23.09.2012

KOMİTET 300: DÜNYA HÖKUMƏTİNİN SİRLƏRİ -37

XXXVII yazı: Kütləvi informasiya vasitələrindən heç biri bu sui-qəsdçi ierarxiyasını heç vaxt hətta xatırlatmayıb və buna görə tamamilə təbiidir ki, insanlar onun varlığına şübhə  edirlər

 MOSSAD-ın ilk başçısı olan Royben Şiloah Komitet 300-ün üzvlüyünə daxil edilmişdi, lakin onun davamçısının da bu imtiyazdan istifadə etdiyi bəlli deyildir. Bu fikrin xeyrinə şans çoxdur ki, o bu imtiyazdan istifadə edir. MOSSAD yüksək ixtisaslı dezinformasiya xidmətinə malikdir. Onun dünya “bazarına” çıxardığı dezinformasiyanın həcmi narahatlıq yaradır, lakin cəmiyyətin bu dezinformasiyanı bütövlüklə və tamamilə həzm etməsi daha böyük narahatlıq yaratmalıdır.
 “Olimpiyaçılar”ın dünya miqyasında  kəşfiyyat xidmətləri, əyləncə industriyası, nəşriyyat fəaliyyəti, ictimai rəyin yaradılması və televiziya “xəbərləri” üzərində həyata keçirdikləri nəzarətin əhatə dairəsini biz, MOSSAD-ın “mikrokosmu”nun nümunəsində əyani surətdə görürük. Ted Törner bu yaxınlarda Komitet 300-də yer almışdır.
Bunu o, CNN “xəbərlər” (daha dəqiq olsaq, saxta xəbərlərin quraşdırılması) proqramını yaratdığı üçün mükafat qismində almışdır. Komitet bütün dünyada insanlara ÖZÜNƏ SƏRF EDƏN NƏ İSTƏSƏ DEMƏK üçün hakimiyyətə, imkanlara və vasitələrə malikdir; böyük əksəriyyət isə deyilənə inanacaq.
***
 Hər hansı bir tədqiqatçının qarşısına bu insanın təxəyyülünü heyrətə gətirən mərkəzi idarə qrupu çıxanda o hər dəfə ya müvəffəqiyyətlə satın alınır, ya da Tavistok İnsan Münasibətləri İnstitutunda “xüsusi təsirə” məruz qalır; bundan sonra həmin yazıçı Ceyms Bond haqqında hadisələr tipində hər cür fantastika yazmağa başlayır. Başqa sözlə, bu adamın enerjisinin istiqaməti dəyişdirilərak tələb olunan məcraya yönəldilir, özü isə səxavətli mükafat alır. Lakin əgər Con F.Kennedi kimi insan dünyadakı hadisələri kimin istiqamətləndirdiyi ilə rastlaşırsa və onu satın almaq mümkün olmursa, bu halda onu öldürürlər.
 Kennedi ilə bağlı hadisədə qətl çoxsaylı insanın toplaşdığı yerdə hamının gözü qarşısında və son dərəcə qəddarcasına həyata keşirilmişdi. Bu, dünyanın bütün liderlərinə itaətdən çıxacaqları təqdirdə baş verə biləcək hadisə ilə bağlı verilən aydın xəbərdarlıq idi. Papa I İoann səssiz-küysüz öldürülmüşdü, çünki o Vatikan ierarxiyasındakı masonlar vasitəsilə Komitet 300-ə yaxın adam idi. Onun yolunun davamçısı olan Papa II İoann arzuolunmaz fəaliyyətə son qoyması üçün ictimaiyyət qarşısında təhqirə məruz qalmışdı və o, ondan tələb olunanı yerinə yetirirdi. Vatikanın bəzi liderlərinin Komitet 300-ün iclaslarında iştirak etdikləri barədə də məlumatlar vardır.
 Ciddi tədqiqatçını Komitet 300-ün izindən azdırmaq asandır. Çünki Böyük Britaniyanın Mİ-6 kəşfiyyatı “Yeni Era” (New Age), yoqa, Dzen-buddizm, magiya, “Apallonun Delfiya Müqəddəs Kilsəsi” (Aristotel onun üzvü idi) kimi “ruh üçün oyunların” geniş spektrinin
, hər cür növlü yüzlərlə kiçik “kultların” yayılmasına şərait yaradır və buna yardım edir. Böyük Britaniya kəşfiyyatının “istefaya çıxan”, lakin işin içində qalan agentlərinin bir qrupu sui-qəsdçilər ierarxiyasını “İks Gücü” (“Force X”) termini ilə işarələndiriblər və elan ediblər ki, o KQB-yə, Vatikanın kəşfiyyatına, MKİ-yə, ONI, DGSE, ABŞ-ın Hərbi Kəşfiyyatına, Dövlət Departamentinin Kəşfiyyat Xidmətinə və hətta ABŞ-ın bütün kəşfiyyat xidmətləri arasında ən yüksək məxfilik dərəcəsi olan “Milli Kəşfiyyat Ofisi” kimi təşkilatlara sıza bilən supergüclü kəşfiyyat xidmətinə malikdir.  
 Prezident Trumen “Milli Kəşfiyyat Ofisi” ilə təsadüfən toqquşana qədər, MKO-nun varlığı Komitet 300-ün üzvlərindən başqa bir ovuc adama bəlli idi. Çörçillin MKO-nun əsasının qoyulmasında əli olmuşdur və Trumen onun varlığını aşkar edəndə o bərk hiddətlənmişdi. Çörçill Trumeni Komitet 300-ün istənilən başqa nökəri ilə müqayisədə daha çox “İndependens (müstəqillik) şəhərciyindən olan öz balaca adamı” hesab edirdi. Bu onunla əlaqədardır ki, Trumenin hər bir addımına masonlar tərəfindəın nəzarət edilirdi. Hətta bu gün belə MKO-nun illik büdcəsi Konqresə məlum deyil və o yalnız Konqresin seçilmiş üzvləri qarşısında hesabat verir. Lakin “Milli Kəşfiyyat Ofisi” Komitet 300-ə sözsüz tabe olan orqandır və onun məlumatları hər bir neçə saatdan bir mütəmadi olaraq Komitet 300-ə ötürülür.
 Beləliklə, Komitet 300-ün müxtəlif orqanlarında və bölmələrində mövcud olan bütün saxta mistifikasiyalar Komitetin özünün varlığı ilə bağlı şübhələri aradan qaldırmaq üçündür, lakin heç bir vəchlə şübhələnməməliyik ki, o hər halda mövcuddur. Baxın, məğzə daha bir misal- əsasında çox populyar film çəkilən “ŞAKAL GÜNÜ” kitabı.
 
