23.09.2012

Tarixə nəzər

Devran Abdullah

1979-cu ildə İran İslam inqilabı ilə Pəhləvi rejimi devrildi. Hakimiyyətə İslam inqilabi rəhbərliyi gəldi.ABŞ öz əlaltısı olan Pəhləvi rejimi vasitəsilə regionda özünə dayaq tapmışdı. Lakin, inqilabla bu da onun əlindən çıxırdı. ABŞ bununla razılaşa bilməzdi. Buna görə də o, Pəhləvi rejimini geri qaytarmaq, ən pis halda isə İranda özünə loyal rejim yaratmaq üçün bir sıra tədbirlər həyata keçirməyə başladı. İnqilab da özünü müdafiə etmək üçün bu tədbirlərə qarşı adekvat addımlar atdı: əvvəlcə Tehrandakı ABŞ səfirliyi ələ keçirildi, səfirlik əməkdaşları girov götürüldü.
ABŞ İrana qarşı sanksiyalar tətbiq etdi. Sanksiyalar nəticə vermədikdə xüsusi təyinatlılardan ibarət desantlarla səfirlik əməkdaşlarını azad etməyə cəhd etdi. Lakin, meterioloji proqnozlarla gözlənilməyən qum fırtınası oldu. Fırtına sakitləşdikdən sonra görünən mənzərə möcüzəvi idi. ABŞ vertolyotlarının çoxu məhv olmuşdu. Desantların bir hissəsi yanmışdı. Cəmi 6 vertolyot sağ çıxa bildi və arxalarına baxmadan İranı tərk etdilər. ABŞ sonunda İranla razılıq əldə edə bildi və İran səfirlik əməkdaşalrının geri qaytarmağa razılaşdı. Lakin, yazının əsas momenti aşağıdakılardır. İnqilab rəhbərliyi girov götürülmüş səfirlik əməkdaşalrının geri qaytarılmasına razılaşsa da ona qarşı sərt mövqedə duran Cimmi Karterin yenidən prezident seçilməsini istəmirdi. Karteri devirmək üçün girovların azad edilməsini yubatdı. Karterin reytinqi getdikcə aşağı düşürdü. Nəticədə Karter seçkiləri uduzdu. Yeni prezident gələn kimi İran dərhal girovları azad etdi.
 Hal-hazırda da Obama İsrailin İrana hücum barədə təklifini indilik qəti olaraq rədd etdi.İsrail müxalifətinin liderinin dediyi kimi Natanyahu hökuməti Obamanı devirmək istəyir. Bunun üçün də əvvəlcə məlum filmin internet və telekanallar vasitəsilə kütləvi yayımını, paylaşılmasını həyata keçirdi. Güman ki, Liviyadakı ABŞ səfirlirinin öldürülməsi də İsrailin əməyidir. Xatırladım ki, ABŞ səfiri səfirliyin yerləşdiyi Tripolidə deyil,  konsolluun yerləşdiyi Benqazidə öldürülüb. O, Benqazidəki nümayəndəliyə hansısa işləri səhmana salmaq üçün getmişdi. Məlumat verildiyi kimi bu məxfi həyata keçirilmişdi. Hansısa radikal silahlı qrupun(məhz belə qrupun səfirliyə hücum etdiyi bildirilir) belə məxfi informasiyalara çıxışı olmur. Bu məlumat Mossadda ola bilərdi. Məhz İsrail bu hücumu sifariş verib. İndi gözləyək görək İsrail İranın 1979-80-ci ildə etdiyini bacaracaq, ya yox.

Комментариев нет:

Отправить комментарий