29.09.2012

Laçın Məmişov Ənvər Börüsoya cavab verdi: "Siz busunuz!"

Laçın Məmişov

Qarabağ musiqinin konservatoriyasıdırsa, Şirvan Elmlər Akademiyasıdır

Həmin Qarabağın mənəm deyən xanəndələri və musiqiçiləri Aleksandr Dümanın öz "Qafqaz səfəri" kitabında adını çəkdiyi Mahmud ağadan musiqi dərsi alıb; onlara musiqinin nə olduğunu, muğamın nə əhəmiyyət kəsb etdiyini Mahmud ağa öyrədib

Qabarağ və İrəvan davasını Siz ancaq Bakıda kompüterin qarşısında, klaviaturada remboluqla edə bilərsiniz, Ənvər Börüsoy

Ənvər Börüsoy yaxşı olar ki psixoloqla məsləhətləşin. Alim Qasımovun “Qarabağ zavod deyil ki, səs istehsal etsin” deməsi Sizi belə yandırması Qarabağlı olaraq təssübkeşlik etməniz deyil. Alim Sizdən fərqli olaraq məkrli birisi deyil.
O olduğu kimi görünən, göründüyü kimi olan bir insandır. O ki qaldı Qarabağ muğamının möhtəşəmliyinə, Sizdən fərqli olaraq biz muğamı bölmürük. Bölgüçülük etmədiyimiz üçün də son muğam müsabiqəsində Mİrələm Mirələmovun səsi qarşısında acız qalan çox hörmtəli xalq artistimiz Arif Babayev dedi ki, ay bu Qarabağ, ay bu Apşeron, ay bu Şirvan muğamı deyirlər bir muğam var o da Azərbaycan muğamı. Deyirsiniz ki, Qarabağ musiqinin konservatoriyasıdır ? Farslar demiş XOB... Əgər belə idisə 1988-ci ildə Ağdamda "Xarı Bülbül" müsabiqəsində Ağakərim Nafizin "Sarənc" oxumasının qarşısında niyə acız qalıb birinci yeri ona verdiniz ? Verdiniz? Vermədiniz, aldı, ifası və səsi ilə. Qarabağ musiqinin konservatoriyasıdırsa, Şirvan Eləmlər Akademiyasıdır. Gündəmə gəlmək istəyirsinizsə qoşulun şou-biznesə, yaşınızdan başınızdan utanın heç olmasa. Alim Qasımovu alman, yapon, erməni, Qozzudan malakan dərk edə bildi, bəs Siz necə sənətşünassınız ki anlaya bilmirsiniz? Təzad Sizin qafanızındı, ya Alim Qasımovun? Adlarını sadaladığınız bütün muğam ifaçılarına hansılar ki qarabağlıdır hər birinin sənətinə, dünyasını dəyişənlərin xatirəsinə, həyatda qalanların isə şəxsiyyətinə böyük hörmətim var. Ən azından Sizdən fərqli olaraq, müsiqi duyumu və ruhu olan bir insan kimi. Həmin Qarabağın mənəm deyən xanəndələri və musiqiçiləri Aleksandr Dümanın öz "Qafqaz səfəri" kitabında adını çəkdiyi Mahmud ağadan musiqi dərsi alıb. Onlara musiqinin nə olduğunu, muğamın nə əhəmiyyət kəsb etdiyini Mahmud ağa öyrədib. Bundan əlavə Qarabağ xanəndələri Mahmud ağanın məclisində oxuyarkən, ifalarını bəyənib onlara üzük hədiyyə edərmişsə bunu özləri üçün böyük şərəf hesab edərlərmiş. İndinin xalq artistindən də dəyərli titul hesab olunub. Bir də cənab musuqi və sənətşünas, Qarabağ muğamı haqqında XIX əsrdən o tərəfə heç bir yazılı məlumat yoxdur, Sizin nağıllardan başqa. Amma arxivlərə nəzər yetirsəniz Şirvanşahlardan üzü bu yana yazılı mənbələrdə Şirvan muğamı haqqında yetərincə məlumat var. Qabarağ və İrəvan davasını Siz ancaq Bakıda kompüterin qarşısında, klaviaturada remboluqla edə bilərsiniz, Ənvər Börüsoy. Siz busunuz ! Mahmudağanın istənilən vaxt qəbrini Sizə Şamaxıda göstərə bilərəm, ziyarət edə bilərsiniz. Əgər əziyyət deyilsə, Siz də mənə Qarabağda adlarını sadaladığınız xanəndə və musiqiçilərin qəbrini göstərin zəhmət olmasa. Bilirəm oxusanız bu yazdıqlarımı pis yandıracaq. Çünki həqiqət istiot qatılmış bir dibazoldur, həm yandırır, həm də Sizin kimi ruhi-əsəb pozuntusu olan sənətşünaslasların təzyiqini salır. Allah Sizə şəfa versin, Allah Sizə rəhm eləsin və ən nəhayəti Allah Sizə rəhmət eləsin ölülər...


P.S.: Bir də Sizə bir tarixi xatırladım. Qarabağlı Abdullah Asi Şuşaya su çəkdirən Xan qızı Natəvanın namusuna ləkə atacaq bir həcv yazanda...

Tapmısız eyb bunu ol gühəri-yekdadə
Ki, gedib seyyidə namusunu vermiş badə
Bu deyil eyb, təfərrüc eləsəz mənadə
Ki, bu xanzadə isə, ol biridir şahzadə
Həqq kim, aləmi mənadə bu iş canə dəyər

Bütün Qarabağın şairləri susdu. Amma Seyyid Əzim Şirvani Abdullah Asini pis sındırdı. Xurşudbanu Natəvanın kim olduğunu...

Bu həmən Xan qızıdır kim, buna yox şübhəvi şəkk
Eləyibdir neçə pambıqsatanı dəhrdə bək;
Asiya söylə itirmək nə rəva haqqı nəmək?
Bəli adət belədir kim, ola hər kəs eşşək
Yesə hər kəslə nəmək sonra nəməkdanə dəyər

Və dəhrdə pambıqsatan "bək" olmalarını Asiyə asi olduğu üçün xatırlatdı...

Gör səni kim bəy edibdir bir utan adından
Yoxsa Asi, çıxıb əyyami-sələf yadından ?
Bir xəbər tut soruşub haləti əcdadından
Get xəcalət çəkəsən, şərm elə ustadından
Ki, sənin bu əməlin şiveyi-şeytanə dəyər

Seyyidə həcv dedin yaxşı deyildir bu sayaq
Ay qoduq oğlu qoduq, şairə sən atdın ayaq
İndi bundan sonra tut sən də dəxi həcvə qulaq
Yay günündə babanın başına çallam toxmaq
Tollanıb həllac kimi ranə dəyər

http://veteninfo.az/index.php?news=6193

Комментариев нет:

Отправить комментарий