Kitab gerçək hadisələrdən bəhs edir. Hadisələrin gerçək iştirakçılarının və hadisələrin cərəyan etdiyi yerlərin adı aşkar səbəblərdən dəyişdirilsə də, Mİ-6-nın bir agentinə General De Qollun öldürülməsi tapşırığının verilməsi haqqında hadisə tamamilə həqiqidir. Komitet 300-lə əməkdaşlıq etməkdən imtina edən General De Qollu -o Komitetin varlığı barədə gözəl bilirdi, çünki onun üzvü olmağa dəvət olunmuşdu- idarə etmək mümkün deyildi. De Qoll Fransanın NATO-dan çıxdığını elan etdikdən və dərhal, Fransanın özünə məxsus “zərbə qüvvəsi” adlandırılan, nüvə qüvvələrini yaratmağa başlayanda konflikt kulminasiya həddinə çatdı.
 Bu, Komitet 300-ü özündən elə çıxardı ki, General De Qollu öldürmək tapşırığı verildi. Lakin Fransanın məxfi kəşfiyyat xidməti “Şakal” planının üstünü aça və De Qollun təhlükəsizliyini təmin edə bildi. Mİ-6-nın (Komitet 300-ün əsas məxfi xidmət orqanıdır) gizlin əməliyyatlar haqqında söhbət gedən hesabatlarının işığında Fransa kəşfiyyatının işi möcüzə təsəvvürünü yaradır.
 “Hərbi Kəşfiyyatın Altıncı Bölməsi”nin (Mİ-6) yaradılması Kraliça I Yelizavetanın hər cür çirkli əməliyyatlar üzrə əlaltısı olan  Ser Frensis Uolsinqhemin adı ilə bağlıdır. Yüz illərlə mövcud olduğu vaxt ərzində Mİ-6 elə böyük təcrübə toplamışdir ki, dünyanın heç bir kəşfiyyat xidmətində bununla heç uzaqdan-uzağa belə müqayisa edilə biləcək heç nə yoxdur. Mİ-6-nın agentləri informasiyanı planetin bütün künc-bucaqlarında toplayır və gizlin əməliyyatlar yerinə yetirirdilər. Əgər bu əməliyyatlar üzərindən məxfilik pərdəsi götürülsə və bunlar aşkar edilsəydi, hətta ən məlumatlı adamı da heyrətə gətirərdi. Bax məhz buna görə Mİ-6 Komitet 300-ün həlledici xidməti hesab olunur.  
 Mİ-6 rəsmi olaraq mövcud deyil, onun büdcəsi kraliçanın şəxsi fondlarından və “fərdi fondlardan” doldurulur, deyilənlərə görə, ildə 300-350 milyon dollar təşkil edir. Lakin onun dəqiq məbləğini heç kəs bilmir. Mİ-6 özünün indiki formasında 1991-ci ildə, Ser Mensfild Kamminq ona rəhbərlik etdiyi vaxtdan mövcuddur. Kral donanmasının kapitanı olan Kamminqin adı həmişə “K” hərfi ilə işarə olunurdu. Ceyms Bond “M”-nın şöhrəti də bax bundan başlanmışdır.
 Mİ-6-nın fəaliyyətinin hər hansı bir rəsmi tarixi yoxdur- bu, ciddi sirrdir, hərçənd Burgessin, Maklinin, Bleykin, Blantın ifşa olunması Mİ-6 zabitlərinin mənəvi ruhuna böyük xələl gətirmişdi. Başqa xidmətlərdən fərqli olaraq, Mİ-6-nın gələcək işçilərini universitetlərdən və digər təhsil müəssisələrindən yüksək ixtisaslı “talant ovçuları” seçir ki, seçimin səviyyəsini Rods təqaüdçülərinin timsalında -onları “Dəyirmi Masanın” üzvü etdilər- qiymətləndirmək olar. Namizədlərə edilən tələblərdən biri xarici dilləri bilməkdir. Namizədlər sərt “qan təmizliyi” yoxlamasına məruz qalırlar.
