ləqəbi ilə İosif Cuqaşivili bir dünya imperatoru adını daşıdı. Dünya onu bu adla tanıdı. O, dünyanın və xalqların taleyini dəyişəcək qərarlara bu adla imza atdı. Cuqaşivili 19 yaşında bu ləqəbi məşhur "Pələng dərisi geymiş pəhləvan" poemasını rus dilinə çevirən Stalinskidən götürmüşdü. İlk inqilabi fəaliyyətində bu ləqəbdən çox az istifadə eləsə də, 1912-ci ildg Cuqaşivili soyadından birmənalı olaraq imtina edərək Stalin soyadını dahımağa qərar verdi.
Qaçqın katorjnik
XIX əsrin sonu, XX əsrin ilk illərində hər bir inqilabçının əsas idealı həbs olunmaq və məhkəmədə monarxiyaya qarşı alovlu nitq söyləmək idi. İnqilabçı olmağın əsas romantikası bundan ibarətdi. Amma Koba ilk məhkəməsində susdu. O, dəhşətli aksenti ilə 1902-ci ildə məhkəımədə danışmağa utanmışdı. Soso Cuqaşivilinin adı polis səndlərində 17 yaşından başlayaraq keçməyə başlamışdı. 1902-ci ildə Batumda həbs olunurkən polis onu hər yerdə axtarırdı. Koba 20 yaşından Oktyabr çevrilişinə qədər bütün həyatını konspirasiya şəraitində yaşamışdı.
1903-cü ilin noyabr ayı. bayırda artıq Sibir qışı var. Şaxta və boran. Stalin qaçmaq haqqında düşünür. "O ilk qaçışını 1903-cü ilin noyabrında reallaşdırdı. Ancaq qulağı və burnu donduğu üçün o geri, Udaya döndü", deyə sonradan sürgün yoldaşı, köhnə bolşevik Vereşak yazmışdı.
O, dəfələrlə həbs olunmuş, Sibirə sürgün edilmiş və qaçmışdı. Həbsxanalarda döyülsə də, balaca gürcü hər dəfə Sibirin soyuq meşələrindən isti cənuba qaçırdı. Onu hər nə qədər Sibirin dərinliyinə atsalar da, bir neçə aydan sonra o, yenidən geri qayıdır və saxta sənədlərlə yaşayırdı.
Bu üzdən Koba hakimiyyətə gəldikdən sonra öz qurbanlarını Sibirin vəhşi çöllərində təkbaşına buraxmadı. O, öz təcrübəsindən bilirdi ki, düşmənləri geri dönb onunla hesablaşa bilərlər. Ona görə də bütün zamanların ən böyük diktatoru Sibirdə ölüm düşərgələri yaratdı. Çar zamanında Sibirə sürgün olunmuş katorjnik Sibir kəndlərinin birində yaşamalı, özünə iş tapmalı və ayda bir dəfə polis idarəsinə gəlməliydi. Bu qaydalar Stalinə uyğun deyildi. 1918-ci ildə ilk QULAQ da məhz onun məsləhəti ilə yaradıldı. İnqilab düşmənlərini Sibirdə azadlıqda saxlamaq, inqilabın məhvinə yol aça bilərdi. Bu fikri Leninə Stalin aşılamışdı. 1924-cü ildən sonra Tayqa və Tundranın sonsuz meşələrində onlarla QULAQ yaradılacaq və bu ölüm düşərgələrində milyonlarla insan dəhşətli əzablarla öləcəkdi...
Koba həmin dövrün tək inqilabçısı idi ki, avtoritetlərlə isti münasibətləri vardı. İntellektullardan fərqli olaraq, sərxoş çəkməçinin oğlu cinayətkarlarla dil tapa bilirdi. Lenin buna görə onu qiymətləndirirdi. Balaca gürcü öz iradəsi ilə təbii olaraq avtoritetlərdə özünə qarşı hörmət oyadırdı. Hətta bəziləri ondan qorxurdular. Kobanın iradəsinə tabe olmayanlara qarşı o, dəhşətli dərəcədə zalım olurdu. Ona təslim olmayanlarla Kobaının avioritet dostları məşğul olurdular. Sürgündə və həbsxanada onunla birlikdə olanlar xatırlayırdılar ki, bəzən onun qəribə qımışmasınıdan adamın tükləri biz-biz olurdu...
