XIX hissə: Bu kitab
ilk türk dili qrammatikasıdır… Bu kitabda dünya xəritəsi vardır…
XI əsrdə oğuz türklərindən Səlcuq oğuzları da
Böyük Səlcuq imperatorluğunu təşkil etdilər və bütün türklər bu üç dövlətin- Qaraxani,
Qəznəvi və Səlcuq dövlətlərinin təbəəliyində oldular.
Bu dövrün türk dili və ədəbiyyatının ən böyük
nümayəndələri «Qutadğu bilik» şeir kitabının yazanı Yusif Uluğ Xas Hacib və
«Divani lütət ət-türk»ün müəllifi Mahmud Kaşğari olmuşdur.
Mahmud Kaşğari türk dilinin nəhvi barəsində də
bir kitab yazmışdır ki, sonradan bu kitab itmişdir.
«DİVANİ LÜTƏT ƏT-TÜRK». Bu böyük əsər Mahmud
Kaşğari tərəfindən bütün türk dil və ləhcələri tədqiq edildikdən sonra, 1072-ci
ildə ərəbcə yazılmış, Abbasi xəlifəsinə təqdim edilmişdir.
Bu kitab ərəblərə türk dili olan Xaqani və ya
Kaşğari ləhcəsini, o zamankı türk ləhcələrini (oğuz, qıpçaq, çigil, yağma və
qırğız) öyrətmək üçün yazılmış, eyni zamanda türk elləri haqqında ən mühüm
bilgini vermiş, türk xalq ədəbiyyatından da nümunələr göstərilmişdir. Bu kitab
ilk türk dili qrammatikasıdır.
Divanda sözlərin mənasını daha yaxşı başa
düşmək üçün müəllif türk atalar sözlərindən faydalanıb, 272 atalar sözü
işlətmişdir. Ayrıca türk xalq ədəbiyyatından dörd mərsiyə, neçə dastan, 300
dördlük şeir misallar şəklində veilmiş, türklərin cəsarəti və sülhpərvərlikləri
mədh edilmişdir.
Bu kitabda bir dünya xəritəsi yatır. Mərkəzdə
Qaraxanilərin mərkəzi Balasaqun olmaq üzrə, türk elləri və qonşularının yerləri
təyin edilmişdir.
Divanda 20 türk elinin adı və yerləri, oğuz
elinin 22 qəbiləsi barədə məlumat verilmişdir.
Yaşadığı yerlərinə görə türk elləri belə
bölünmüşdür:
1)Peçenqlər,
bizanslılara ən yaxın yerdə olan türklərdir.
2)Qıpçaq, oğuz, imək,
başqırd, basmil, kay, yabaqu, tatar və qırğızlar.
3)Çigil, toxsi,
yağma, əğraq, çaruq, çumul, uyğur, tanqut və xitaylar şimaldan cənuba tərəf
yerləşmişlər.
4)Tavqaç Çinin
cənubundadır.
***
Mahmud Kaşğariyə görə, qıpçaq, yemək, peçenq
və bulğar ləhcələri də oğuz güruhuna daxildir. Onun dediyinə əsasən, oğuz
ləhcəsinin bariz bir xüsusiyyəti fars sözlərinin bu dildə çox işlənməsidir.
Oğuzlar faslarla qonşuluq və yaxın təmasları nəticəsində bir çox türkcə sözləri
unudub, onların yerinə farsca sözlər işlədirdilər. Kaşğari bu iki dil və el arasındakı
yaxınlığı göstərmək üçün əski bir atalar sözünü nəql etmişdir: Başsız börk
olmaz, tatsız türk olmaz.
İndi «Divani lüğət ət-türk»də nəql edilən
atalar sözlərindən bəzi nümunələr dərc edirik:
-Beş ərüngək tüz
ərməs.
-Alplar birlə uruşma,
bəklər birlə turuşma.
-Korkmuş kişigə koy
baştuş görünür.
-Bir karqa birlə kış
kəlməs.
-Kanıq kan bilə
yumas.
-Bir tilku terisin
ikilə soymas.
Bugünkü tükcəmizdə:
-Beş barmaq düz (bir)
olmaz.
