Sima Ənnağı
II hissə: Azad bənnalar mason ideyalarına mane olan vətənpərvərlik və
milliliyi məhv edərək, beynəlmiləl ideyaları yayırlar
Zorakılıq, qəddarlıq, pozğunluq, sadizm, cinsi pozuntular, ucuz araq, qanuniləşdirilmiş
narkotiklər, insan psixikasını məhv edən və sinirlərini pozan dəli musiqi,
mənasız seriallar- bütün bunlar get-gedə həyat normasına çevrilir
Yüksək zirvəyə
çatmış masonlar xristianlıqda ağır günah sayılan homoseksualizmi alqışlayır,
onu müdriklik aktı adlandırırlar. Masonlar iddia edir ki, hər şeydə xeyir və
şər var, ona görə insan gərək yaxşını da görsün, pisi də; çirkaba da batsın,
zirvələrə də ucalsın.
Odur ki bir çox bolşeviklərin homoseksual əlaqələrdə olması sirr deyil. Kommunist partiyası sıralarında yüksək vəzifəli masonlar vardı. Maraqlıdır ki, 1917-ci ildə Sovet hökumətinin imzaladığı qanunlardan biri homoseksualizmə görə cəza verilməsinin yasaqlanması idi. 1991-ci ildə rus demokratları da belə bir təşəbbüs irəli sürmüşdülər.
Odur ki bir çox bolşeviklərin homoseksual əlaqələrdə olması sirr deyil. Kommunist partiyası sıralarında yüksək vəzifəli masonlar vardı. Maraqlıdır ki, 1917-ci ildə Sovet hökumətinin imzaladığı qanunlardan biri homoseksualizmə görə cəza verilməsinin yasaqlanması idi. 1991-ci ildə rus demokratları da belə bir təşəbbüs irəli sürmüşdülər.
Bolşevizmdən
danışarkən qeyd etmək lazımdır ki, o, böyük mason eksperimenti idi, masonlar
sürətlə sırf mason dövlətini yaratmaq istəyirdilər- qırmızı beşguşəli mason
ulduzlu, mason ideologiyalı idarə sistemi olan bir dövlət.
12-13-cü mason
rütbələrində masonlar başqa xalqlar arasında öz dini fikirlərini yaymaqla
məşğul olurlar, vicdan, söz, fikir azadlığını təbliğ edirlər. Bu sahədə uğurlar
qazanan azad bənnalar 16-cı pilləyə qalxır, mason ideyalarına mane olan
vətənpərvərlik və milliliyi məhv edərək, beynəlmiləl ideyaları yayırlar.
Hal-hazırda masonlar Rusiyada xalqın milli özünüdərkinə və özünütəşkilinə mane
olmaq məqsədilə guya “rus faşizmi” ilə mübarizə aparırlar.
“Qızılgül və
Xaç” rütbəsində masona izah edilir ki, İlahi xeyirdən və şərdən ibarətdir. Kimi
sevmək, kimə nifrət etməyi seçmək qalır. 19-cu pillədə (“Qara masonluq”) İblis
elminin öyrənilməsi başlanır. Masonlara izah edilir ki, insanların itirdiyi
cənnət o zaman qaytarılacaq ki, insan ağlı ilə hərəkət etsin. Dindən-imandan
uzaq olan xalq öz ağlına güvənəndə, gözəl
zəmanə bərqərar olacaq. Rusiya bolşeviklərin dövründə masonların vəd etdiyi
“gözəllikləri” gördü.
Sonra masonlara
İblisin dan ulduzu adlanan təsvir göstərilir. Buludlarda ulduz var. Ulduz kimi
olun, insanlara İblis adıyla nur gətirin, inanc və nadanlığı kökündən qoparın!
21-ci pillədə
təriqət maskasını atır. İndi masonlar din xadimlərini və zadəganları təqib
edirlər. Masonlara deyirlər ki, əsil inkişaf üçün azad və satınalınmaz məhkəmə
olmalıdır. Hakimlər mason ideyalarıyla hökm kəsməlidir və nə hakimiyyətdən, nə
də xalqdan asılı olmalıdır. Masonlara görə, bütün nüfuzlu siyasi və dini
xadimlər bəşəriyyətin düşmənləridir, çünki onlar xalq kütlələrini istismar
edirlər.
23-27-ci
rütbələrdə “Qara masonluğun” ikinci hissəsi başlanır. Burda masonlara
deyilir ki, xristian allahı insanı cənnətdən qovub, insanı azad olmağa qoymur.
Gələcək, nur mələyi İblisə məxsusdur. Heç kim bimir ki, o nə vaxt bərqərar
olacaq, amma İblisə xidmət edənlərin sayı artdıqca, bu zəmanə yaxınlaşır –
masonluq bütün dünyaya yayılır və hər sahədə mason qanunları işləyir. İblisə
pərəstiş dövrü başlanır.
