Həmid Herisçi, İlhamiyyə Rzayeva
Birinciləri deyil, sonuncuları sevin, onlardır tarixi öz yeni pilləsinə qaldıranlar
Biz bəni-adəmlərin çox qədim bir xəstəliyi var.
Beynimizdə belə bir qərar vermişik ki, guya, ağı qaradan seçdiyimizə, talvarda sallanan ağ şanıyla qara şanının dadını fərqləndirdiyimizə görə şükür sənə ay Allah, biz ağıllıyıq.
Yox, belə deyil. Bəli, biz öyrəncəliyik - lənətəgəlmiş elm, idman, fizika, siyasət, ədəbiyyat sahəsində kimin haçan birincilik əldə etdiyini bilincə sevinirik - həə, nə yaxşı, artıq qəzetlərdəki ən qəliz krassvordları axıracan həll edə bilərik!
Yox. Ən ağıllı o kəsdir ki, ilkin Nyutonu deyil, sonuncu Nyutonu tanısın, birinci şairi yox, sonuncu şairi sevsin. Döş cibində ilk kommunist biletini gəzdirəni tanıdığına görə yekəbaşlığa varıb əlini sinəsinə döyməsin, bir zərrə daha dərrakəli olub sonuncu kommunistin kimliyini öyrənsin özüyçün.
Qəzet krassvordları da elə bizim kimidi, bu şəxslərin-gəmini son anda tərk etmiş kapitanların, adı çəkilincə yekəbaşlığa qapılaraq nazlanıb-qızlanır, belələlərini zəmanəmizin Səyavuşuna çevirmirlər.
Sonuncu moqikanları tanımaq, öz aramızda razılaşaq, belinə şalvar keçirmiş hər kişinin işi deyil. Hər bir sahənin sonuncu nümayəndəsi - inananın quluyam, inanmayanın heç ağası olmaq istəməzdim, - əslində öz metafizik qatında ağ atlı sonuncu imamı, məhşər günü qanlı üfüqlər arxasından boylanan İsa Məsihi təcəssüm etdirir.
Həmin sıraya ismini hələ ki gizli saxladığımız sonuncu kommunisti də qatardım. Ancaq gəlin səbirli olub bir az başqa tərəfdən başlayaq öz uzun söhbətimizi.
Oxuma Azəristar,
oxuma Azəristar,
səni sevmir proletar!
Alllah qəni-qəni rəhmət eləsin çəkicli-oraqlı sovet hökumətinə, qəbri nurla dolsun, fəxri qaravul dayansın ətrafında. Qaşlarınızı qaldırıb altdan-altdan, nə baxırsız sifətimə, yazdığım cümlələrə, razı deyilsiz mənimlə, antisovetizm beyninizi qurd kimi yeyib, eləmi?
«Gecə kanalı» zərbəçi əmək briqadası, bəli, uşaq-muşaq deyil haa sizinçün, biz bilirik neyçün sovetə rəhmət oxutdururuq hər həftənin cümə axşamı - siz öz «demokratik segah»ınızı oxumaqda olun, bizlərə çox mız qoymayın, özümüz bilərik kimin ətəyində namaz qılırıq, demokratiyadır, kim nə istəyir o haqda da danışır. Bir sözlə, «oxuma Azəristar, oxuma Azəristar, səni sevmir proletar!» Biz ölənəcən uşaqlıqda qıldığımız pioner namazımıza sadiq qalmaq niyyətindəyik, «Makdonalds» hamburqerləri mədəmizi qıcqırdır, türklərin dönəri nifrət doğurur bizlərdə, kapital bazarının marketinq araşdırmaları tam puç görünür gözlərimizə. Bəli, sovet dövründə aşkarlıq, demokratiya, nə deyim, bəlkə də indikindən daha dəbdəydi, vallah.