Sonradan Stalin partiyanın bütün təşkilatlarında "üçlük" və "beşlik" alandırdığı terror qrupları yaratmışdı. Həmin qruplar kriminallardan təşkil olunur və birbaşa rəhbərə tabe olurdular. Onlar haqqında məlumatı çox az adam bilirdi. Lenin şəxsiyyələrə və çara qarşıf terrordan imtina etsə də, zaman-zaman terrora ehtiyac yaranırdı. Partiyanın terrorist qanadına isə məhz Koba rəhbərlik edirdi. Stalin bu fəaliyətini o qədər konspirasiya etməyi bacarmışdı ki, hətta inqilabdan sonra da onun bu fəaliyyəti haqqında çoz az adama çox az şey məlum idi. Partiyanın terror əməliyyatlarını isə kriminallar həyata keçirirdi. Elə həmin dövrdə də Stalin partiya təşkilatlarında ancaq ona tabe olan "üçlük" və "beşlik" qruplarını yaratmışdı və bundan Leninin xəbəri vardı.
"Aziat öz allahını tapdı"
1902-ci il də Leninin "Nə etməli?" kitabını oxuduqdan sonra Koba Allaha sitayiş edərmiş kimi Leninə sitayiş edirdi. Həmin dövrdə köhnə bolşeviklərdən olan Krasin onun haqqında söyləmişdi: "Aziat öz allahını tapdı".
1903-cü ildə sürgündə olarkən o, öz “allah”ından-Lenindən məktub almışdı. Həmin məktub tək ona ünvanlanmamışdı. Krupskaya Leninin eyni məktubunu sürgündə olan bütün marksistlərə ünvanlamışdı. Lakin Stalin bunu bilmirdi. Sevincindən özünə yer tapa bilməyən Koba, qaçmaq üçün ilk qərarını də məhz həmin vaxt vermişdi.
Elə həmin ilin iyulunda Brüsseldə bir heyvan damında qırxa qədər inqilabçı toplaşaraq Rusiya Sosial Demkrat Fəhlə Partiyasının qurultayını keçirdilər. Qurultaya Plexanov rəhbərlik edirdi. Tezliklə Lenin 40-a qədər marksistin iştirak etdiyi qurultayı parçaladı. Qurultayda Lenin öz rəqibləri olan Plexanovun və Martovun tərəfdarlarını "azlıqda" qalanlar, (menşeviki) adlandırdı və təbii ki, öz tərəfdarlarını "çoxluqda qalanlar" (bolşeviki) adlandırdı. Sürgündə olan Stalin bolşeviklərə qoşuldu.
Stalin Lenini ilk dəfə 1905-ci ildə gördü. Rusiya Sosial Demkrat Fəhlə Partiyasının ikinci qurultayında Lenin kiçik boylu çopur gürcünün ona sitayiş etdiyini hiss etdi və onu irəli çəkməyə başladı. Bundan sonra Lenin demək olar ki, bütün qurultaylarda Stalinin namizədliyini irəli sürür və dəstəkləyir. Yəhudi intellektləri ilə əhatə olunan Lenin gürcünün sadiqliyinə əmin olduğu üçün hər zaman Stalini arxasınca sürüyür. Leninin çoxluqda qalması üçün Stalin bir səs olsa da, bu səs əmin səsdir. Hətta 1912-ci ildə Stalin Mərkəzi Komitəyə seçilməsə də, Lenin şəxsən onu MK-ya saldı.
Stalin təxribatçı
1917-ci il fevral inqilabından sonra Müvəqqəti Hökümət inqilabçı təxribatçıların adılarının açıqlanması haqqında qərar vermişdi. Adları açıqlanan təxribatçı agentlərin arasında "Vasili" kod adı ilə Stalinin adı da keçirdi. Sonradan bolşeviklər hakimiyyətə gəldikdən sonra həmin sənədlər məhv edildi. 1905-ci ildən başlayraq Şaumyan davamlı olaraq Kobanı gizli polisə işlməkdə ittiham edirdi. Hətta 1907-ci ildə Şaumyan Kobanın öldürülməsi haqqında əmr də vermişdi . Lakin Bibiheybətdə erməni daşnaklar və bir neçə müsəlman marksist fəhlə onu öldürüb neft quyusuna atmaq istəsələr də, son anda Məmməd Əmin Rəsulzadə Stalini xilas etmişdi. Rəsulzadə öz şəxsi nüfuzundan istifadə edərək Kobanı marksist fəhlələrin əlindən almışdı. Lenin Stalinin agent olması haqqında şayiələri qulaqardına vururdu. Bütün söz-söhbətlərə baxmayaraq Lenin öz "gürcüsünün" arxasında sonuna qədər dayanmışdı.