-Qəhrəmanlar ilə
vuruşma, bəylərə qarşı durma.
-Qorxmuş kişiyə qoyun
başı qoşa görsənir.
-Bir qarğa ilə qış
gəlməz.
-Qanı qanla yumazlar.
-Bir tülkünün
dərisini iki dəfə soymazlar.
Qədim şeirlərimizdən
nümunələrə diqqət yetirin, cənab nazir. Bahar təsvirində:
Türlük çiçək yazıldı,
Uçmaq yiri göründi.
Barçın yazım kərildi.
Tumluq yana kəlgüsüz.
Bugünkü türkcəmizdə:
Dürlü çiçəklər
açıldı,
Quşların yeri
görüldü.
Sanki ipək döşək
sərildi
Daha soyuq
gəlməyəcək.
Quş qurd qamuq
tirildi,
Ökül alıb tarıldı.
Erkək tişi tərildi,
Yınğa yuna girgisiz.
Bugünkü türkcmizdə:
Quş qurd hamı
dirildi,
Dəstə-dəstə olub
getdilər.
Erkək-dişi toplaşdı.
Yanın yuna
girməyəcək.
Mahmud Kaşğarinin bu əsərində Cuçi adında
qədim bir türk şairindən də bəhs edilir.
***
«QUTADĞU BİLİK». Bu
kitab 1069-cu ildə Yusif Uluq Xas Hacib tərəfindən yazılmışdır. O, Balasaqun
əhli olub, əsərini Kaşğarda bitirmişdir, yazıb Qaraxani sultanı Buğra xana
təqdim etmişdir. Müəllif öz zamanının ən parlaq ədəbi dilini yazıya almışdır və
bu kitaba görə Xas Hacib rütbəsinə layiq görülmüşdür.
Kitabın mövzusu öyüddür, mübahisə və danışıq
şəklində verilmişdir. Müəllif müxtəlif ictimai məsələlər barəsində bəyan etdiyi
fikir və əqidəsini isbat etmək üçün böyük adamların sözlərindən,
zərbi-məsəllərdən faydalanmışdır.
Kitab şeirlə, əruz vəzninin bəhrlərindən
birində yazılmış, bu baxımdan «Şahnamə»yə bənzədiyi üçün iranlılar onu «türk
Şahnaməsi» də adlandırmışlar.
Əsərin tədqiqi göstərir ki, müəllif yüksək
təhsil görüb, ədəbiyyatdan başqa nücum, kimya, təbiət elmini, coğrafiya və
riyaziyyatı da bilirmiş, bəzi rəvayətlərə görə isə İbn Sinanın şagirdi imiş.
Müəllif İran və ərəb ədəbiyyatını yaxşı bilir
və az da olsa onların təsir altında olmuşdur.
Şairin dili sadə və eyni zamanda ədəbidir.
Bütün kitabda 120 ərəb və fars sözü işlənir, bunlar da dini və dövlət işlərinə
aid istilahlardır.
«Qutadğu bilik» tanrıya xitab şeirilə
başlayır, sonra da peyğəmbərin və ilk dörd xəlifənin mədhi, bahar təsviri və
Buğra xanın tərifi gəlir. Sonra yeddi ulduz, on iki bürc və elm, əql və dildən
danışılır, sonra əsas mövzu başlayır və mübahisə dörd şəxsiyyət arasında
cərəyan edir. Bu şəxslərin hər biri bir vaqiəti və ya bir həqiqəti təmsil edir.
Güntoğdı (Gündoğdu)- doğru yol və ədaləti
təmsil edir.
Aytuldı (Aydoldu)- səadət və xoşbəxtliyi
təmsil edir.
Ugdolmuş- əql və məntiqi təmsil edir.
Odqurmuş da sonu və aqibəti təmsil edir.
Bu adlar eyni zamanda qədim türk
qəhrəmanlarının adları olmuşdur.
Adil, blikli və ərdəmli (fəzilətli) bir padşah
olan Gündoğdu ağıllı və bilikli vəziri Aydoldu ilə ölkənin idarəsi və ictimai
məsələlər haqqında danışır, xoşbəxtlik, ədalət və sözün faydaları barəsində
söhbət edir. Söhbətdən məlum olur ki, ədaləti padşah, xoşbəxtliyi isə vəzir
təmsil edir. Hər zaman olduğu kimi, xoşbəxtliyin ömrü qısa olur və vəzir ölür.