Məsəlçün, «Mosfilm» kinostudiyası dedektiv mövzularda çəkilmiş filmlərindən öncə- diqqət, diqqət! - ekranda üç dörd sətirlik məlumat yazar, həmin sətirlərə uzun ömür, cansağlığı arzulayardı: «SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin sifarişiylə». Adətən, bizi əsnəmək tutardı bu cür sətirlər araya girib Lanavoy, Lavrov, Tixonov kimi aktyorlarla əlçatmaz görüşümüzü yubadanda. Məsləhətçilər ordusu da ki, maşallah, lap səbrimizi kəsərdi - «KQB generalı Treşşin, general-polkovnik Kim Filbi»…
Sovet kinematoqrafı, bəli, səmimiyyət göstərib kimə işlədiyini, kimin sifarişini yerinə yetirdiyini, ay atan rəhmətlik, kişi kimi boynuna alar, day Hollivud kinorejissorları kimi min cür sifətə girərək öz sifarişçilərini yeddi pərdə arxasında gizləməzdi. Amerika kinematoqrafı isə - tfu olsun bu mürtəd uşağı mürtədlərə! - fikir verin, öz titrlərində «Mərkəzi Kəşfiyyat İdarəsi» ünvanını, əttövbə, dilinin ucuna belə gətirmir, itin-pişiyin adını çəkir orda, pay atonnan, kəşfiyyatçıların ismini isə unudur! Lap ağ eləyir bu köpəkuşaqları axır vaxtlar, məhəlləmizi, ölkəmizi lap yiyəsiz bilirlər, day demirlər ki, ay-hay, «ölməyib ee hələ Xandadaş»- biz köhnə sovet, bəli sovet insanıyıq, marksizm-leninizm ana südüylə girib bədənimizə, sizin əclaf sifətinizi Nizami kinoteatrının 28-ci sırasında otursaq belə, lap uzaqdan tam aydın görürük - yalançısınız, vəssəlam! Vallah, özünüzə gəlin, kişi olun da heç olmasa üç-dörd dəqiqəlik vaxt ərzində, «Kolumbiya pikçers» başlığı arxasında bəsdir öz qoca sifətinizi gizlədiyiniz, sovet kinematoqrafından barı bir dəfə ibrət götürün, yazın ki, sizin davalı-şavalı filmlərinizdə, bəli, Pentaqon öz planlarını təcrübədən keçirir - Latın Amerikası, postsovet məkanı, islam dünyası Holllivuda qarşı nə qədər səbrli qalacaqsa, yaşıl dolların hakimiyyəti də bir o qədər uzunömürlü olacaq. Bəli, Amerika kəşfiyyatı törətdiyi və törədəcəyi əməliyyatları həmişə əyri kinematoqraf güzgüsündə tamaşaçılara çatdırır, son məqsədi isə vallah, tam bəsitdir bu işin - məxfi əməliyyatlar həmişə kinofilm kimi qavranmalı, onların həqiqət olduğu iynəucu qədər inandırıcı görünməməlidir. İndi başa düşdünüzmü ay səfehlər, neyçün Hollivud filmləri hərdən daha çox uşaqlar üçün multfilm janrını xatırladır biz kütbeyinlərə? Neyçün Silvestr Stallonenin, Şvarsneqerin bir gülləsiylə iyirmi bədbəxt ərəb cəhənnəmə göndərilir?
Belə lazımdı.
Gərək həmin məxfi əməliyyatlar inandırıcı görünməsin tamaşaçının nəzərlərində.
Son təyinatı kütlələri zombiləşdirmək olan bu cür kinofilmlərin daha gizli, daha dəqiq rejissorları, ssenaristləri, aktyorları var- Amerikanın Aspen, Britaniyanın Tavistok şəhərlərindəki «elmi-psixoloji» institutlarda hazırlanmış həmin əclaf ssenarilər- gözünüz aydın!- indi də Azərbaycana ayaq açıb.
Qardaş Türkiyəni kinoseriallar, gözəllik yarışmaları, «maqazin» televerilişləri, şou-bizneslə yıxıb böyrü üstünə qoyduqdan sonra.