Qəribədir ki, Stalin hakimiyyətə gəldikdən sonra çar hökümətinin gizli polisinin agentlərini öz ətrafında yerləşdirmiş, onlara yüksək vəzifələr vermişdi. Onların arasında Lavrenti Beriya və Mircəfər Bağırov da vardı.
Stalin Trotskiyə qarşı
Oktyabr çevrilişinin ilk günlərindən Stalinlə Trotski arasında qarşıdurma başlayır. Bu qarşıdurmanın yaranmasında hamıdan çox Lenin maraqlı idi. Lenin yaxşı anlayırdı ki, Trotskinin ambisiyalarının qarşısını almaq üçün onu kiçik boylu gürcünün sonsuz qəzəbi ilə rastlaşdırmaq gərəkir. Yoxsa həddindən artıq ambisiyalı olan və Leninin belə liderliyini qəbul etməyən yəhudi ona ciddi problem olacaq.
Trotski Stalinlə ilk dəfə 1907-ci ildə rastlaşır. İçəri balaca boylu, çopur bir adam girir və onu Trotskiyə təqdim edirlər. İosif Cuqaşivili. Bu adam onun bütün həyatını məhv edəcəkdi. Onun hakimiyyətini əlindən alacaq və Trotskinin tarixi yazmasına əngəl olacaqdı. Amma o zaman Trotski bütün bunları bilmirdi...
Trotski 1922-ci ilə qədər Stalini heç bir halda ciddi bir siyasətçi kimi qəbul etmədi. Ona görə bu çopur gürcü Leninin ən adi əlaltısından başqa bir şey deyildi. Hətta 22-ci ildən sonra da o, Stalini yetərincə diqqətə almadı. 26-cı ildən sonra isə artıq çox gec idi. İnqilabın ilk günlərindən başlayaraq, onun qarşısına əngəl olaraq çıxan Stalini Trotski haqqlı olaraq Leninin ona qarşı qoyduğunu düşünürdü. Elə Stalinin bolşeviklər partiyasının rəhbərliynə gətirilməsi də Leninin Trotskiyə qurduğu oyundu. Lakin Trotskinin özlüyündə arxayın olduğu tək şey vardı. Lenindən sonra Stalin onun qarşısında dura bilməz. Bu Trotskinin həyatının səhfi idi. Terroru durmadan təbliğ edən və terrorun genişləndirilməsini tələb edən Trotski elə Stalin terrorunun ilk qurbanlarından oldu. Stalin Trotskini 1940-cı ildə uzaq Meksikada öldürsə də, Stalinin mütləq hakimiyyəti 1928-ci ildə Trotskini SSRİ-dən sürgün etdikdən sonra başladı. 1928-ci ildən sonra Stalinin alternativi yoxdu.
Tarixin ən böyük terroru
Stalin terroru haqqında danışılırsa, bu terror bir neçə mərhələyə bölünməlidir. Xalqların dahi rəhbəri geniş terrora kolxozlaşdırma siyasəti ilə başladı. Stalin terrorunun ilk qurbanı sovet kəndlisi oldu. 1930-cu illərdə başlayan bu terror nəticəsində milyonlarla kəndli məhv edildi və milyonlarla kəndli Sibirdə, Ukraynada, Qafqazda və Volqa arxasında acından öldü. Dünya hələ bu qədər acımasız hakimiyyət görməmişdi. 1934-cü ildə özünün əsas rəqiblərindən birinə çevrilən Kirovu terror "üçlüklərinin" biri ilə ortadan qaldıran Stalin elə həmin il böyük siyasi terrora başladı. Bundan əvvəl isə dahi rəhbər öz "dostlarını", şanlı bolşevikləri zəhərləyərək ortadan qaldırırdı. Onların arasında Nərimanov, Dzerjinski, Oreknidze, Krupskaya və başqaları vardı. İkinci internasionalın nə qədər üzvü Stalin "üçlüklərinin" qurbanı olmuşdu.
34-cü ildən başlayraq Stalin terroru bütün ölkəni öz əhatəsinə aldı. Artıq terrorun hədəfində ziyalılar, köhnə bolşeviklər partiya funksionerləri, hərbiçilər və sıradan vətəndaşlar vardı. Stalin Robespyerin "məşhur xalq düşməni" ifadəsini yenidən siyasi terimnalogiyaya gətirmişdi. O, məşhur fransız inqilabçısından bir şeyi daha əxz etmişdi. Hər kəs çuğulçuluq etməliydi. Çuğulçu olmayan vətəndaş styasi təhlükə mənbəyidir.
