Xalq artisti, Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti Samir Cəfərov və Rusiyada yaşayan həmyerlimiz 11 yaşlı vokal və skripka ifaçısı Əli Muradov birgə yeni layihə hazırlayıblar. Layihə, Rauf Hacıyevin bəstələdiyi “Əziz şəhər” mahnısıdır!
Qeyd edək ki, Rusiyanın Novosibirsk şəhərində yaşayan Əli Muradov beynəlxalq müsabiqələr laureatı və Qrand-pri mükafatları laureatıdır. O, Türkiyə, İspaniya, Sankt-Peterburq, Krasnoyarsk və Moskvada keçirilən beynəlxalq müsabiqələrdə və qala-konsertlərdə iştirak edib.
Rusiyada fəaliyyət göstərən Azərbaycan Diasporunun təşkil etdiyi bir sıra tədbirlərdə, konsert proqramlarında ölkəmizi layiqincə təmsil edib. 11 yaşlı Əli, Rusiyanın Novosibirsk vilayətinin qubernatoru Vasiliy Yurcenko tərəfindən Qubernator təqaüdünə layiq görülüb. Bu yaxınlarda isə İspaniyanın Lloret De Mar şəhərində skripka üzrə keçirilən beynəlxalq əhəmiyyətli “El festival De Mar Y Sol” festivalında I dərəcəli laureat diplomu ilə təltif olunub. Əli Muradov həm Rusiya, həm də Azərbaycan Dövlət Filarmoniyasının sinfonik orkestri ilə birgə çıxışlar edib.
Комментариев нет:
Отправить комментарий