* * *
Vəhşi Qərb imperializmi SSRİ-ni dağıdarkən bu ölkəyə özünün ilk ən sarsıdıcı zərbəsini məhz vətənimiz Azərbaycanda vurdu - qanlı Qarabağ, Sumqayıt, Bakı olayları ilə. Bəli, SSRİ kimi nəhəngin halvasını elə bizim cıqqılı Azərbaycanda çaldı Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin kinorejissorları, quruluşçu operatorları, kaskadyor heyəti… Biz isə əvvəlcə bunu dərk etmədik, elə bildik ki, tək elə erməni daşnakları ilə savaşırıq, Qarabağın tufanına başımız elə qarışdı ki, vətənimiz SSRİ-nin ölümcül yaralandığını heç hiss etmədik belə. Şəxsən mən SSRİ-yə Azərbaycanda dəyən zərbəni xarici qüvvələr tərəfindən - daxildəki xainləri də bura qat! - törədildiyini öz gözlərimlə müşahidə etmişəm, xatirələrimi götürüb yazsam bir çoxlarının, özü də daha çox amerikalıların yuxusuna haram qataram… Onlar idi Sumqayıt, Qarabağ, Bakıda aləmi bir-birinə qatan, daşnakların, pantürkistlərin əliylə Lenin məmləkətini laxladan -indiysə həmin qüvvələr postsovet məkanına tam hakimdirlər, ancaq əlləri hələ də dinc durmur, indi onların düşməni artıq SSRİ deyil - o çoxdan aradan gedib, qəbri üzərində təkköz bayquş ulayır… İndi…
İndi həmin qüvvələrin yeganə düşməni hələ də sağ qalmış sonuncu sovet insanlarıdır. Bir sözlə, sovet adamı!
O sovet adamı ki, Qaqarinin göylərə uçuşundan ibrət dərsi götürərək öz daxilində yerin cazibə qüvvəsini yox edib. Bəli, 70-80-ci illərdə SSRİ-də yeni inqilabçı bir təbəqə yaranmışdı: saysız elmi-tədqiqat institutlarının kiçik elmi işçiləri, kasıbhal aspirantlar, laborant babalar, saya gəlməz dissertantlar - sual verirəm, kim idi bu kəslər? - sözsüz ki, yeni inqilabi bir təbəqə! Elmi-texniki, permanent kommunist inqilabın qırmızı olmasa da, belə deyək, «rəngsiz» varisləri. Komissarlardan fərqli olaraq, sosial-siyasi həyatda deyil, elm dənizində öz inqilabi fəaliyyətlərini sürənlər… Əsl yeni sovet insanları…
Həə, SSRİ-ylə haqq-hesab çürütmüş şər qüvvələr indi bir başqa fəndə əl ataraq bu son sovet insanını məhv etmək barədə düşünürlər - gözəllik yarışmaları, şou-biznes, FM radioxaosu, qulaqlarımızı hər tinbaşı batıran bayağı musiqi təranələri, min cür yeni «ulduz»lar… - bəli, Tavistok İnstitutunun hazırladığı ssenariyə görə bu vasitələrlə sovet adamının axırına çıxmaq lazımdır!
* * *
Bəli, mavi ekranı zəbt etmiş bütün bu konturbazlar, «ATV maqazin», «Çal-çağır» dünyası, şoumenlər, daha doğrusu, şou mentlər, yeniyetmə teleaparıcılar, ağzından süd qoxusu kəsilməmiş əndrəbadi hoqqabazlar, «şou-qəriblər, şoğəriblər», əslinə baxsaq, heç də əyləncə estetikasına xidmət etməyərək öz sısqa çiyinləri üzərində nəhəng bir ideologiyanı təbliğ edir - kapitalizm ideologiyasını! Bəli, ay atan rəhmətlik, əyləncə hərləyən var bu soxasoxda? Gözünüzü yaxşıca açın, üzləşdiyimiz bu yeni totalitarizmi diqqətlə müşahidə edin. Bəli, bu kapital totalitarizmidir, başqa bir admı vermək mümkündür yoxsa ki buna? Azərbaycan telekanallarında öz verilişimizi apararkən biz bu əclafların dabbağda gönünə bələd olduq, özü də bilirsiz nə var? Prezident Aparatı, onun İctimai-siyasi şöbəsində axtarmayın bütün bunların səbəblərini, «Yeni Müsavat», «Azadlıq» səhv edir, başını daşa döyür, onlar mavi ekranın «min bir gecə» sirlərinə hardan bələd oldular ki, durub yekəbaşcasına Əli Həsənovdan, Nuşirəvandan nağıl danışsınlar bizlərə! Şou-biznes estetikası birbaşa okeanın o biri sahillərindən ixrac olunur vətənimizə, birdən aldanarsız öz xəyallarınızda, elə bilərsiz ki, iqtisadi-əyləncə mahiyyəti var bütün bu həngamənin? Əsla! Ay başıbatmışlar, daha çox ideoloji yükü var şou-biznes əjdahasının, vəssəlam.
