25.09.2012

Allahverdi Bayrami Lənkəran rayon prokurorluğuna çağırılıb


Bu gün səhər saatlarında Masallı rayon Mahmudavar kəndi üzrə sahə müvəkkili Allhverdi Bayramiyə yaxınlaşaraq, ondan Lənkəran rayon prokurorunun muavini Taleh Osmanova gedib dəyməsini tələb edib. Bu zaman sahə müvəkkili tərəfindən Allahverdi Bayramiyə heç bir çağırış vərəqəsi təqdim edilməyib.
Allahverdi Bayrami (Bayramov Allahverdi Ağaverdi oğlu) Respublika Talış Mədəniyyət Mərkəszinin İdarə Heyətinin üzvüdür. Yaradıçı adamdır. Ömrünün ağsaqqal çağlarını yaşayır, təqaüddədir və şəkər xəstəsidir. O, hüquq müdafəçisi və  şərlənərək həbs edilən Hilal Məmmədovun baş redaktoru olduğu "Tolışi Sədo" qəzetində mütəmadi olaraq yazıları ilə şıxış etmişdir.
Məlumdur ki, Hilal Məmmədovun işi ilə bağlı istintaq orqanları saxta sübutlar axtarışına çıxmış və bunula əlaqədar olaraq Talış regionunda yaşayanlar, xüsusən fəal ziyalılar heç bir rəsmi sənədləşmə aparılmadan yerli hüquq-mühafizə şöbələrinə çağırılaraq qorxudulur, onlardan Hilal Məmmədovun əleyhinə ifadələr almağa səy göstərilir və çağırılanların hamısına bu barədə danışmamaq xəbərdarlığı edilir.
Bir müddət əvvəl jurnalist Mətləb Dadaşov da Taleh Osmanov tərəfindən analoji qaydada Lənkəran rayon prokurorluğuna çağırılmışdı.

Комментариев нет:

Отправить комментарий