21.03.2013

20 Yanvar faciəsini kimlər təşkil edib?


























 Azərbaycan Respublikası prokurorluğunun dövlət təhlükəsizlik orqanları istintaqı üzərində nəzarət şöbəsinin rəisi A.Çudin 1990-cı ildə Heydər Əliyevin cinayət əməllərilə bağlı Azərbaycan KP MK-nın o vaxtkı 2-ci katibi V.P.Polyaniçkonun adına yazdığı arayışda (27.01.1990 il. № 13\8136) göstərir: “Yanvar faciəsindən sonra briqada öz fəaliyyətini dayandırmaq məcburiyyəti qarşısındadır. Çünki yaranmış mürəkkəb şəraitdə, hökumətlə cəmiyyətin sinifləşmiş elementlərinin maraqlarının çulğalaşdığı, respublikanı faktiki olaraq bəzi həmsərhəd ölkələrin xüsusi xidmət orqanlarının idarə etdiyi və Heydər Əliyevin azadlıqda gəzdiyi məqamda onun vəzifədən cinayətkar sui-istifadə hallarını araşdırmaq mümkünsüzdür. Daha bir neçə səbəbdən.

 Birincisi, istintaq briqadası yanvar faciəsilə bağlı müəyyən edib ki, Heydər Əliyev 70-80-ci illərdə törətdiyi cinayət əməlləri ilə bağlı fakt qarşısında qaldığından, briqadanın diqqətini yayındırmaq üçün AXC-dəki həmyerliləri və əlaltıları vasitəsilə Bakıda qanlı hadisələr törədib. Məqsəd həmçinin ictimai-siyasi durumu qarışdırmaqla Naxçıvan klanının lideri Heydər Əliyevi cinayət məsuliyyətindən yayındırmaq olub. Eyni məqsədlə Heydər Əliyev Kommunist Partiyasının DQMV Vilayət Komitəsinin sabiq birinci katibi Boris Gevorkovla cinayətkar sövdələşməyə gedərək, əvvəlcə DQMV-də, ardınca isə Sumqayıtda milli ədavəti qızışdırıb. Beləliklə, müəyyən edilib ki, AXC-nin əsas məqsədi qanlı hadisələr törətməklə Heydər Əliyevin hakimiyyətə gəlişini hazırlamaq olub.
 ikinci, Əliyevlə Gevorkovun cinayətkar sövdələşməsini SSRİ-nin və DIN-in istintaq briqadasının aşkar etdiyi, onların ana xətti ilə qohumluq əlaqələrinin olması faktı, habelə Heydər Əliyevin öz anket göstəricilərini saxtalaşdırması sübut edir: Heydər Əliyevin anası milliyyətcə ermənidir.
 Üçüncü, SSRİ və DİN-in istintaq briqadası müəyyən edib ki, SSRİ Prokurorluğunun zona prokurorları olan Stepanyants və Mirzoyan Azərbaycan SSR Prokurorluğunun sabiq əməkdaşlarıdır və onların da Heydər Əliyevlə qohumluq əlaqələri bağlayır. Bu adamları məhz Heydər Əliyev özünün növbəti şəxsi maraqları naminə SSRİ Prokurorluğunda yerləşdirib. Bu marağın məntiqi davamı kimi, Heydər Əliyevin qohumları olan Şahnazaryan, Nikodozyan, Arakelov və Avakyanın cinayət işləri qanunsuz olaraq xətm edilib.
 Azərbaycan SSR prokuroru və onun müavini M.Babayevin istintaq briqadasının işinə mane olmaq, onu respublikadan çıxarmaq üçün əllərindən gələni etmələri, kütləvi informasiya vasitələrində bu yöndə təbliğat aparmaları bir daha onların Heydər Əliyevlə əlbir olduqlarını və Azərbaycanda “əliyevşina”nın kök saldığını təsdiqləyir. 70-80-ci illərdə baş verən cinayətlərin “əliyevşina” olduğunu sübut edir. “Əliyevşina”nın maraqları indi də etibarlı şəkildə onun apoligeyləri və əlaltıları tərəfindən respublikanın yeni rəhbərliyində qorunmaqdadır. Bəzən pərdə arxasında, bəzən açıq şəkildə istənilən məsələlərin həllinə təsir göstərir. Çünki dövlət idarəetmə bağlarının çoxu onların əlindədir. Onlar faktiki siyasi ekstremizm yolu tutaraq, hakimiyyəti ələ almaq və patriarxal “əliyevşina”lığı bərpa etmək niyyətindədirlər.
