23.09.2012

Jurnalist Araz Quliyev şərləndi

Jurnalist Araz Quliyevin evində axatarış aparılıb.
30-a yaxın polis və mülki geyimli şəxs 8 sentyabrda polis tərəfindən saxlanılmış jurnalist Araz Quliyevin evində axtarış əməliyyatı keçiriblər.
Verilən məlumata görə, polis və mülkü geyimli şəxslər evdə olan insanlara qarşı kobudluq göstərərək, axtarışı qeyri-etik formada aparıblar.
Yaxınlarının verdiyi məlumata görə, polis işçiləri iddia ediblər ki, evdə axtarış zamanı 2 ədəd F1 əl qumabarası və həmin qumbaralar üçün nəzərədə tutulan 2 ədəd alışqan aşkaralanaraq götürülmüşdür.
Xatırladaq ki, 30-a yaxın polis və mülki geyimli şəxs bir neçə gün öncə polis tərəfindən saxlanılmış Xalid Kazımovun evində də axtarış əməliyyatı keçiririblər.Verilən məlumata görə polis və mülkü geyimli şəxslər evdə olan insanlara qarşı kobudluq göstərərək, axtarışı qeyri-etik formada aparıblar.

Bir neçə gün ərzində Masallıda həbs olunan dindarlar aşağıdakılardır:

1.Xeber44.com saytının baş redaktoru Quliyev Araz
2.Ziya Tahirov
3.Rza Ağalı
4.Xalid Kazımov
5.Surac Ağayev
6.Vüsal Quliyev
7.Nicat Əliyev
8.Namiq Kişiyev

Bu arada belə bir xəbər Trenddə verilib: Trend-in cümə günü DİN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, Masallı RPŞ və rayon prokurorluq əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində sentyabrın 8-də Masallı şəhərindəki Gənclər Mərkəzində keçirilən "Masallı Folklor-2012 Beynəlxalq Festivalı" zamanı tədbiri pozduqlarına və polis əməkdaşına xəsarət yetirdiyinə görə saxlanılmış Araz Quliyevin, Xalid Kazımovun və Rza Ağalının evlərinə baxış zamanı 2 ədəd qumbara, 1 kiloqram 975 qram tiryək və qanunla qadağan olunmuş dini kitablar və broşuralar aşkar edilərək götürülüb.

Комментариев нет:

Отправить комментарий