Kapitalizmin vəhşi ideologiyası, yeddibaşlı əjdahasıdır o.
Qan içində boğulan bədbəxt İraq belə, tfu sifətinizə, bu gün «İrakstar» hoqqabazlığıyla yuxuya gedir- çanak antenasından həmin tanış oğraşlığı öz gözlərimlə gördüm dünən axşam… Eynən Bakıdakı kimi- hırıltı, zarafat və namussuzluq. Qulağınızı yaxın gətirin pıçıltılarımıza: Sem əminin məsləhətləriylə hərəkət edərək ölkəmizdə Rusiya kanalını yasaq edir, azad mətbuatı boğuruq - bir azdan İranla müharibə başlayır, Vaşinqtonun nə marağı var ki, belə bir vəziyyətdə Bakıda müstəqil, alternativ informasiya mərkəzləri olsun?
«Sovetskaya etnoqrafiya» jurnalı
Bax belə, vətənimiz SSRİ-ni axmaqcasına qumarda uduzduq. Yaxşı, bəs müstəqil Azərbaycanı biz necə qurmaq istəyirik, bu işdə mən- sonuncu kommunist, viran qalmış hansı tifağın külünü başıma sovurum?
Paslanmış yaddaşım məni o tufanlı illərə, 88-89-cu ilin soyuq payızına- bəli, qəmli payız günləri şəklində həkk olunub xatirə dəftərimə o vaxtın bütün fəsilləri! - Elmlər Akademiyası binasına gətirir. Mən - Ədəbiyyat İnstitutunun kiçik elmi işçisi, bütün vaxtımı elmi kitabxanalarda, Moskva, Türkiyə, İran mətbuatını mütaliə etməkdə keçirirəm. «Sovetskaya etnoqrafiya» dərgisinin 1988-ci il 12-ci sayı qəfildən bütün diqqətimi özünə cəlb edir… Qalina Staravoytova başda olmaqla, bütün antiazərbaycan qüvvələrin baş qərargahı, ay Allah, demə ki, bu dərgidə yerləşir… 89-cu ildə onların nəzərdə tutduğu bütün antiazərbaycan tədbirlərin siyahısı da, buyur, gözlərinə su verib oxu, bu dərgidə dərc olunub. Vaxtı boşa verməyib tez fəaliyyətə keçirəm, partiya, hökumət, komsomolun ünvanına həyəcan dolu 25 səhifəlik bir məktub yazıb deyirəm: ayılın, ey yatmışlar, düşmən gələn il bax bu tədbirləri həyata keçirəcək…
Qeyd etdiyim məsələlər ən yüksək rütbəli dövlət nümayəndələrini maraqlandırır - tezliklə mən onlarla təkbətək görüşlərə çıxıram… Onlar maraqlanırlar «hardandır sizdə bu dəqiq məlumatlar?» Mən öz mənbələrimi onlara ötürməyərək baş verənlərin ətrafında əsl «sirlər xəzinəsi» havasını yaradıram. Köhnə inqilabçı atam Qafar Kəndli bu işdə mənə bütün öz zəngin təcrübəsini öyrədir, deyir ki, «oxu at, yayını gizlə», ölkəni satmaq istəyən bu əclaflara nəbadə öz mənbələrini deyəsən haa, amma işin içində ol, tarixin isti nəfəsini hiss et, gələcək inqilabi fəaliyyətində bu sənə lazım olacaq, Lev Trotski əsərlərini vərəqlə, fransızcaları məndə var, orda yazılıb ki, partokratiya əvvəl-axır bu sovet imperiyasını xaricilərə satacaq, biz Təbriz fədailəri Moskvanın Pişəvəriyə xəyanətini gördük, indi qatar öz son mənzilinə - SSRİ-nin süqutuna doğru yönəlib, hazır ol, sən də öz 1946-cı ilini gör, imperiyanın son nəfəsini yaddaşına yaz…