Lojanın sədri Böyük
Kahin adını daşıyır. O, qədim “nur mələkləri” kimi geyinir. Masonlar magiyanı
və cadunu öyrənirlər. Onlar xalqların və hakimiyyətin gizli hakimləri olmağa
çalışırlar, xalqların taleyini həll edirlər. Azad bənnalar öz əməllərində tam
sərbəstdirlər, heç bir mənəvi və ya əxlaq prinsiplərinə əməl etmirlər, zamanı gələndə, bütün dünyada hakimiyyəti ələ
keçirəcəklərinə özlərini hazırlayırlar.
28-ci rütbədən
başlayaraq masonlar qədim yəhudi mistik elmi olan Kabbalanı dərindən
öyrənirlər, ölülərin ruhlarını çağırır, cadu ilə məşğul olurlar. Onlar İblisə
qurbanlar kəsir, şər qüvvələrini oyadırlar.
29-cu rütbədə mason
and içir ki, son damla qanına kimi ona etibar edilən vəzifədə çalışacaq və
verilən əmrləri yerinə yetirəcək. Sonra zala masonların bütü- Bafomet gətirilir. Bafomet-
keçi, it, uzunqulaq, öküz - yani müxtəlif heyvan başlı, insan əlli, qadın
sinəsi, heyvan pəncəli bütdür. Buynuzlarının arasında yanan məşəl, alnında
beşgüşəli qırmızı ulduz var- bu ulduz masonlarən
əsas rəmzlərindəndir, belə ulduzlar hələ də Moskva Kreml qalalarını bəzəyir.
Bafometin zalda peyda olunması ilə masonluq öz sirləri üzərindəki
pərdəni atır. Lüsifer kultu özünü tam olaraq Kadoş (yəhudi dilndə, mükəmməl
deməkdir) adlanan 30-cu pillədə özünü göstərir. Bu pillə qatillər
məktəbidir. 30-cu rütbənin şüarı – “Xristian Allahına ölüm”dür. Bu rütbədə
mason allahının rəmzi - zirvəsi aşağı yönəlmiş üçbucaqdır (İblisə işarə). İki
uçbucaqlı fiqurun birləşməsi -birinin zirvəsi
aşağı,digərinin yuxarı- mason ordeninin
işarəsidir, ikiallahlığan rəmzidir.
Masonluğun son
sirlərini öyrənmək üçün namizəd verdiyi anda sadiq olduğunu sözdə deyil, əməldə
sübut etməlidir, iradəsini göstərməlidir. Artıq xəncərlə taxta bütü deşmək
lazım gəlmir. Gərək “insaniyyət naminə” kölə olduğun inancları, vicdanı,
əxlaqı, mənəviyyatı ayaqlar altına atasan, təklif olunn sınaqlardan keçəsən.
Masona izah edirlər ki, otaqda xəyanətkar mason var və azad bənna andını içmiş
namizəd ədaləti bərpa etmək üçün xaini xəncərlə öldürməlidir. Masonun gözlərini
bağlayıb hündür skamyaya gətirirlər; skamyada əl-ayağı bağlı xain inildəyir.
Gözübağlı masonun əlini xain masonun
isti bədəninə, çırpınan ürəyinə qoyurlar. “Bax, bura vurmalısan... Xainə ölüm!”
Sınaqdan keçən mason bilmir ki, skamyadakı insan deyil, yunu qırxılmış
qoyundur, inilti səsini isə başqa bir mason yamsılayır. Mason xəncərlə “xaini”
vurandan sonra onu başqa otağa aparıb, “qurbanın” qanlı ürəyini ona
göstərirlər. Mason həmin ürəyi sədrə təqdim edir. Bax, beləcə tərəqqinin,
inkişafın tərəfdarı olan azad bənna soyuqqanlı qatilə çevrilərək, Kadoş,
müqəddəs adını alır.
Masonların ədalət
anlayışına görə, masonların rəhbərliyi altında bəşəriyyəti xoşbəxt etmək üçün
hər vasitədən istifadə etmək gərəkdir. Kim maneə yaratsa, aradan götürülür.
Kadoş ədalətin bərpasında fəal rol oynamalıdır. “Ədalət tərəzisinin gözü
müvazinəti itirəndə, Kadoş öz xəncəri ilə mason qanununun günücü göstərməlidir”- mason lojası sədrinin fikri belədir. Kadoş and içir ki,
heç bir hakimiyyətə baş əyməyəcək, mason olmayan tiranlara qarşı vuruşacaq,
mason rəhbərliyinin istənilən əmrini sözsüz yerinə yetirəcək. “Hazır ol - həmişə hazıram!” mason parolunu kommunistlər uşaqlıqdan xalqın beyninə
yeridirdilər. Kadoşlar intiqamçı-casuslardır.
31-33 rütbələrdən
başlayaraq masonların Ali idarə heyəti formalaşır – Ali tribunal, Ali Sovet.
