FaktXeber.com-un verdiyi məlumata görə, bu gün Bakının Nardaran qəsəbəsində “Müsəlmanların məsumiyyəti” adlı filmə və Fransada dərc olunan jurnalda İslam Peyğəmbərinə hörmətsizlik ehtiva edən karikaturaya etiraz olaraq qəsəbə sakinləri aksiyası keçiriblər.
Aksiyada 200-ə yaxın inanclı iştirak edib.
Aksiyada "Məhv olsun Amerika!", "Məhv olsun Fransa!", "Məhv olsun İsrail!", “Yatma oyan Azərbaycan, dinə dayaq Azərbaycan!” kimi şüarlar səsləndirilib.
Aksiyanın sonunda Amerika və İsrailin bayraqları yandırılıb.
Комментариев нет:
Отправить комментарий