 Milli faciəyə çevrilən 20 Yanvar hadisələrini də “əliyevşina” planlaşdırmışdı. Məqsəd hakimiyyəti ictimaiyyətin gözündən salmaq və cinayət məsuliyyətindən yayınmaq olub. Yanvar hadisələrinin Heydər Əliyevin əlaltıları tərəfindən stimullaşdırıldığını hadisələr ərəfəsində həbs edilən Ohanovun ifadəsindən də görmək olar. Saxlanılan zaman o, nəinki istintaq briqadasının əməkdaşlarına, eləcə də təsadüfən bu hadisənin üstünə çıxan AXC nümayəndələrinə odlu silahla müqavimət göstərib. Ohanyanın evində avtomat silahdan əlavə, kəşfiyyat-agentura fəaliyyəti üçün zəruri olan texniki vasitələr aşkar edilib. Təəssüflər olsun ki, kifayət qədər dəlil-sübut olmasına baxmayaraq, Ohanyan Heydər Əliyevin iqtidardakı əlaltıları vasitəsilə azadlığa buraxılıb.
 Heydər Əliyevi hakimiyyətə qaytarmaq məqsədilə həmçinin Azərbaycan KP MK-nın katibi Ramiz Mehdiyev Azərbaycan SSR Elmlər Akademiyasında “ziyalılar”dan, əslində isə Naxçıvan klanından ibarət “beyin mərkəzi” yaradıb. Mərkəz Heydər Əliyevə rəsmi müraciət ünvanlayaraq, guya indiki böhran vəziyyətində respublikaya rəhbərlik etməyi xahiş edib. Qeyd etmək lazımdır ki, R.Mehdiyevin arvadı Heydər Əliyevin anasının xətti ilə bacısıqızı (“Plemyannitsa”) sayılır.
 İkinci belə “beyin mərkəzi”ni Azərbaycan SSR Ali Sovetinin işlər müdiri Axundov yaradıb. O, “əliyevşina”nın sifarişilə deputatlar arasında analoоi iş aparır və Ali Sovetin növbədənkənar iclasının təşkilinə, orada isə cəmi bir məsələnin (“Ziyalıların Heydər Əliyevə müraciəti”nin) müzakirəsinə çalışır. Nəzərə alaq ki, Axundovun bacısı- Olya Axundova ana tərəfdən Heydər Əliyevə qohum olan Zori Balayanın qardaşı arvadıdır.
 Hökumətin bəzi üzvləri şəxsi məqsədlər və başqa siyasi maraqlardan çıxış edərək, Azərbaycanın Moskvadakı nümayəndəliyində Heydər Əliyev üçün mətbuat konfransı düzənləyiblər. Ona görə və nəzərə alsaq ki, Əliyevlə Gevorkov insanları milli, dini mənsubiyyətlərinə və demokratik inanclarına görə təqib etməklə bəşəriyyətə qarşı cinayət törədiblər və bütün bunlar iki xalq arasında hərbi qarşıdurmaya gətirib, onlar əməllərinə görə Beynəlxalq Hərbi Tribunal qarşısında durmalıdırlar. Bu, həmçinin, DQMV-də ğuya milli-azadlıq hərəkatının getməsi barədə beynəlxalq birlikdə yaranmış yalançı rəyi dağıtmaq üçün yeganə çıxış yolu olardı.
 Yanvar faciəsinin istintaqı haqqında Sizə əlavə məlumat veriləcək”.

Комментариев нет:

Отправить комментарий