Alman nasistlərinin Himalay dağlarına ekspedisiyası zamanı tapdıqları heykəlcik çox nadir materialdan hazırlanıb.
Avrasiya.net Discovery-ə istinadən bildirir ki, arxeoloqların “Dəmir adam” adlandırdıqları bu artefaktın hündürlüyü 24 sm, çəkisi 10 kq-dır.
Heykəlcik Vaisravana tanrısını əks etdirir.
“Meteoritics and Planetary Science” jurnalında dərc olunmuş məqalədə bildirilir ki, nasistlərin 1936-1938-ci illərdə Himalay dağlarına ekspedisiyası zamanı onlar 1000-dən artıq nadir artefakt aşkarlamış və Almaniyaya aparmışdılar.
Heykəl buddist və buddizmə qədər olmuş Bon mədəniyyətinin sintezidir.
Artefakt buddizmdə “Şimal hökmdarı” adlandırılan Vaisravanadır. “Şimal” isə Tibetdə “Şambala” adlandırılır.
Ştutqart Universitetinin professoru Elmar Bühnerin sözlərinə görə, heykəlcik 15 min il əvvəl Monqolustan və Sibirin sərhəd bölgələrinə düşmüş meteorit parçasından hazırlanıb.
“Heykəlin hazırlandığı material tərkibində yüksək miqdarda nikel olan ataksitdir. Dünyada ən böyük ataksit meteorit parçası isə ağırlığı 60 tondan artıq olan “Namibiya hobası”dır”, – Bühner deyir.
Onun sözlərinə görə, nasistlərin Himalay dağlarına ekspedisiyası SS şefi Henrix Himmlerin əmri ilə təşkil olunmuşdu.
Ekspedisiya üzvlərinin hamısı SS-çilər idi.

Комментариев нет:
Отправить комментарий