Şəbnəm Karslı
Darıxırsanmı mənsiz,
ürəyinin mənsiz qalan yeri
bir daha doldumu?
əllərimin yerinə başqa əllərə sığındın,
nəfəsimi necə əvəzlədin?
Qoxlaya –qoxlaya öpdüyün saçlarımın
iyini başqasından ala bildinmi?
Kəsməyəcəm saçlarımı,
toxunmayacam bir telinə də,
öpüşlərinin izini gəzdirəcəm
hər zərrəsində,
hər gördüyündə xatırlayasan,
ağlayasan deyə,
ağlayasan deyə…
Ağlamaq dedim,
boynuma axıtdığın və
sinəmdə ilan təki qıvrılan
göz yaşlarını xatırladım,
kişilər ağlamaz demə,
kişi hər qadının önündə
ağlamaq deyərdin.
İndi necə ağlayırsan?
Göz yaşların yaraşırmı
başqasının boynuna?
Mən darıxmıram sənsiz,
Kaş ki, gedərkən əllərini
mənə verib getsəydin,
sadəcə əllərim çox darıxır.
Darıxırsanmı mənsiz,
ürəyinin mənsiz qalan yeri
bir daha doldumu?
əllərimin yerinə başqa əllərə sığındın,
nəfəsimi necə əvəzlədin?
Qoxlaya –qoxlaya öpdüyün saçlarımın
iyini başqasından ala bildinmi?
Kəsməyəcəm saçlarımı,
toxunmayacam bir telinə də,
öpüşlərinin izini gəzdirəcəm
hər zərrəsində,
hər gördüyündə xatırlayasan,
ağlayasan deyə,
ağlayasan deyə…
Ağlamaq dedim,
boynuma axıtdığın və
sinəmdə ilan təki qıvrılan
göz yaşlarını xatırladım,
kişilər ağlamaz demə,
kişi hər qadının önündə
ağlamaq deyərdin.
İndi necə ağlayırsan?
Göz yaşların yaraşırmı
başqasının boynuna?
Mən darıxmıram sənsiz,
Kaş ki, gedərkən əllərini
mənə verib getsəydin,
sadəcə əllərim çox darıxır.
Комментариев нет:
Отправить комментарий