Stalin terrorunun mahiyəti təkcə rəhbərin mütləq hakimiyyətinin təmin olunmasına hesablanmamışdı. Stalin yeni insan yaradırdı. Bu insan özünü dərk etməməli, rəhbərə və partiyaya sadiq olmalı, ən əsası bu sədaqətini daima çuğulçuluqla sübut etməliydi. 1934-cü ildən sonra SSRİ adlanan həddindən artıq böyük məkanda heç kimin bir saat sonra həbs olunmayacağına təminatı yox idi. hər kəs daima dəhşətli qorxu içində yaşayırdı. Məhz bu qorxu hər kəsi rəhbərə sadiq olmağa məcbur edirdi. Başqa cür mümkün deyildi. Çünki hər kəs potensial çuğulçu idi və bu durumda özünü qoruma instinkti təbii olaraq hər kəsi çuğulçu olmağa sürükləyirdi. İş o yerə gəlib çatmışdı ki, SSRİ-nin xarici işlər naziri, Stalinin yaxın dostu Molotov arvadından çuğulçuluq edirdi. Partyanın vicdanı adlandırılan Buxarin özü-özünə qarşı çuğulçuluq edir və rəhbərə əfv üçün yalvarırdı. Amma Stalin ancaq siyasi çıxarları üçün kimisə əfv edirdi. Bu isə çox nadir hallarda baş verirdi.
Terrorun miqyası o qədər böyük idi ki... Amma ən əsası Stalin terrorunun mənəvi miqyası idi. Qorxu və terror hər kəsin içinə enmişdi və sovet insanının mənəviyyatı dünyaya bu pəncərədən boylanırdı. Ən dəhşətlisi odur ki, Stalin terrorunun yaratdığı qorxu mühiti postsovet məkanında bu gün belə davam edir. Yüz il sonra hələ də Stalin, balaca boylu çopur gürcü insanların mənəviyyatını dağıdır, onlara hökm edir. Bu Stalinin yaratıdığı hakimiyyət tipinin nə qədər qorxunc və dəhşətli olduğunun göstəricisidir.
Stalinin kef məclisləri
Stalin axşamlar Siyasi Büronun üzvlərini başına toplayıb yeyib-içməyi çox xoşlayırdı. Demək olar ki,həftədə bir neçə Stalinin bağ evində böyük kef məclisləri təşkil olunurdu. SSRİ-nin məşhur artistləri həmin kef məclislərində partiyanın rəhbərləri üçün oxuyur və sonra gənc və gözəl aktrisalar gecələr rəhbərin yatağını doldururdular. Lakin Stalinin bu kef məclislərində ən çox xoşladığı şey öz silahdaşlarını aşağılamaq və təhqir etməkdi. O, Mikoyanı yarıçılpaq şəkildə masanın üstündə oynadır, Xruşşova təlxəklik etdirir, Voroşilov atıcılarını çağıırıb elə Vorşilovun başına alma qoyub atəş açdırırdı. Məşhur yazıçı A.Tolstoy onun kef məclislərində it kimi hürür, at kimi kişnəyirdi. Bütün bunlar rəhbərə həddindən artıq ləzzət verirdi. Heç kim rəhbərin kef məclisində onun kefinə soğan doğraya bilməzdi. Beləsi Allahdan həmin andaca ölüm diləməliydi.
Bir dəfə Qızıl Ordunun önəmli komandirlərindən biri marşal Tuxaçevski rəhbərin kef məclisində onun istəyini yerinə yetirməkdən imtina etdi. Çox çəkmədi marşalı həbs etdib dəhşətli işgəncələrdən sonra güllələdilər. Marşalın gənc arvadını və kiçik yaşlı qızını isə dəfələrlə zorladıqdan sonra öldürdülər. Xalqların rəhbərinin hakimiyyəti o qədər mütləqdi ki, onun hakimiyyətini azacıq etinasızlıq ancaq ölümlə, həm də fikirləşilməsi belə dəhşətli olan ölümlə nəticələnirdi. Uzaq Meksikada kiçik bir evdə yaşayan Trotski onun sonsuz hakimiyyətinə baxıb həsədindən və qəzəbində boğulurdu.
Müharibə illərində Stalin kef məclislərindən demək olar ki, imtina etdi, ancaq qələbədən sonra arabir ənənəvi kef məclislərini qurdu.
