29.09.2012

Nurlan Quliyeva. Qanun

Riyaziyyat təfəkkür dünyasını fəth edərək:
- Elmlərin şahıyam! – dedi.
Təfəkkür:
- Oğul, böyük danışma! – söylədi. – Səni təxəyyülümdə yaradıb öz dünyamda böyütmüşəm.
- Ustad, hirslənməyin! Mən nəinki dünyanın, hətta bütün kainatın şahıyam.  Axı elmlər dünyanı öyrənir.
- Belə de... Elmdə şahlığını qəbul etdik. Dünyada şahlığını sübut et!
Riyaziyyat xeyli fikrə getdi. Təxəyyül köməyinə gəldi. Sözə başladı.
- Dünyanı riyazi qanunlar idarə edir. – dedi. - Böyük partlayışdan sonra dünya zərrə-zərrə toplanaraq yarandı. İndi hissə-hissə çıxılaraq məhvə doğru gedir.

Allah yaratdıqlarına sevgisinin qüvvətini bəxş etmişdir. Lakin nifrət onu bölür və ya kök altına salır.
Yaşam həyatın sürətindən asılıdır. Sürətsə, zamana görə dəyişən məkanın törəməsidir. Xeyrin törəməsi xeyirxahları, bədinki isə bədxahları yaradır...
Təfəkkür ağıllı riyaziyyatın sözünü kəsib:
- Xeyirxahları inteqralla, bədxahları kök altına sal! – dedi. - Qoy xeyir yüksəlsin, şər alçalsın.
Riyaziyyat qələbəsinə sevindi.
- Oldu! Dünyanı riyazi qanunlarla yaşadacağam!
Təfəkkür gülümsəyərək susdu. Qəlbində:
- Bizi Yaradan yaşadır! – söylədi.

Комментариев нет:

Отправить комментарий