Lap axırda isə Qafar Kəndli mənə dedi:
- Sonuncu kommunist kimi apar özünü. Qoy bunu kimsə bilməsin… Tarixin sirri, inan, özü gəlib sənin çiyinlərinə qonacaq…
Tezliklə Akademiyanın Partiya Komitəsindən ünvanıma bir xahiş daxil olur:
- Siz savadlı bir gəncsiz, İranı, Turanı tanıyırsız. Osmanlıcanız səlisdir. Gedin «İnturist» mehmanxanasına, orda bizim dostların, gənc komsomolçuların «İmproteks» turist şirkəti fəaliyyət göstərir. Rəhbəri Fizuli müəllimdir ( indi o, Sosial Təminat naziri kürsüsündə əyləşir). Onlar Türkiyədən bir dəstə turisti Bakıya gətirəcək. Müşayiət edin qonaqlarımızı.
Axşam saatlarında artıq «Binə» hava alanındaydım, məsələyə tam agah olmasam da, onun gizlinləri - Lev Trotski aşiqinə dünyada sirli heç nə qala bilməz! - artıq mənə bəlliydi. Həə, Aslan Davud oğlunun (yadda saxlayın, inqilabçılar arasında Trotski bu gizli adla tanınarmış) dedikləri həyata keçir, partnomenklatura, «papanın gül uşaqları» - komsomol rəhbərliyi Leninə xəyanət edir. Tam sakit idim. Tarix öz sifətini göstərirdi mənə.
- Mən Məhmət Dəmirtolayam, türk turistlərinin rəhbəri. Bu isə Əbdülrəhman Çelikdir, mənim yardımçım.
Bakıda isə 17 noyabr 1989-cu il mitinqi gözlənilirdi.
Neyçün pantürkistlər məhz bu zaman şəhərimizə qədəm basır? «Neyçün partiya, komsomol rəhbərliyi buna şərait yaradaraq çox ciddi tapşırığı mənə həvalə ediblər?» sualı sizlərdə - sadə oxucularda yaranır, mən isə qatı gizli trotskist kimi öz işimdəydim, bilirdim Türkiyədən gələn qonaqlar hansı yuvanın quşudur, bilirdim ki, onların hamısı Milliyyətçi Hərəkat partiyasının əli qanlı üzvləridir, minlərlə Lenin, Trotski tərəfdarlarını İstanbul sokaklarında al qana boyayıblar.
İndiysə növbə gəlib Bakıya çatdı onlarçün… Arxalarında isə sözsüz ki, Amerika kəşfiyyatı gizlənir… Allah, qanlar axacaq ee bütün bunlardan sonra… Partokratlar Amerika ilə birləşib... Məni hərif bilirlər, elə bilirlər ki, antikommunist havası məndə də hakimdir… Ay-hay, mən sonuncu kommunistəm, özü də trostkistlərdən, dünyanı uçuracam başınıza… Özü də bu sirri kimsə bilmir, atam Qafar Kəndlidən başqa.
İşə bir bax. Hamı kommunizmi yıxmaqçün Bakıya toplaşıb- millətçilər, daşnaklar, kommunistlər, KQB, Amerika kəşfiyyatı, məsələ 20 yanvara doğru gedir, havada qan hiss edilir, camaata elə gəlir ki, əldən çıxan elə təkcə Qarabağdır… Mən isə SSRİ-nin əldən getdiyini görürəm, bilirəm ki, bütün bu hoqqabazlıqlar bir işin - Leninə, Trotskiyə xəyanətin başındadır.
