26.09.2012

Molladan ödənişli qəza namazları

 Vasif Əlihüseyn

Sizi inandırım ki, belə getsə şadlıq sarayları kimi, şəhərimizdə yas saraylarının da sayı günü-gündən artacaq. Məsələn, “Qismət şadlıq sarayı” olduğu kimi,  “Təzə Pir yas sarayları” olacaq. Bu yaxınlarda, kəndə yas yerindəydim, baxmayaraq ki, məclis elə də böyük deyildi, amma molla mikrafonla elə danışırdı ki, bunu nəyin ki, məclis əhli hətta, bütün kənd eşidirdi. Artıq hiss olunur ki, mollalar da “ulduz” xəstəliyinə tutulub.
Disk əlində toy məclislərinə gələn, ətəyi cırıq qızın yalandan ağzını tərpədməsindən həzz alan adamlar, ona bir ətək pul verdiyi kimi, sabah “kolbasa” reklamlarından məşhurlaşmış mollaya da, adi mollalara verdiyi pulu yox, onlardan fərqli olaraq, buna da bir ətək pul verəcək. Məncə gələcəyinə bu mollalar da, işlərini asanlaşdırmaq üçün, yas mərasiminə lazım olan hədisləri studiya da yazdıraraq, boğazlarını ağrıtmayacaqlar.
Biz məclisdə bir neçə saat oturduqdan sonra, vaxt çatdı mərhumun məzarını ziyarət edib yasin oxumağa. Molla hamıdan qabaq, məclisə gələn qonaqlardan birinin maşınına minərək yola düşdü, biz isə kənd camaatı ilə birgə piyada getməli olduq. Kənd sakinləri ilə, bu problemi danışdıqda, bir çoxları narazılıqlarını bildirdi ki, bu həmişə belə olub, molla maşında getməlidi, biz canımız çıxar piyada gedərik.
Məlum olur ki, üstündən iki əsir keçməsinə baxmayaraq, bizim bəzi adamlar hələ də, yaxalarını bu avamçılıqdan qurtara bilməyiblər.  Hələ bu o yana qalsın, bizim kəndə bir molla var, soğanlı yemək yemədiyindən onunçün ayrıca yemək hazırlanır və iki adamın yeməyi həcmində ona yemək verirlər. Deyəndə də, deyirlər ki: -Molladı, biz bir yeyəndə, o iki yeməlidi.
Başqa yerləri deyə bilmərəm, bizim kəndə ölüyə qəza namazı qılınır. Molla ölü yiyələrinə belə bir fırıldaq gəlir ki, guya namaz qılmayan ölünüzün, o dünya da, qəbul komissiyasından canını qurtarmaq üçün, onun indiyə kimi, qılmadığı namaz qəzalarını mən pul müqabilində qılıram və ona o dünya da, “Gözün üstə qaşın var deyən olmur”.
Mollanın deməyindən belə çıxır ki, guya o dünyaya təzə gələn ölülərə test blankları verilir. Blank da, bir neçə sualları cavablandırdıqdan sonra, növbə namaza çatır. Orada, belə sual var; -Namaz qılmısanmı?
Test blankında iki cavab variantı verilir;
1) Bəli.
2) Mən də ödənişlidir.
Namaz qılan, 1-ci variantı, namaz qılmayan isə, 2-ci variantı seçir. Artıq, qəbul komissiyası ödənişli ölüdən, mollasının kim olduğunu öyrəndikdən sonra, həmin mollayla əlaqə saxlayır. Molla da, yaltaqcasına, təzə gələn ölü abituriyentin onun yaxını olduğunu deyərək, hansısa bank vasitəsi ilə, ( adı açıqlanmır)   aldığı rüşvətdən, qəbul komissiyasına müəyyən miqdarda köçürmə edir.  Mollanın dediyinə görə, orda da ödənişli ölü ilə, ödənişsiz ölü bir yerdə saxlanılır. Sadəcə ödənişli ölü molla tərəfindən qəbul komissiyasına tapşırılır.  Qəbul komissiyası da, sonuna kimi, həmin ölünü gözündən yayındırmır. Çünki, necə olmaya ödənişsizlərə baxanda, heç olmasa bu ölünün onlara xeyri dəyib.
Bu, indi bənzədi bizim bu dünya da, elmlər namizədi olmaq üçün, kimlərəsə kimlər tərəfindən yazılan dissertasiya müdafiəsinə.
Çox demirəm, əvvələrə baxanda indi, insanlarımız tez dünyasını dəyişir. Elə, götürək əlli yaşında bir mərhumun bu günə kimi, qılmadığı namazların qəzasını. Atasına nəhlət əgər bu qədər qəza namazını qılmaq üçün, molla əyilib dura bilərsə...

Комментариев нет:

Отправить комментарий