Dünya hökmranı
İkinci Dünya savaşı bitdyində Stalin demək olar ki, bütün Avropanın hakiminə çevrildi. Bütün Şərqi Avropanı sovet əsgərinin çəkmələri ilə tapdalayan Stalin həmçinin Çində, Monqolustanda və Koreyada belə öz sözünü birmənalı olaraq keçirirdi. Əyyaş çəkməçinin oğlu İosif bütün dünyaya hökm edirdi. Onun iradəsi dünyanın yarısından çoxunda mütləq idi. Lakin ən önəmlisi oydu ki, Stalin bu qədər böyük və sonsuz hakimiyyətdən heç bir zaman başını itirmədi. O, hakimiyyətin zirvəsinə ulaşdıqdan sonra azacıq da olsun, öz soyuqqanlılığını itirmədi. Potsdamda müzakirələr gedərkən o, qəti şəkildə sübut elədi ki, uzaqgörən siyasətçi və peşəkar diplomatdır. Hamı ABŞ-ın atom bombasının qarşısında Stalinin geri çəkiləcəyini güman etsə də, yanıldı. Trumenin atom bombası sadəcə bütün Avropanı, həmçinin Türkiyə və İranı sovet işğalından xilas elədi. Qısa zaman sonra Avropa dəmir pərdə ilə iki hissəyə bölündü və 40 il davam edəcək soyuq savaş başladı.
Tiranın ölümü
1953-ci il martın 1-də gecə saatlarında Xruşşov, Beriya, Malenkov və Bulqanınin Stalinin bağ evində sahiblə birlikdə kinoya baxırlar. Qonaqlar ancaq gecə saat 4-də dağılırlar. Stalin əlində qəzet yatağına doğru gedir... bir neçə saatdan sonra mühafizəçilər sahibi döşəmədə tapırlar. Stalin xırıldayır və danışa bilmirdi. Mühafəzəçilər tez Beriyaya zəng vururlar. Amma onu tapa bilmirlər. O zaman Malenkova zəng vurular. Bir saatdan sonra dördlük yenidən geri dönür. Stalinə baxırlar və Beriya deyir ki, sahib sadəcə yatır. Onu narahat etməyin. Və dağılırlar. Bir neçə saat sonra mühafizəçilər yenidən Malenkova zəng vururlar. Sahibin vəziyyəti çox pisdir. Daha bir neçə saat keçir. Dördlük bir daha geri dönüb Stalini nəzərdən keçirilər. Ancaq 13 saatdan sonra Stalinin üstünə həkim gətirilməsinə icazə verilir. Həkimlər Stalinin infarkt keçirdyini bildirirlər. 74 yaşlı tiran bir neçə saatdan sonra ölür. Ölüm beyinə qansızmadan baş verir. Bu Stalinin ölümünün bilənən rəsmi versiyasıdır. Başqa bir versiyada isə Stalinin Xruşşov, Beriya, Malenkov və Bulqanınin tərəfindən öldürülüdüyü bildirilir. Bir başqa versiyada isə bildirilir ki, Stalini Xruşşov boğaraq öldürüb. Bu zaman Beriya və digərləri onu seyr ediblər. Hər halda infarkt keçirmiş Stalinin üzərinə həkim çağırılmasını yasaqlamaq da Stalinin bilərəkdən öldürülməsi deməkdir.
Stalinin ölümü bir neçə gün ictimaiyyətdən gizli saxlanılır. Ancaq martın 5-də bütün dünya tiranın ölüm xəbərini eşidir. Qərbdə sevinir və rahat nəfəs alırlar, Berlindən Çinə qədər isə insanlar "böyük rəhbərin" ölümünə göz yaşları tökürlər. Stalinin cəsədini balzamlayıb Leninin mavzoleyinə qoyurlar. 1961-ci ildə Sov. İKP-NİN 12-ci qurultayı Stalinin Lenin yolundan sapması ilə əlaqədar olaraq cəsədin mavzoleydən çıxarılması haqqında qərar verir. Bir gün sonra gecə Stalinin cəsədi mavzoleydən çıxarılır və Kreml divarları önündə basdırılır. Dünyanın gəlib-keçmiş ən böyük diktatorunun taleyi beləcə sona çatır. Dünyaya hökm edən Stalin adi və sahibsiz bir qoca kimi miskincəsinə dünyasını dəyişir.
"Min il yaşa"
Çox qəribədir ki, özünün bütün ətrafını öldürən Stalin uşaqlıq dostlarını heç bir zaman unutmur. Ağır müharibə illərində o hər ay uşaqlıq dostları Petyaya, Qrişaya, Mişaya davamlı olaraq pul və ərzaq yollayır. Ölümündən bir neçə gün əvvəl də o Qrişka Kapanadzeyə pul yollayır və ismarıcda yazır: "Məndən bu balaca hədiyyəni qəbul elə. Min il yaşa. Soso".
publika.az

Комментариев нет:
Отправить комментарий