Müdafiə edə bilməyəcəm mən dahi rəhbərlərimizi, mümkün deyil bu, fəqət neyçün təkcə mən bunu bilirəm? Qafar Kəndli, peşəkar inqilabçı-trotskist (onun Trotski tərəfdarı olduğunu KQB illər uzunu qətiyyən anlamamışdı!) neyçün öz oğlunu bütün bu alovun içinə atıb?
Niyə?
SSRİ-yə xain çıxanların sonradan Türkiyə, İrana metal qırıntıları satdıqlarını görəndə, mən əsla təəccüblənməz, yalnız gülümsəyərdim… Bu alverlə məşğul olanların dəqiq siyahısını beynimdə canlandırıb, xarici qüvvələrə hələ sovet vaxtı satılmış insanların uzun sırasını özümçün bərpa edərdim. Əvvəl vətəni satır biznesmenlər, lap axırda öz iyvermiş mallarını. Təbriz tacirləri belə olub həmişə, əvvəl Təbriz iqilabını satıblar, sonra öz xalçalarını…
Yaxşı, inqilabi nəzəriyyədən danışdığımız daha bəsdir. Vallah, bu əbəsdir! Gəlin qayıdaq, Türkiyədən Bakıya gəlmiş «turist» heyətinin sərgüzəştlərinə.
* * *
17 noyabr tarixinə təqvim sürətlə yaxınlaşır, öz tərkibindəki saman çöplərini - Xalq Cəbhəsi, Əbülfəz Elçibəyi, partokrat, komsomolçuları, açıq-gizli xəfiyyələri tarix səhnəsində Hamletin monoloqunu deyən əyalət aktyorlarına bənzədirdi. Qəfildən yuxarıdan xəbər gəldi - türk turistləri Bakıdan Şəkiyə gedib orda Şəki halvasının dadına baxmalıdırlar. Mən isə həmin «turist» dəstəsinin iki baş üzvünü- Məhməd Dəmirtola, Əbdürrəhman Çeliyi əllərindəki bahalı Amerika kinokamerası ilə birgə Bakıda gizləyə bildim ki, onlar bizim siyasi mitinqi lentə alıb, siyasi liderlərimizdən - ən vacibi, mərhum Elçibəydən müsahibə alıb onu Türkiyəyə aparsınlar. Dünya mübarizəmizi görsün, milyonları Lenin meydanında seyr etsin.
Partokratlar isə bu oyunun əsl sahibləri idi.
Mən də həmin kəslərə müsahibə verdim, onları Lenin meydanına keçirib leninizmə qarşı tuğyan edən mitinq iştirakçısına çevirdim, ancaq dedim ki, SSRİ-ni dağıtmayın, dediyiniz Turan elə odur, leninizm onu da bizə bağışlayıb, ölkə dağılsa ortada heç Turan da olmayacaq, onun mövcudluğu elə SSRİ çərçivəsində mümkündür… Erməni, gürcü, litvalı, latış, it-qurd qoy çıxsınlar SSRİ-dən, bu bizimçün lap yaxşı, ölkə daha da türkləşib islamlaşar.
Həə, bax bu fikirlərim o vaxtlar bütün dünyaya yayıldı, dövlət başçılarının, şəxsən Qorbaçovun, bütün Qərb mətbuatının diqqətini özünə cəlb etdi. İş o yerə gəlib çatdı ki, Qorbaçov Krımda gənc alimlərin yığıncağında çıxış edərkən televiziyada «Bizə Həmid Herisçi kimi alimlərin fikirləri lazım deyil» deyib kükrədi. Əlbəttə, «lazım deyil», cənab Qorbaçov, siz axı SSRİ-nin halvasını çoxdan çalmışdınız, qalmışdı bir «fatehə»si. Bəli, biz gizli trostkistlərsə var gücümüzlə SSRİ-ni qoruyub saxlamaq istəyirdik.