Lakin padşah vəzirin oğlu və yetişdirməsi Ugdolmuşu atasının yerinə seçib,
onunla birlikdə məmləkət işlərini idarə edir. Ugdolmuşla siyasət, elm, ədalət
və igidlik, insanın zövq və həvəsləri barəsində danışır və bu nəticəyə
yetişirlər: Padşahın ətrafındakılar ona tabe olur, padşah pis olmasa pis adamları
dövrəsinə yığmaz.
Padşah Ugdolmuşa deyir ki, sən ölkənin səadət
və ədalətə qovuşmasına bais oldun, dünya ölüm-itim dünyasıdır, əgər səni də
əldən versəm, neylərəm. Ugdolmuş öz yaxınlarından birisi Odqurmuşu onunla tanış
edir. Odqurmuş bilikli, təmiz, lakin dünyadan əl üzüb, axirət cazibəsilə
yaşayan br adamdır. Ona görə də padşahın yanında qalmağa hazır deyil. Padşah
onunla yazışıb, məşvərət edir, o da padşahı xalqı və ölkəsi qarşısında olan
mill, vicdanlı və insani vəzifələri ilə tanış edir, onun dünya və axirətini
təmin etməyə çalışır.
«Qutadğu bilik» Qaraxani cəmiyyətinin aydın
təbəqəsinin mədəniyyət və düşüncələrini əks etdirir.
Məsələn, ictimai məsələlər və onların həlli
üçün aşağıda nəql edilmiş əqidələr çox cəlbedicidir:
Pislik bilməzlikdən gəlir. Tərbiyə və elm ilə
pislik islah edilə bilir.
Padşahlar və ailə rəisləri öz millət və
ailələrini tərbiyə edib, onlara elm öyrətməlidirlər. Padşah yaxşı qanun
çıxartmalıdır. Ədalətə dayanan qanun göyün sütunu kimidir, qanun pozulsa, göy
üstümüzə xərab olar.
«Qutadğu bilik» bir ədəbi şah əsəri olmaqla
yanaşı, siyasət kitabıdır. Bu kitabın üç əlyazma nüsxəsi Vyana, Qahirə və
Fərqanə kitabxanalarında mövcuddur. Fərqanə nüsxəsi Türkiyədə Türk dili qurumu
tərəfndən 1942-ci ildə çap olunmuşdur, sonra Rəşid Rəhməti Arat tərəfindən
İstanbul türkcəsinə tərcümə edilərək 1959-cu ildə nəş edilmişdir.
İndi nümunə üçün «Qutadğu bilik»dən bi neçə
şeir dərc edirik:
Kişi tuğdı, üldi,
suzu kaldı kör
Üşni bardı yalnuk,
atı kaldı kör
Bugünkü türkcəmizdə:
Kişi doğdu, öldü,
sözü qaldı, gör,
Özü getdi, yalnız adı
qaldı, gör.
Bayusa bödüsə yadılsa
çavı,
Yisə tursa yatsa bu
ilğı turur.
Bugünkü türkcəmizdə:
Zənginləşsə, böyüsə,
yayılsa şöhrəti
Yeyən, duyan və yatan
heyvandır.
Biligbirlə bəkilər
budun başladı,
Öküş birlə ilkün imiş
işlədi.
Bugünkü türkcəmizdə:
Bilik ilə bəylər
millətə baş oldular,
Əql ilə xalqın işini
idarə etdilər.
Tayanma tirigligə tuş
tək keçər,
Güvənmə kıvı kutka
kuş tək uçar.
Bugünkü türkcəmizdə:
Dayanma diriliyə,
yuxu tək keçər,
Güvənmə boş səadətə,
quş tək uçar.
Törütdi tilək təg
turu aləmiq
Yarutdu azuka künük
həm ayı.
Bugünkü türkcəmizdə:
Törətdi dilədiyi tək
bütün aləmi
Yaratdı dünyaya günü,
həm ayı.
(Ardı var)
(Ardı var)
Комментариев нет:
Отправить комментарий