25.09.2012

Daş adamlar

Xəyalə Sevil

Bağışla atam bağışla,
Bağışla anam bağışla,
Həyat məni dərdli etdi,
Mən də sizi...
Qırıldı, min qırıq, oldu ürəyim
Dərdlərimə sarıq oldu ürəyim.,
Cılızlaşdı, arıqladı ürəyim
Görmədilər.
Dağa vurdum, daşa vurdum özümü,

Gözümdəki yaşa vurdum özümü,
Çılikləndim yığışdırdım özümü,
Heç qədrimi bilmədilər,
Adamlar...
Ah! Bu adamlar...
Daş adamlar,
Bumbuz qəlbi qış adamlar,
Gülə- gülə yaşadılar,
Ölə-ölə gözlərindən yaş çıxacaq.
Öləndə canlarından,
Ruh yerinə daş çıxacaq.
Atılacaq başlarına
Bir də bir də atılacaq…
Sonra milyon dollarlara,.
Cəhənnəmə satılacaq.
Üzü bəzək dümyamızın
Asdarında daş adamlar.
Budur mənim ömür yolum
Kəndarında daş adamlar.
Daşlı-daşlı baxışların
Altında əzildim daha,
Yığıldım bir damcı oldum
Hansısa bir günahsızın,
Gözündən süzüldüm daha.
Bağışla atam bağışla,
Bağışla anam bağışla,
Güldürmədim üzümüzü.

Комментариев нет:

Отправить комментарий