Atamın bütün ümidləri mənə doğru yönəlmişdi…
Bu əhvalatın bütün çalarlarını indi qeyd etsəm, mənə xeyli vaxt tələb olunar - Məshəti türklərinin cəmiyyəti, ordakı Sürəyya xanım, onun mənlə tanışlığı, türk turistlərini onun evində gizləməyim… Sonra Türkiyəyə səfərim, qardaşım Əli, İrandakı əhvalatlar… Yox, bu barədə daha geniş bir yazıya ehtiyac var, hələlik onu qeyd edim ki, həmin «turist» dəstəsi «İmproteks» şirkətinin yoluyla ikinci dəfə 1992-də Bakıya gəlib üz tutdu Turana, Orta Asiyaya sarı. «ANS» şirkətinin sahibi Vahid Naxışla biz onları bütün Turanda müşayiət etdik. Xocalı olayları da o vaxt baş verdi.
* * *
Allah bizi həmin «turist»lərin üçüncü səfərindən qorusun…
Vəli Küçük Paşa
Mən- sonuncu kommunistin xatirələri deyəsən, çox qədimlərdən başladı, indi həmin hadisələrin şahidləri azdı, söhbətlərimə yenidən can vermək, diqqətinizi təzələmək üçün gəlin sizə ən yeni xatirələrimi danışım.
Stokholmda 2006-da keçirilmiş növbəti Dünya Azərbaycanlıları Konqresi zamanı mən Sabir Rüstəmxanlının qonağı kimi bir çox qəribə əhvalatların şahidi oldum. Sizinçün bu mövzuda bilirsinizmi nə maraqlı olar? - indi Türkiyədə həbsə atılmış general Vəli Küçük paşayla görüşlərim. Danışımmı onları sizlərə, həə? Görün, sonuncu kommunist orda belə, necə öz amallarına sadiq qalıb.
* * *
KQB generalı Şebarşinin adı İranla əlaqədar olaraq çox çəkilib - islam inqilabını yüksək qiymətləndirərək onun Oktyabr alovundan törədiyini daim vurğulayan bu peşəkar kəşfiyyatçı bir vaxt hətta İmam Xomeyni ilə də görüşüb. Özü də bilirsinizmi, nə təəccübləndirib həmin vaxt onu? Çay içdikləri vaxt Xomeyninin nikolaydanqalma rus şəkərini, Məşədi İbadın kəllə qəndini tərifləməsi! Şabarşin imamın bu ehkamına xüsusi fikir verib, bilib ki, Xomeyni bütün iranlılar kimi qatı simvolistik dildə qonuşduğundan, həə, bu xatirələr arxasında böyük hikmətlər yatıb - ingilis mallarına, şəkərinə İran mollaları, o cümlədən, Xomeyninin atası 20-ci illərdə yasaq qoymuşdular ki, son nəticədə Britaniya şirinin pəncələrini İrandan qoparsınlar… Həə, demək bu vaxt Xomeyni ailəsi rus şəkərinə üstünlük veribsə, lap yaxşı, o bizim adamımız da ola bilər…
Vəli Küçük Paşayla Stokholmun «Skandik İnterneyşnl» otelində qapıbir qonşuydum. Bir də gördüm Sabir Rüstəmxanlı içəri daxil oldu, əlində bir torba «Makdonalds» nazneməti- hamburqerlər, daha bilmirəm nə. Həə, bir də rus arağı. Rusiya arağı, üstəgəl amerikan çipsləri, hamburqerləri masam üzərində görüşüb qəribə bir mənzərə yaratdı. Dadları qətiyyən uyuşmurdu onların. Ancaq bu da bizim taleyimizdi- ruslarla amerikalıların ortasında qalmaq!
Az sonra Vəli Küçük də qoşuldu bizlərə.
