26.09.2012

Yenə səni gözləyirəm

Elçin Mirzəbəyli

Yenə səni gözləyirəm
Səndən ayrıldığım yerdə...
Ayrılığın divarına
Hörülüb qaldığım yerdə.

...Al, məndən xatirə kimi
Üstümdəki daşı götür.
Kirpiyini sal gözümə
Gözümdəki yaşı götür.

Götür, götür bu daşı da
 Sevdamın başına çevir.
Qəlbindəki məzarımın
Adsız başdaşına çevir...


...Yenə də səni gözləyim
Səndən ayrıldığım yerdə.
Qəlbində...
Yataq yerinə...
Qəbrimi saldığın yerdə...

Комментариев нет:

Отправить комментарий