 Belə bir qorxunc qüvvə tərəfindən dəstəklənən Komitet 300 ifşa olunmaqdan qorxmaya bilər və bu, hələ onilliklər ərzində davam edəcək. Komitetin varlığı ehtimalına inanmağa onun ətrafında hökm sürən ağlasığmaz məxfilik mane olur. Kütləvi informasiya vasitələrindən heç biri bu sui-qəsdçi ierarxiyasını heç vaxt hətta xatırlatmayıb və buna görə tamamilə təbiidir ki, insanlar onun varlığına şübhə  edirlər.
 Komitet 300 daha çox Böyük Britaniya monarxının, hazırda Kraliça II Yelizavetanın nəzarəti altındadır. Hesab edirlər ki, Kraliça Viktoriya Komitetin idarə olunması sirrinin saxlanması ilə bağlı əsl paranoyadan əzab çəkirdi. O, “qəssab Cekin” törətdiyi qanlı cinayətlərin yerində qoyduğu MASON yazılarının tapılması faktını gizlətmək üçün səylərini əsirgəmirdi. Çünki həmin yazılar Komitet 300-ün Şotland rituallı Masonluğun yüksək dərəcəli üzvü olan bir nəfər tərəfindən həyata keçirilən “eksperimentlərlə” əlaqəsinə işarə edirdi. Komitet 300 dünyanın hər bir ölkəsində, o cümlədən də SSRİ-də korporativ maraqları olan britaniyalı aristokratiya üzvləri ilə doludur.
 Komitet 300 aşağıdakı struktura malikdir: Susseks Universitetinin nəzdində olan Tavistok İnsan Münasibətləri İnstitutu, onun London filialı Beynəlxalq İşlər üzrə Kral İnstitutu. Beynəlxalq İşlər üzrə Kral İnstitutunun Amerikada “saraya yaxın yəhudisi” Henri Kissincerdir. İkinci Dünya Müharibəsindən sonra adını dəyişərək “ULDUZLAR QRUPU” qoyan “QARTAL VƏ ULDUZ QRUPUNA” bir-biri ilə kəsişən və yaxın sahələr üzrə- (1) sığorta, (2) bank işi, (3) daşınmaz əmlak, (4) əyləncələr, (5) kibernetika, elektron əlaqə vasitələri və s. də daxil olmaqla yüksək texnologiyalar- fəaliyyət göstərən iri beynəlxalq kompaniyalar daxildir.
 Bank biznesi fəaliyyətin əsas istiqaməti olmasa da, xüsusilə də bankların klirinq palataları rolunu oynadığı və narkopulların yuyulması üçün vasitə olduğu rayonlarda həyati dərəcədə vacib işdir. Bank sahəsində adı ən “bərk səslənənlər” İngiltərə Bankı, Federal Ehtiyat Sistemi, Beynəlxalq Hesablaşmalar Bankı, Beynəlxalq Valyuta Fondu, Ümumdünya Bankı və “Honkonq ənd Şanxay Bankinq Korporeyşn” (NSBC) banklarıdır. Amerikan Ekspress Bank- bu, narkopulların yuyulması vasitəsidir. Bu bankların hər birinin filialları var, bütün dünyada yüzlərlə və minlərlə irili-xırdalı bank onların nəzarəti altındadır.


(Ardı var)

Комментариев нет:

Отправить комментарий