- General, SSRİ-ni dağıda-dağıda biz tərəflərə çox gedib-gəldiniz, hamınız rus arağını sevdiniz… Xarici sovetoloqların bax belə xəstəliyi var, paşam, rus arağını ruslardan çox içmələri bəzən ziyanlarına işləyir -özlərini aşkar edirlər oturduqları Avropa, Amerika barlarında…
- Sabir, arxadaşın zeki birisi, tanışdır onu bir benlə. Əvət, mən öncə viski içərdim… Sovetlə uğraşmağımız beni rus arağına öyrətdi azca.
- Demək öncələr Amerikada yaşamısınız.
- Əvət, bən Amerikada tahsil aldım, viskini də orda içdim ilk kez… Sabir, arxadaşın benim həyat yolumu gör nerelərdən okuyor…
Söz gəldi çıxdı Abdullah Öcalanın həbsinə.
- Öcalan rus adamı, təşkilatlarını KQB qurmuş, şimdi ruslar bu dəstəni amerikalılara satmaq istiyor. Öcalanı gərəksiz, araya əngəl qatan birisi kimi Keniyadan götürüb Aydın Doğanın «özəl uçağında» , - cümləsinin bu yerində Paşa azca susdu, - biz heriflere ikram etdiler. PKK-nı isə ruslardan satın alıb da kendi çıkarıları üçün istifadə edəcəklər, bu kez onlar Amerika cocuqları olacaq İrana, türkə qarşı. Bu daha kötü. Türkiye ile keçirecekleri birgə antiterror emeliyyatlarında PKK-nın kommunist üst düzeni, üyeleri öldürülecek, ad çıkaracaklar ki, Amerika türklere yardım yapdı PKK işinde. Orqanazisyon tam amerikalıların ovcunda kalacak. Kaçakçılıq girecek araya, kontroband mallar, siqara alveri.
- İtaliyada «Qırmızı briqada»çıların da başına gəldi bu iş, - deyə mən mövzu dairəsini bir azacıq genişləndirdim.
- Onların kaçırdıqları general Douzeri ben şaxsen tanıyordum.
Azca ehtiyatlanaraq Paşaya dedim:
- Çokmu kommunist katla yetirdiniz? Sakın ehtiyatlı olun, amelleriniz kendinize karşı da döne bilir…
* * *
Bəli, mən tarixin hər anında kommunist olaraq qalmaq, içdiyim pioner andımı pozmamaq istəmişəm. İndi də beləyəm. Fəqət mən sonuncu kommunist deyiləm.
1991-də sonuncu kommunist biletini alıb ovcunda əzəzləyən şəxs məşhur ixtiraçı Sergey Termen olub. 1922-ci ildə şəxsən Lenin onun məşhur «termenvoks» musiqi aparatı ilə maraqlanaraq Termeni öz qəbul otağına çağırıb. Bu musiqi dəzgahının bir möcüzəsi varmış - uzaq məsafədən barmaqlarını ona tərəf uzat, istiliyinin təsiriylə bu möcüzəli sandıqça dilə gəlib sənə Şopenin «Nüktorn»u ifa etsin! Lenin məsələyə daha nağdı yanaşır - bu dəzgahı azca dəyişib siqnalizasiya sisteminə çevirmək gərək!
Leninin göstərişi ilə Termen öz möcüzəli sandıqçasıyla bütün dünyanı gəzir, böyük paralar qazanır, hamısını vətəni SSRİ-yə göndərir, bildiyi dövlət sirlərini də eləcə. Dünyanın ən ünlü ixtiraçılarıyla tanış olub onları kommunizmə meylləndirir…
Lenin isə bu nəhəngə bircə tapşırıq verib: «Siz kommunist partiyası sıralarında olmalısınız, zəmanət elə məndən»…
İllər keçir, dünyanın bu ən məşhur ixtiraçısı axırda, lap axırda, SSRİ dağılarkən gəlib sonuncu kommunist biletinə yiyələnir.
Lenin nə qədər uzaqgörən imiş- partiyasının nəinki birinci, həm də sonuncu üzvü onun seçdiyi insanlardan ibarət olmalıymış.
Birinciləri deyil, sonuncuları sevin, onlardır tarixi öz yeni pilləsinə qaldıranlar.

Комментариев нет:
Отправить комментарий