Ali tribunal ali hüquqi orqandır,
masonların təşkilatdan xaricedilməsinə dair əmrlər verir.
Masonlar rütbələrlə
qalxdıqca onlarda rəhbərliyin hərəkətlərinə qarşı etirazlar yaranır. Bu andan
etibarən həmin masonlar düşmən adlandırılır və Ali tribunal hökm çıxarır. Hökm
iki hissədən ibarətdir: üsyankar masonun şərəfini ləkələmək və mason
sıralarından qovmaq. Ticarətlə məşğul olanı müflis edirlər, ictimai xadimə
qarşı böhtan yayırlar, adını mətbuatda kirlədirlər. Hər vasitəyə əl atırlar ki,
insanı mənəvi məhv etsinlər. Mübarizədən usanmış mason təriqəti tərk edir və açıq
düşmən elan olunur. Sonra həmin adama qaşı təqiblər başlanır. Onu ya xəncər
yarası, ya da Kadoş zəhəri gözləyir. Aleksandr Puşkini xatırlayaq. O, uzun
müddət mason oyunlarında idi, sonra mason dostları, yəni dekabristlər edam
ediləndən sonra masonluqla əlaqəni kəsdi. Və dueldə öldürüldü.
Dekabristlər
haqqında. Çox az adam bilir ki, onların məqsədi Rusiyanı 15 ölkəyə bölərək,
imperiyanı zəiflətmək, mason hakimiyyətini qurmaq idi. Onların cəhdi baş
tutmadı, masonların planı sonradan kommunistlər tərəfindən həyata keçirildi.
Masonların ali orqanı
olan Ali Sovet “Allah (yəni Lüsifer) – mənim haqqımdır” şüarı altında xristian
dünyasının mənəvi ideyalarını məhv etməklə məşğuldur. Onun “Xaosdan – nizama”
(dünyanın yeni nizamına) digər şüarı iblisə sitayiş deməkdir.
31-ci pillədən
başlayaraq, mason üçün pul əhəmiyyət kəsb etmir. Pul iqtisadi asılılığa,
rüşvətə, yeni təriqətlərin təşkilinə, ədəbiyyatın nəşrinə, lazımi ictimai rəyin
formalaşmasına xərclənir. Bu pilləyə çatmış masonlar yalnız ideologiyanın
xidmətçiləridir, onlar maddiyyatdan imtina edərək, öz həyatlarını İblisə
xidmətə həsr edirlər.
Mason təşkilatının
daxili məğzi qısaca belədir. Bu gün iblisin nökərləri öz məqsədlərinə çatmaq
üzrədirlər. 1917-ci ildə Rusiyada kommunistlər-
Bafometin qırmızı ulduzlu sadiq nökərləri hakimiyyəti ələ keçirdilər, milyonlarla
insanı qurban verdilər, mason proqramının birinci hissəsini həyata keçirərək, ictimaiyyatı,
şəxsi mülkiyyəti, dini parçaladılar, zadəganları və ruhaniləri məhv etdilər.
Xalqı imansız və mənəviyyatsız tərbiyə etməyə başladılar.
Yeni mərhələ üçün
zəmin yaradan kommunistlər “demokratiyaya” keçdilər. Köhnə nüfuzlar məhv
edildi. İnsanların dinsiz-imansız şüuruna yeni, ağlasığmaz “dəyərlər”
yağdırıldı. Zorakılıq, qəddarlıq, pozğunluq, sadizm, cinsi pozuntular, ucuz
araq, Duma tərəfindən qanuniləşdirilmiş narkotiklər, insan
psixikasını məhv edən və sinirlərini pozan dəli musiqi, mənasız seriallar- bütün bunlar həyat normasına çevrilir. İblisə xidmət
edən yüzlərlə təriqətlər açıq fəaliyyət göstərir. “Yeni təfəkkürün”
təsəbbüşkarlarından birinin dediyi kimi, “proses gedir”. Xalqı yeni dinin
qəbuluna hazırlayırlar.
Lakin İblisi
alqışlayan Zülmət qüvvələri sevinməsin. Əsas mübarizə hələ qabaqdadır. Artıq
İşıqla Zülmətin böyük davasının ilk səsi eşidilməkdədir. Mübarizələrdə
güclənmiş və bərkimiş yeni gənc elita artıq İblis nökərlərinə qarşı fəaliyyətdədir.
Məqalədə istifadə edilən
materiallar Rusiya İmperiyasının Jandarm korpusu Departamentinin podpolkovniki
Q.Q.Mes tərəfindən hazırlanmış “Ümumdünya Masonlar cəmiyyətinin məqsədi”
məruzəsindəndir. Bu materiallar
O.A.Platonovun “Rusiyanın tikanlı çələngi” kitabında işıq üzü görüb.
Комментариев нет:
Отправить комментарий